loading...

20 yanvar (məktəb inşası)

Share Button
                                                    On doqquz yanvarda doğum evləri,
                                                    Ölümdən,qırğından xəbərsiz idi.
                                                    O gün Bakımızda axşamdan bəri ,
                                                    Ölüm ilə həyat üzbəüz idi.
Şəhidlər və qərənfillər
Şəhidlər və qərənfillər
Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə duşur. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu.
1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar qüvəllərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən xalq Bakının küçələrinə və meydanlarına çıxdı. Öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR-ın Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Yanvarın 19-u gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin muxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqcular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cumlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı gullələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
Dovlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə birgə apardıqları anti-Azərbaycan siyasətinin tərkib hissəsi idi. 20 Yanvar milli azadlıq hərəkatının daha da yuksəlməsinə və nəticədə Azərbaycanın yenidən mustəqilliyə qovuşmasına gətirib çıxardı. 20 Yanvar faciəsi, eyni zamanda həm umumxalq faciəsi, həm də mustəqillik, istiqlal və hurriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Həm də əbədi olaraq!
Share Button

Bir cavab yazın