A hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

Aba-  1) Tibet dilində ”ata” anlamına gələn “apha”dan olduğu da göstərilir; 2) bəzilərinə görə də ərəbcə ”əb”in cəmidir, atalar, ata-babalar deməkdir; 3) yun parçadan hazırlanmış “ əba”nın Anadoluda deyiliş biçimidir.

Abacı –  1) Bostan və tarlalarda heyvanları, quşları hürkütmək üçün qoyulan qorxuluq, uyuq. Bunun “Abaqi” biçimi də vardır; 2) əba alqı-satqısı ilə məşğul olan adam, yaxud da əba tikən, əba itehsal edən adam. Soyad kimi işlədilir.

Abak - 1) “Aba” adının kiçiltmə və əzizləmə bildirən biçimi. Bax: Aba

Abaqa –  Əski adlandandır. 1) əmi; 2) dost; 3) kətan lifi, ipliyi, çətənə bitkisindən hazırlanan lif. Elxanilər dövlətinin hökmdarlarından Abaqa xan (1234-1282) bu dövlətin qurucusu Hülakü xanın oğlu idi

Abanoz – Abnos ağacı

Abas – Bax: Abbas

Abay – 1) Ata, atacıq; 2) baba, dədə; 3) diqqət, diqqətli, ayıq-sayıq, həssas.

Abaz-Bax: Abbas

Abbas(ə) – Heybətli, vahiməli, zəhmli, qəzəbli, acıqlı, hirsli. “Abbas” adına başqa adlar əlavə etməklə mürəkkəb adlar yaradılmışdır. Mürəkkəb adların hissələri müstəqil ad kimi açıqlandığından daha onların izahına (bir sıra istisnalardan başqa) ehtiyac qalmır.

Abbasağa –  Bax: Abbas və Ağa

Abbasəli – Bax: Abbas və Əli

Abbasqulu –  Bax: Abbas və Qulu.

Abbasmirzə – Bax: Abbas və Mirzə

Abbasşərif  -  Bax: Abbas və Şərif

Abdal  -  1) Türkiyədə və Əfqanıstanda yaşayan türk tayfa adı; 2) dərviş, qələndər; 3) sərsəri , avara, sadəlövh, səfeh anlamları da vardır.

Abdi(ə) –  Azərbaycan türkcəsində “əbdi” kimi işlədilir. Köləliklə bağlı olan; qula, köləyə, bəndəyə aid olan. Məşhur terrorçu Məmməd Əli Ağca tərəfindən 1 fevral 1979-cu ildə öldürülən istedadlı jurnalist-demokrat “ Milliyyət “ qəzetinin baş redaktoru Abdi İpəkçinin adı.

Abdulla1) Allahın qulu, köləsi, bəndəsi; 2) dini rəvayətə görə Allahın xəlq etdiyi adam, məxluq. “əbd” və “Allah” sözlərindən yaranmışdır. Aşağıda “ əbd” ilə başlayan bir çox adların siyahısını verəcəyik.

Abdullah – Bax: Abdulla

Abgül –  “Ab” (su) və “gül” sözlərindən yaradılmış addır. Gül suyu, çiçək suyu

Abı – Əski adlardandır. Gizləmək, gizlətmək, saxlamaq. Bunun ata, baba, əcdad anlamları da vardır. Bu farsca “Abi” “(açıq göy-mavi rəngli , su rəngində olan) ilə qarışdırılmamalıdır.

Abış  -  “ab” ilə başlayan adların nəvaziş və əzizləmə formasıdır.

Abi –  1) Bax: Abı 2)Böyük qardaş; 3) özündən böyük, yaşlı adamlara hörmət əlaməti olaraq müraciət forması.

Abid – İbadətlə məşğul olan adam, ibadət edən.

Abidin – İbadət edənlər, ibadətlə məşğul olanlar.

Abigül-Bax: Abgül
Abiş –  Bax: Abış

Abizər – Bu adın izahı belədir.1) ərəb sözü “əbüzərr” dəndir, “qarışqa; dənəcik, hissəcik; çoxlu; mənəvi baxımdan yiyə duran “ deməkdir; 2) fars dilində isə “ abe-zər” dən yaranıbdır. Qızıl suyu, su və qızıl mənasındadır.

