loading...

4 aylıq uşaq nəyi bacarmalıdır?

Share Button

Balanızın 4 ayı tamam olubsa, o,4 ayliq ushaq

•    qarnı üstə uzananda başını 90 dərəcə qaldırmağı,
•    səslə gülməyi
•    gözləri qarşısında 15 sm-lik məsafədə dayanan əşyanı hərəkət etdirdikdə onu gözü ilə izləməyi bacarmalıdır.

Uşaq bunları bacarmırsa, həkimə müraciət edin. Narahat olmağa dəyməz, bu nadir hallarda hansısa problemlə bağlı olur. (Vaxtından əvvəl doğulmuş uşaqlar adətən yaşıdlarından gec—daha doğrusu öz bioloji yaşlarına uyğun inkişaf edirlər. Yəni, məsələn, hamiləliyin 6-cı ayında doğulmuş uşaq 4 aylıq olanda 1 aylıq uşaqla eyni olur.)

 4-cü ayın sonunda uşaq

•    başını dik tutmağı
•    qarnı üstə uzananda əllərini dayaq edib sinəsini qaldırmağı
•    çevrilməyi (bir tərəfə)
•    nəyi isə barmaqlarının ucu ilə tutmağı
•    çox kiçik əşyaya fikir verməyi
•    əşyaya doğru can atmağı
•    sevincdən ciyildəməyi   bacara bilər.

 4 aylıq uşaq hətta

4-ayliq-chaga

•    səsə tərəf çevrilməyi
•    səs (həttta bir neçə səs) çıxarmağı
•    fınxırmağa bənzər səslər çıxarmağı
•    dirəşməyi (ağırlığının bir hissəsini ayaqlarına salmağı)
•    oturmağı
•    oyuncağı əlindən almaq istəyəndə etiraz etməyi  bacara bilər.

 

Bu siyahı Denver testinə (uşağın inkişafının yaşına uyğunluğunu qiymətləndirmə testi) əsasən hazırlanıb.

Siyahının birinci hissəsində—“bacarmalıdır” kateqoriyasında göstərilənləri uşaqların 90%-i bacarır.

İkinci hissə–“bacara bilər” kateqoriyasındakılar uşaqların 75%-nə uyğundur.

Üçüncü–“hətta bacara bilər” kateqoriyasında sadalananları uşaqların 25-50%-i bacarır.

Siyahı bestseller “What to Expect” seriyasından (hamilə qadınlar və valideynlər üçün kitablar) götürülüb.

Uşağın inkişafının növbəti mərhələsi barədə “5 aylıq uşağın bacarıqları” yazısında…

Share Button

Bir cavab yazın