loading...

10 aylıq uşağın bacarıqları

Share Button

Balanızın 10 ayı tamam olubsa, o,  10 ayliq yerimeye cehd edir

  • kimdənsə, ya nədənsə tutaraq ayaq üstə dayanmağı
  • oturaq vəziyyətdə qalxmağa cəhd etməyi
  • oyuncağı əlindən almaq istəyəndə etiraz etməyi
  • aydın olmasa da “ana”, “ata” deməyi
  • başını gizlətməklə “gizlənqaç” oynamağı  bacarmalıdır.

 

Uşaq bunları bacarmırsa, həkimə müraciət edin. Amma narahat olmağa dəyməz, bu nadir hallarda hansısa problemlə bağlı olur. (Vaxtından əvvəl doğulmuş uşaqlar adən yaşıdlarından gec—daha doğrusu öz bioloji yaşlarına uyğun inkişaf edirlər. Yəni, mən, hamiləliyin 6-cı ayında doğulmuş uşaq 4 aylıq olanda 1 aylıq uşaqla eyni olur.)

 10-cu ayın sonunda uşaq

  • Eli dagidirqarnı üstə olduğu halda çevrilib oturmağı
  • iməkləməyi
  • əl çalmağı, əlini yelləyərək “sağollaşmağı”
  • kiçik əşyanı baş və şəhadət barmağının köməyi ilə götürməyi
  • tutaraq yeriməyi  bacara bilər.

Bu dövrdə uşaqlar “yox”, “olmaz” sözlərini artıq anlaya, amma tabe olmaya bilərlər :)

10 aylıq uşaq hətta

10 ayliq dikelen qiz

  • ayaq üstə sərbəst dayanmağı (bir neçə saniyə, hətta uzun müddət)
  • “ana” və “ata”, hətta başqa sözü, məsələn, “ver” sözünü  aydın ifadə etməyi
  • öz fikrini yalnız ağlamaqla deyil, başqa yollarla çatdırmağı
  • topla oynamağı (atdığınız topu sizə doğru diyirləməyi)
  • kimsənin köməyi olmadan fincandan su içməyi
  • kimsənin köməyi olmadan dayanmağı
  • “öz dilində” danışmağı
  • kiçik əmrlərinizə jestlə cavab verməyi (“topu ver” dedikdə sizə uzatmağı)
  • sərbəst yeriməyi bacara bilər.

Bu siyahı Denver testinə (uşağın inkişafının yaşına uyğunluğunu qiymətləndirmə testi) əsasən hazırlanıb.

Siyahının birinci hissəsində—“bacarmalıdır” kateqoriyasında göstərilənləri uşaqların 90%-i bacarır.

İkinci hissə–“bacara bilər” kateqoriyasındakılar uşaqların 75%-nə uyğundur.

Üçüncü–“tta bacara bilər” kateqoriyasında sadalananları uşaqların 25-50%-i bacarır.

Siyahı bestseller “What to Expect” seriyasından (hamilə qadınlar və valideynlər üçün kitablar) götürülüb.

Uşağın inkişafının növbəti mərhələsi barədə “11 aylıq uşağın bacarıqları” yazısında…

 

Share Button

Bir cavab yazın