Ablak – Totuqsifət, dolğunbəniz, yumruüz, köksifət.

Abraş –  Xallı, çilli

Absalat – Ərəbcə “səlat” sözünün bir neçə anlamı vardır:1)Namaz; 2) dini bayramlarda və cənazə üstündə oxunan münacat; 3) Məhəmməd peyğəmbərin adı çəkiləndə salavat çevirmək, dua etmək ; 4) burada “ dəstəmaz suyu” anlamındadır.

Adəm – Əsli “adam”dır , torpaq deməkdir. Dini əfsanəyə görə Adəm dünya üzünə gələn ilk insan və peyğəmbərlərin birincisidir. Adəm birinci, Xatim ( yəni “Xatimil ənbiya” olan Məhəmməd) isə sonuncu peyğəmbərlərdir

Adaxan – Adanın xanı, adanın hakimi, başçısı

Adıgözəl – ” Ad” və “gözəl” sözlərindən əmələ gətirilmiş mürəkkəb addır. Ad anlamını tam ehtiva edir. Adı gözəl olan deməkdir

Adıgün – Adı gün kimi olan . Gündüz, günə bənzər, gözəl. Adətən gündüz anadan olanlara verilən adlardandır

Adil –  Ədalətli, haqq tərəfdarı, insaflı

Afərin - Sağ ol! Əhsən!

Afiyəddin  - Dinin gücü, dinin qüvvəsi

Afiyət – Sağlamlıq, səhhət; məs. güc, qüvvə

Agah – Bilən, xəbərdar, gözüaçıq, ayıq

Ağa – 1) hörmətli, sayqılı, böyük ; 2) ailə və ya tayfa başçısı, xalqın, elin ağsaqqalı 3) bir yerin nüfuzlusu, rəhbəri, söz deyəni ; 4) böyük qardaşa sayqı əlaməti olaraq müraciət forması; 5) seyidlərə, din xadimlərinə müraciət biçimi

Ağababa – Elin, ailənin ağsaqqalı, hörmətli yaşlı adam

Ağabala – Əziz övlad, sevimli, istəkli uşaq

Ağabəy –  Böyük qardaş hörmət üçün verilən addır. Həmçinin gəlinin böyük qaynına müraciət biçimidir

Ağacabbar – Bax: Ağa və Cabbar

Ağacamal – Bax: Ağa və Camal

Ağacan – 1) Böyük ürək yiyəsi, hörmət və izzəti artıq olan adam; 2) qüdrətli, güclü;3) özündən böyüklərə sayqı əlaməti olaraq müraciət biçimidir; 4) məs. əziz, sevimli, qəlbə yaxın şəxs

Ağacavad- Bax: Ağa və Cavad

Ağacəfər-  Bax: Ağa və Cəfər

Ağacəlil –  Bax: Ağa və Cəlil

Ağacəmil -  Bax: Ağa və Cəmil

Ağadadaş –  Böyük qardaşa , gəlinlərin qayınlarına ehtiram əlaməti olaraq verdikləri ad.

Ağadayı – Böyük dayıya hörmət əlaməti olaraq verilən ad.

Ağaddin –  Din ağası, din böyüyü, din rəhbəri, din başçısı

Ağadostu –  Bax: Ağa və Dostu

Ağaəli –  Bax: Ağa və Əli

Ağaəmi –  Böyük əmiyə hörmət əlaməti olaraq verilən ad.

Ağagül – Bax: Ağa və Gül

Ağaheydər – Bax: Ağa və Heydər

Ağahəsən – Bax: Ağa və Həsən
Ağahüseyn –  Bax: Ağa və Hüseyn

Ağaxan – Bax: Ağa və Xan

Ağakamal –  Bax: Ağa və Kamal

Ağakazım –  Bax: Ağa və Kazım

Ağakərim –  Bax: Ağa və Kərim

Ağakişi – Sayqılı adam , böyük adam, izzətli, hörmətli şəxs

Ağaqardaş – Böyük qardaşa kiçik qardaşların ehtiram əlaməti olaraq verdikləri ad.

Ağaqulu –  Bax: Ağa və Qulu

Ağalar –  “Ağa” nın cəm halı

Ağali – ”Ağa” və”Əli” adlarının birləşməsindən yaranan addır.

