loading...

3 aylıq uşağın bacardıqları

Share Button

Balanızın 3 ayı tamam olubsa, o,

aliye 3 ayliq•    qarnı üstə uzananda başını 45 dərəcə qaldırmağı,
•    gözləri qarşısında 15 sm-lik məsafədə dayanan əşyanı hərəkət etdirdikdə onu gözü ilə izləməyi bacarmalıdır.

Uşaq bunları bacarmırsa, həkimə müraciət edin. Narahat olmağa dəyməz, bu nadir hallarda hansısa problemlə bağlı olur. (Vaxtından əvvəl doğulmuş uşaqlar adətən yaşıdlarından gec—daha doğrusu öz bioloji yaşlarına uyğun inkişaf edirlər. Yəni, məsələn, hamiləliyin 6-cı ayında doğulmuş uşaq 4 aylıq olanda 1 aylıq uşaqla eyni olur.)

 3-cü ayın sonunda uşaq

•    səslə gülməyi
•    üzü üstə uzananda başını 90 dərəcə qaldırmağı
•    sevincindən ciyildəməyi
•    əllərini birləşdirməyi   bacara bilər.

 3 aylıq uşaq hətta

•    aliye 3 ayliq 1başını dik tutmağı
•    üzü üstə uzananda əllərinə dirənib təkcə başını deyil, sinəsini də qaldırmağı
•    bir tərəfinə çevrilməyi
•    oyuncağı ovcunda, yaxud barmaqları ilə tutmağı
•    çox kiçik əşyaya diqqət etməyi
•    dirəşməyi (dik tutanda ağırlığının bir hissəsini ayaqlarına salmağı)
•    əşyaya tərəf çevrilməyi
•    səsə (xüsusilə ananın səsinə) çevrilməyi
•    müxtəlif səsləri çıxarmağı  bacara bilər.

Bu siyahı Denver testinə (uşağın inkişafının yaşına uyğunluğunu qiymətləndirmə testi) əsasən hazırlanıb.

Siyahının birinci hissəsində—“bacarmalıdır” kateqoriyasında göstərilənləri uşaqların 90%-i bacarır.

İkinci hissə–“bacara bilər” kateqoriyasındakılar uşaqların 75%-nə uyğundur.

Üçüncü–“hətta bacara bilər” kateqoriyasında sadalananları uşaqların 25-50%-i bacarır.

Siyahı bestseller “What to Expect” seriyasından (hamilə qadınlar və valideynlər üçün kitablar) götürülüb.

Uşağın inkişafının növbəti mərhələsi barədə “4 aylıq uşaq nəyi bacarmalıdır?” yazısında…

Share Button

Bir cavab yazın