loading...

9 aylıq uşaq nəyi bacara bilər?

Share Button

Balanızın 9 ayı tamam olubsa, o, 9 ayliq ozel tesvir

  • uzaqda yerləşən əşyanı götürməyə çalışmalı
  • düşən əşyanı axtarmağı  bacarmalıdır.

Uşaq bunları bacarmırsa, həkimə müraciət edin. Amma narahat olmağa dəyməz, bu nadir hallarda hansısa problemlə bağlı olur. (Vaxtından əvvəl doğulmuş uşaqlar adətən yaşıdlarından gec—daha doğrusu öz bioloji yaşlarına uyğun inkişaf edirlər. Yəni, məsələn, hamiləliyin 6-cı ayında doğulmuş uşaq 4 aylıq olanda 1 aylıq uşaqla eyni olur.)

 9-cu ayın sonunda uşaq

  • 9 ayliq qizoturaq vəziyyətdə qalxmağa cəhd etməyi
  • qarnı üstə olduğu halda çevrilib oturmağı
  • oyuncağı əlindən almaq istəyəndə etiraz etməyi
  • kimdənsə, ya nədənsə tutaraq ayaq üstə dayanmağı
  • iməkləməyi
  • baş və şəhadət barmağının köməyi ilə kiçik əşyanı tutmağı
  • aydın olmasa da “ana”, “ata” deməyi
  • başını gizlətməklə “gizlənqaç” oynamağı, əl çalmağı
  • əlini yelləyərək “sağollaşmağı”
  • tutaraq yeriməyi  bacara bilər.

 

bu dövrdə uşaqlar “yox”, “olmaz” sözlərini artıq anlaya, amma tabe olmaya bilərlər :)

9 aylıq uşaq hətta

  • topla oynamağı (atdığınız topu sizə doğru diyirləməyi)
  • kimsənin köməyi olmadan fincandan su içməyi
  • baş və şəhadət barmağının köməyi ilə kiçik əşyanı tutub qaldırmağı
  • ayaq üstə sərbəst dayanmağı (bir neçə saniyə, hətta uzun müddət)
  • “ana” və “ata”, hətta başqa sözü aydın ifadə etməyi
  • kiçik əmrlərinizə jestlə cavab verməyi (“topu ver” dedikdə sizə uzatmağı)  bacara bilər.IMG_1416

Bu siyahı Denver testinə (uşağın inkişafının yaşına uyğunluğunu qiymətləndirmə testi) əsasən hazırlanıb.

Siyahının birinci hissəsində—“bacarmalıdır” kateqoriyasında göstərilənləri uşaqların 90%-i bacarır.

İkinci hissə–“bacara bilər” kateqoriyasındakılar uşaqların 75%-nə uyğundur.

Üçüncü–“hətta bacara bilər” kateqoriyasında sadalananları uşaqların 25-50%-i bacarır.

Siyahı bestseller “What to Expect” seriyasından (hamilə qadınlar və valideynlər üçün kitablar) götürülüb.

Uşağın inkişafının növbəti mərhələsi barədə “10 aylıq uşağın bacarıqları” yazısında…

Share Button

Bir cavab yazın