Ağamalı – Sayqılı, böyük adama məxsus olan mal.

Ağamehdi –  Bax: Ağa və Mehdi

Ağamədəd –  Bax: Ağa və Mədəd

Ağaməlik –  Hörmətli şah, böyük hökmdar( padşah)

Ağaməmməd –  Bax: Ağa və Məmməd, Məhəmməd

Ağamərdan –  Bax: Ağa və Mərdan

Ağamir –  Hörmətli rəhbər, böyük əmr( başçı, rəis)

Ağamirzə –  Bax: Ağa və Mirzə

Ağamoğlan –  Əziz, sayqılı oğlan uşağı( gənc, cavan), əziz adam. “ Ağa” və “Oğlan” sözlərinin birləşməsindən yaranmış mürəkkəb addır.

Ağamurad –  Bax: Ağa və Murad

Ağamusa –  Bax: Ağa və Musa

Ağaoğlan -  Ağa kimi olan oğlan, ağaya bənzər oğlan.

Ağapaşa -  Bax: Ağa və Paşa

Ağarəhim - Bax: Ağa və Rəhim

Ağarəşid -  Bax: Ağa və Rəşid

Ağasalam -  Bax: Ağa və Salam

Ağasaleh -  Bax: Ağa və Saleh

Ağasalman -  Bax: Ağa və Salman

Ağasəf -  Sayqılı adam, izzətli və hörmətli şəxs

Ağasəfər - Bax: Ağa və Səfər

Ağasəfi -  Bax: Ağa və Səfi

Ağasəlim -  Bax: Ağa və Səlim

Ağasoltan -  Bax: Ağa və Sultan

Ağasultan - Bax: Ağa və Sultan

Ağaşərif -  Bax: Ağa və Şərif

Ağaverdi -  Ağanın verdiyi, bəxş etdiyi adam. Bax: Ağa. Hərfi anlamı “ağanın verdiyi, bəxş etdiyi övlad” olsa da, əslində belə adlar adətən, müqəddəs sayılan ziyarətgahlara( pirə, ocağa) nəzir-niyaz elədikdən sonra doğulan uşaqlara qoyulur. Bu adın Ağamverdi, Ocaqverdi, Pirverdi və başqa sinonimləri də vardır ki, bunu da həmin sözlə başlanan şəxs adlarının əksəriyyətinə şamil etmək olar.

Ağavəli -  Bax: Ağa və Vəli

Ağayar - 1) Böyük, sayqılı , hörmətli;2) sadiq dost, arkadaş, yoldaş, köməkçi; 3) sevgili, məşuq

Ağayunus –  Bax: Ağa və Yunus

Ağayusif -  Bax: Ağa və Yusif

Ağazaman -  Bax: Ağa və Zaman

Ağazeynal -  Bax: Ağa və Zeynal

Ağazər - Qızl kimi ağa. Bax: Ağa

Ağdaş -  “Ağ”və ”Daş” sözlərinin birləşməsidən yaranmışdır. Misirdə yaranmış türk dövlətinin məşhur bir sərkərdəsinin adı olub.

Axund -  İslam dinində bir sıra baş ruhanilərə verilən addır. Ruhani təhsili almış adam. Bunu “ağgün” ( şöhrətli, məşhur, görkəmli) və “akın” ( qazax və qırğız türklərində xalq aşığı) sözlərindən olduğu ehtimal olunur. Türkcə “ ağa” və farsca ”xudavənd” ( ağa, başçı, tanrı) sözlərini birləşməsindən olduğuda ehtimal olunur.

Akif  –  İbadətlə məşğul olmaq üçün bir yerə çəkilib guşənişin olan; çalışqan, işə can yandıran.

