loading...

8 aylıq uşaq nəyi bacarmalıdır?

Share Button

Balanızın 8 ayı tamam olubsa, o, 8 ayliq

  • dik tutanda ağırlığının bir hissəsini ayaqlarına salmağı
  • çörəyi, peçenyeni özü tutub yeməyi
  • əşyanı bir əlindən o biri əlinə almağı
  • kiçik əşyanı özünə tərəf çəkməyi və ovcunda sıxmağı
  • səsə tərəf çevrilməyi
  • düşən əşyanı axtarmağı  bacarmalıdır.

Uşaq bunları bacarmırsa, həkimə müraciət edin. Amma narahat olmağa dəyməz, bu nadir hallarda hansısa problemlə bağlı olur. (Vaxtından əvvəl doğulmuş uşaqlar adətən yaşıdlarından gec—daha doğrusu öz bioloji yaşlarına uyğun inkişaf edirlər. Yəni, məsələn, hamiləliyin 6-cı ayında doğulmuş uşaq 4 aylıq olanda 1 aylıq uşaqla eyni olur.)

  8-ci ayın sonunda uşaq

  • aliye oyuncaqlarla-balakimdənsə, ya nədənsə tutaraq ayaq üstə dayanmağı
  • oyuncağı əlindən almaq istəyəndə etiraz etməyi
  • uzaqda yerləşən əşyanı götürməyə çalışmağı
  • başını gizlətməklə oynamağı
  • üzü üstə olduğu halda çevrilib oturmağı
  • oturaq vəziyyətdə qalxmağa cəhd etməyi
  • baş və şəhadət barmağının köməyi ilə kiçik əşyanı tutmağı
  • aydın olmasa da “ana”, “ata” deməyi  bacara bilər.

 

 

8 aylıq uşaq hətta

  • “olmaz” sözünü anlaya bilər
  • əl çalmağı, əlini yelləyərək sağollaşmağı
  • kimsənin köməyi olmadan bir anlığa dayanmağı
  • stol-stuldan tutaraq yeriməyi bacara bilər.

8 ayliq shirin ushaq

Bu siyahı Denver testinə (uşağın inkişafının yaşına uyğunluğunu qiymətləndirmə testi) əsasən hazırlanıb.

Siyahının birinci hissəsində—“bacarmalıdır” kateqoriyasında göstərilənləri uşaqların 90%-i bacarır.

İkinci hissə–“bacara bilər” kateqoriyasındakılar uşaqların 75%-nə uyğundur.

Üçüncü–“hətta bacara bilər” kateqoriyasında sadalananları uşaqların 25-50%-i bacarır.

Siyahı bestseller “What to Expect” seriyasından (hamilə qadınlar və valideynlər üçün kitablar) götürülüb.

Uşağın inkişafının növbəti mərhələsi barədə “9 aylıq uşaq nəyi bacara bilər?” yazısında…

Share Button

Bir cavab yazın