loading...

6 aylıq uşağın bacarıqları

Share Button

Balanızın 6 ayı tamam olubsa, o,

alie-dilini-chixarib

  • oturdanda başını dik tutmağı,
  • sait və samit səslər (ya da səslərin birləşməsini) çıxarmağı bacarmalıdır.

Uşaq bunları bacarmırsa, həkimə müraciət edin. Amma narahat olmağa dəyməz, bu nadir hallarda hansısa problemlə bağlı olur. (Vaxtından əvvəl doğulmuş uşaqlar adətən yaşıdlarından gec—daha doğrusu öz bioloji yaşlarına uyğun inkişaf edirlər. Yəni, məsələn, hamiləliyin 6-cı ayında doğulmuş uşaq 4 aylıq olanda 1 aylıq uşaqla eyni olur.)

 

 

 6-cı ayın sonunda uşaq

guzguden-tutan-6-ayliq

  • dik tutanda ağırlığının bir hissəsini ayaqlarına salmağı
  • kimdənsə, ya nədənsə tutaraq ayaq üstə dayanmağı
  • kiməsə və nəyəsə söykənmədən oturmağı
  • çörəyi, peçenyeni özü tutub yeməyi
  • oyuncağı əlindən almaq istəyəndə etiraz etməyi
  • uzaqda yerləşən əşyanı götürməyə çalışmağı
  • əşyanı bir əlindən o biri əlinə almağı
  • düşən əşyanı axtarmağı
  • kiçik əşyanı özünə tərəf çəkməyi və ovcunda sıxmağı
  • səsə tərəf çevrilməyi
  • həm sait, həm də samitlərin birləşməsindən ibarət səslər çıxarmağı  bacara bilər.

 

6 aylıq uşaq hətta

  • oturaq vəziyyətdə qalxmağa cəhd etməyi
  • üzü üstə olduğu halda çevrilib oturmağı
  • “ana”, “ata” deməyə cəhd etməyi  bacara bilər.

durmaq-isteyen-6-ayliqBu siyahı Denver testinə (uşağın inkişafının yaşına uyğunluğunu qiymətləndirmə testi) əsasən hazırlanıb.

Siyahının birinci hissəsində—“bacarmalıdır” kateqoriyasında göstərilənləri uşaqların 90%-i bacarır.

İkinci hissə–“bacara bilər” kateqoriyasındakılar uşaqların 75%-nə uyğundur.

Üçüncü–“hətta bacara bilər” kateqoriyasında sadalananları uşaqların 25-50%-i bacarır.

Siyahı bestseller “What to Expect” seriyasından (hamilə qadınlar və valideynlər üçün kitablar) götürülüb.

 

Uşağın inkişafının növbəti mərhələsi barədə “7 aylıq uşağın bacarıqları” yazısında…

Share Button

Bir cavab yazın