Aqibət - 1) Axır, son; 2) Nəticə, sonuncu nəhayət, yekun;3) Son nəticə olaraq, axırda, nəticə etbarilə

Aqil - Ağıllı, zəkalı, müdri, dərrakəli

Aqilə - Bax: Aqil

Aqşin - Əslində ”Aqşın” dır.1) Ağbəniz, ağaçalan, ağa bənzər, ağımtıraq ;2) Dərisi və tükləri ağappaq olan insan və yaxud heyvan, albinos

Alan -  Meydan, sahə, düz sahə, ovalıq, çəmənlik, düzənlik, çöl

Alçiçək -  Qırmızı rəngli gül, çiçək

Aldəmir -  Qızmar dəmir, qızardılmış dəmir, yandırıcı

Algün -  Günü –güzaranı yaxşı keçən, yaxşı gün görən; xoşbəxt

Alxas -  Ərəbcə” əlxass” sözündəndir, yüksək, xüsusi, üstün, bənzəri olmayan, ali keyfiyyətlərə malik olan. Ayrıca hala sahib olan, bunu “çox arzulayan”, “nadinc” anlamında izah edənlərdə vardır.

Alxaz - Bax: Alxas

Alı - “Alinin” azərbaycanca işlədilmiş formasıdır. ”Alı”, daha doğrusu ”Alu” Azərbaycanda cır alçaya deyilir. Məşhur xalq qəhrəmanı Koruğlunun atasının da adı Alı idi

Alim – Elmin müəyyın sahəsində mütəxəssis kimi tanınan adam, elm sahibi, elmlə məşğul olan, bilikli, savadlı, məlumatlı

Alimşah - Bax: Alim və Şah

Alişan - Çox məşhur, şöhrətli, şanlı, şərəfli, dəbdəbəli, adlı-sanlı, cah-cəlallı, şöhrət sahibi

Alkan - 1.Qanı qırmızı olan, qırmızı-al qanlı; 2. Həmçinin bax: Alxan, Alqan

Allahqulu - Tanrının qulu, Allahın köləsi
Allahşükür –  Adətən oğlan gözləyən ailələrdə oğlan uşağı dünyaya gəldikdə bu ad qoyulur və istədiklərini ”verdiyinə” görə Allaha şükür edirlər.

Allahverdi -  Tanrının verdiyi adam, Allahın bəxşişi, hədiyyəsi

Allahverən -  Tanrı tərəfindən verilən (adam)

Allahyar -   Tanrının köməkçisi, dostu, yardımçısı, Allahın kömək etdiyi adam.

Alməmməd  – “Əli” və ”Məmməd” sözlərinin birləşməsindın meydana gətirilmişdir. Bax: Əli, Alı, Məmməd; həmçinin Məhəmməd nəslindən olan deməkdir.

Almərdan - “Əli” və ”Mərdan” sözlərindən yaradılmış addır

Alnağı -  “Əli” və ”Nəqi” sözlərindəndir.Bax: Ali, Əli və Nağı

Altay -  Qızıl, daş-qaş, dəyərli, qiymətli, üsul, metod, tədbir; yüksək meşəlik; Altay ölkəsi, Altay dağları, həmçinin yüksək dağ anlamı da vardır.

Altun - Bax: Altın, Qızıl

Amal - “Əməl” sözünün cəmidir, dilək, arzu, istək, məqsəd, ümid, gözlənilən şey

Aman -  Aman, rəhm, bağışlama, əsirgəmə, təhlükəsiz

Amanç -  Tanınmış, məşhur, hörmətli, dəyərli

Amil  – İş görən, əməl edən, səbəb, orta əsrlərdə Şərq ölkələrində ticarət müvəkkilləri; sərəncamçı, əmr verən, müdir
Anar – Çox əski adlardandır, təxminən eramızın vııı yüzilliyinə aid edilən Yenisey abidələrində belə, bu ada rast gəlinir. Yada salan, unutmayan yaddan çıxartmayan, xatırlayan.

Aran –  Yaylaq yerinə nisbətən isti və alçaqlıqda olan yer; düzənlik” 2. Sakit isti yer; 3. Ucu iti paya; 4. At tövləsi, tövlə

Araz - Əslində “ əraz” və ya” ərəz”dir. Səadət, xoşbəxtlik, həzz,kef, ləzzət, məmnunluq, sakitlik
dinclik, arxayınçılıq; görüntü, görünən, görsənən. Bunun şumercə “dağıdan” çay, ərbcə” axan” , “qaçan” yunanca “ səs-küylü” və həmçinin türkcə “ at tükü”, qılı; , “ yun ipliyi, tükü” olduğunu güman edənlər də vardır.

