loading...

2 aylıq uşaq nələri bacarmalıdır

Share Button

Balanızın 2 ayı tamam olubsa, o,2 ayliq ushaq gulur

  •     sizin gülüşünüzə cavab olaraq gülümsəməyi
  •     açarların cingiltisinə reaksiya verməyi (diksinmək, yaxud sakitcə qulaq asmaqla, ya da ağlamaqla)
  •     gözləri qarşısında 15 sm-lik məsafədə dayanan əşyanı hərəkət etdirdikdə onu gözü ilə izləməyi
  •     ağlamaqdan əlavə səslər çıxarmağı bacarmalıdır.

Uşaq bunları bacarmırsa, həkimə müraciət edin. Narahat olmağa dəyməz, bu nadir hallarda hansısa problemlə bağlı olur. (Vaxtından əvvəl doğulmuş uşaqlar adətən yaşıdlarından gec—daha doğrusu öz bioloji yaşlarına uyğun inkişaf edirlər. Yəni, məsələn, hamiləliyin 6-cı ayında doğulmuş uşaq 4 aylıq olanda 1 aylıq uşaqla eyni olur.)

2-ci ayın sonunda uşaq

  •     qarnı üstə uzananda başını 45 dərəcəyə qədər qaldırmağı
  •     gözləri qarşısında 15 sm-lik məsafədə dayanan əşyanı hərəkət etdirdikdə onu gözü ilə, üstəlik aşağı-yuxarı izləməyi  bacara bilər.

2 aylıq uşaq hətta

  •    2-ayliq başını dik tutmağı
  •     qarnı üstə uzananda əllərini dayaq edib sinəsini qaldırmağı
  •     çevrilməyi (bir tərəfə)
  •     nəyi isə barmaqları ilə, ya da barmaqlarının ucu ilə tutmağı
  •     çox kiçik əşyaya fikir verməyi
  •     əşyaya doğru can atmağı
  •     bərkdən gülməyi
  •     əllərini birləşdirməyi
  •     sevincdən ciyildəməyi bacara bilər.

Bu siyahı Denver testinə (uşağın inkişafının yaşına uyğunluğunu qiymətləndirmə testi) əsasən hazırlanıb. Siyahının birinci hissəsində—“bacarmalıdır” kateqoriyasında göstərilənləri uşaqların 90%-i bacarır. İkinci hissə–“bacara bilər” kateqoriyasındakılar uşaqların 75%-nə uyğundur. Üçüncü–“hətta bacara bilər” kateqoriyasında sadalananları uşaqların 25-50%-i bacarır.

Siyahı bestseller “What to Expect” seriyasından (hamilə qadınlar və valideynlər üçün kitablar) götürülüb.

Uşağın inkişafının növbəti mərhələsi barədə “3 aylıq uşağın bacarıqları” yazısında…

Share Button

Bir cavab yazın