Arda - Əski adlardandir.1. Nəsil ,gələcək nəsil, xələf, sonra gələn, arxasınca gələn; 2. Vaxtilə carçılar( çovuşların) gəzdirdikləri dəyənək, ağac; 3. Nişan ağacı, nişangah, nişan dirəyi, paya ; 4. Su çarxının dirəyi; 5. Ailə

Arif – Bilik sahibi, başa düşən, anlayan, dərk edən, bilici, qanan

Arifə - Bax: Arif

Arman - 1. Qoçaq, qürurlu, bacarıqlı( adam);2. İstək, həvəs, arzu

Aruz – 1. Böyük, iri ; 2. Hədəf; 3. Təcrübəli, anlayan, uğurlu adam; 4. Yorğun adam; yorulmuş, əldən düşmüş

Arzum - “ Arzu”nun birinci şəxsin dilindən söylənən biçimi.

Arzuman - Böyük arzu, yüksək məram, ulu istək, çox istənilən adam.

Asəf –  “ Yoasaf, “ yehoasaf” sözlərindəndir. 1. Allah topladı, Tanrı yığdı, artırdı; 2. “ Vəzir”, “ Nazir” anlamını verdiyini yazanlarda vardaır. ( rəvayətə görə , Süleyman peyğəmbərin vəzirinin adı olubdur.) “ 3. Məs. ağıllı, tədbirli

Asif –  Çox sərt, şiddətli, güclü külək, qasırğa

Asim - Təmiz, ismətli, həyalı, namuslu

Aslan - Ətlə qidalanan güclü yırtıcı heyvan, şir, məs. çox qüvvətli adam, igid, qoçaq, cəsur

Aşıq - 1. Sevən, vurulan, aşiq olan; 2.Saz çalan, şer yazan, şair, ozan; 3.Sevgili, məşuq

Atababa - Bir nəslin əcdadı, ulusu, ulu babası; məs. qədim, əski, köhnə, çoxdankı ; ata-babaya bənzər oğlan, ata-baba yolunu davam etdirən.

Atabala - Ata ilə övladı, ata ilə oğlu və ya qızı, atasına bənzəyən övladı, atanın sevimlisi

Atabəy - Səlcuqlular dövründə şahzadələrin tərbiyəsi ilə məşğul olanlara verilən addır; dayə, mürəbbiyə,lələ

Ataxan -  Bax: Ata və Xan

Atakişi -  Ataya bənzər kişi, atasına oxşayan və ya oxşayacaq oğlan

Atamoğlan - Ataya oxşar oğlan., ataya bənzər

Ataoğuz - Oğuzların atası, oğuzların başçısı

Ayaz – Əski adlardandır.Təmiz, açıq, ləkəsiz; aylı, açıq və buludsuz qış gecələrində quru, şaxtalı, soyuq hava

Aydəmir  - 1. Ay kimi parıldayan dəmir; 2.Möhkəm , bərk; 3. Kərki, enli tiyəsi olan yonucu alət. Həmçinin Ay və Dəmir

Aydəniz -  Bax: Ay və Dəniz

Aydın - Əski adlardandır. 1) işıqlı, açıq, parlaq; 2) ay işığı, aylı 3) anlaşılan, aşkar, məlum olan, bilinən, yaxşı seçilən, eşidilən və görünən;4) təmiz, buludsuz hava; 5) maariflənmiş, ziyalı, savadlı

Ayxan - Bax: Ay və Xan

Aykal -  Ay kimi olan

Aykan - Ay qanlı olan, yəni təmiz qanlı

Aypolad -  “ Ay” və” polad” sözlərindəndir

Aysal -  Ay ilə ilgili olan Aya aid, Ay kimi

Ayverdi-k.q. Ayın verdiyi, bəxş etdiyi adam

Azad – Sərbəst, asılı olmayan, əngəlsiz, məhdud edilməyən

Azadxan -  Sərbəst xan, asılı olmayan xan. Bax: Xan

Azər – 1. Yeganə igid, nadir adam. 2. Od, atəş. Bunun ”Az” etnik tayfasının adından ”böyük”, “qüdrətli kişi” anlamını verildiyini yazanlarda vardır. Mübahisəli adlardandır.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

1 şərh A hərfi ilə başlayan oğlan adlarının mənası üçün

Bir cavab yazın