loading...

A hərfi ilə başlayan qız adlarının mənası

Share Button

Aba – Ana; Böyük bacı (Türkiyədə “abla” ) biçimində işlənir

Abgül – “Ab” (su) və “gül” sözlərindən yaradılmış addır. Gül suyu, çiçək suyu.

Abhəyat – həyat suyu, dirilik suyu; məs. göz yaşı.

Abidə – şəxsiyyət və olayların şərəfinə mədəniyyət əsəri ;  Xatirə, yadigar, nişanə.

Abigül – “Ab” (su) və “gül” sözlərindən yaradılmış addır. Gül suyu, çiçək suyu.

Adıgül  – Adı gül kimi , çiçək kimi

Adıgün – Adı gün kimi olan . Gündüz, günə bənzər, gözəl. Adətən gündüz anadan olanlara verilən adlardandır.

Adilə – Ədalətli, haqq tərəfdarı, insaflı

Afaq – “Apağ” ın dəyişikliyə uğramış biçimi. Ağappaq, dümağ, lap ağ, gözəl. Aləm, dünya, görüş dairəsi; məs. Mənzərə, görünüş anlamlarında da işlənir. Nizami Gəncəvinin də həyat yoldaşının adı Afaq olmuşdur.

Afər – Yaradılmış, xəlq edilmiş, məxluq

Afərin – Sağ ol! Əhsən!

Afət – Dilbər, gözəl;  bəla, bədbəxtlik, fəlakət, müsibət.

Ağabacı – Elin, obanın, ailənin hörmətli qadınlarına müraciət biçimi.

Ağabanu – Böyük xanım, şah xanımı

Ağabəyim – Əski adlardandır. Sayqı əlaməti olaraq ailədə kiçik qardaşların böyük qardaş arvadlarına müraciət biçimidir.

Ağabibi – Atanın böyük bacısına və ümumiyyətlə yaşlı qadınlara hörmət əlaməti olaraq müraciət biçimidir.

Ağca – ağ bəniz

Ağaça – Şah arvadı; qadın hökmdar; məlikə, şahzadə qadın

Ağaxanım – şah qızı, şahzadə qız, şahzadə xanım

Ağaxatın – Şah arvadı, şah xanımı

Ağanənə – Ailənin, elin-obanın ağbirçəklərinə sayqı əlaməti olaraq verilən ad.

Ağbəniz – Üzüağ, siması ağ olan , solğun bənizli

Ağbikə – Ağqız (qadın), ağ xanım.

Ağca – Ağ üzlü, ağbəniz, çox ağ, dümağ, ağaçalan, ağımtırıq; keçmişdə: pul (axça) , sikkə

Ağcagül – Ağ gül kimi olan gözəl, dümağ olan.

Ağcaqız – Ağ bədənli və ağüzlü qız

Ahu – Ceyran

Ajda – Fil sümüyü kimi ağ( qadın) ;  kələ kötür, hamar olmayan, üstü diş-diş olan. Məşhur müğənni Ajda Pekkanın adıdır.

Akifə – İbadətlə məşğul olmaq üçün bir yerə çəkilib guşənişin olan; çalışqan, işə can yandıran.

Alagöz – Açıq mavi iri göz; böyük məftunedici gözlər.

Algül – Qırmızı gül, al-qırmızı çiçək.

Alimə – Elmin müəyyın sahəsində mütəxəssis kimi tanınan adam, elm sahibi, elmlə məşğul olan, bilikli, savadlı, məlumatlı

Almagül – Alma ağacının çiçəyi, gülü

Almaxanım – Alma kimi xanım, al yanıqlı xanım.

Almas – Saf karbondan ibarət qiymətli daş, bərk, rəngsiz bir cisim ; məs; parlaq, saf, şəffaf, təmiz, duru, açıq.

Almaz – Saf karbondan ibarət qiymətli daş, bərk, rəngsiz bir cisim ; məs; parlaq, saf, şəffaf, təmiz, duru, açıq.

Alnur – Qırmızı işıq, parlaq işıq

Alnurə – Qırmızı işıq, parlaq işıq

Altay – Qızıl, daş-qaş, dəyərli, qiymətli, üsul, metod, tədbir; yüksək meşəlik; Altay ölkəsi, Altay dağları, həmçinin yüksək dağ anlamı da vardır.

Anabacı – Ana kimi , anaya bənzər bacı

Anagül – Ananın gülü, anaya oxşar gül, gözəl qız, əsas( gül)

Anaxanım – Ana kimi xanım, anaya oxşar xanım; əsas xanım, baş xanım.

Anaqız – Ana kimi qız, anaya bənzəyə qız, anaya oxşar qız, əsas qız, sevimli qız.

Anaş – “Ana” ilə başlayan adların nəvaziş və əzizləmə biçimi.

Arifə – Ağıllı adam

Arpa – Yazlıq taxıl bitkisi. Elxanilər sülaləsinin hakimlərindən olan Arpa Xanın (1335-1336) adı.

Arzu – İstək, dilək, xahiş, həvəs, meyl, ehtiyac.

Asudə -Sakit, rahat, dinc; dincəlmiş, rahatlanmış.

Atlaz –  Parıldayan ipək parça; məs. hamar, parlaq, yumşaq

Ayal – Əslində “əyal” dır.1. Qadın, arvad; 2. Ailə , külfət

Aybacı –  Ay kimi gözəl bacı, Ay kimi gözəl qız ( qadın)

Aycamal –   Ayüzlü, aybənizli, çöhrəsi ay kimi parlaq olan.

Aycan - Ay ruhlu, ay canlı; məs Ay kimi gözəl, göyçək olan

Ayçiçək  Günəbaxan.

Aydagül – Ayda bitmiş və yaxud aydan gətirilmiş gül, ay gülü; məs. qəşəng, göyçək.

Aydan –  Aydan olan, Aydan meydana gələn, Aydan gələn gözəl, Ay kimi gözəl, göyçək.

Aygül –   Ayın çıçəyi, gülü, Ay kimi gözəl, göyçək.

Aygün –   “ Ay” la “günəş” in birləşməsindən yaranan ad.

Ayxanım –   Ay kimi gözəl xanım, “ Ayxan” ın qadınlara aid olan biçimi

Ayişığı –    Ayın işığı, parlaqlığı

Ayla   Bir sıra planetlərin və ayın ətrafındakı halə; şəfəq, parıltı; 2. Dönən , hərlənən, fırlanan.

Aylan –   Ay ilə aya bənzər.

Ayna – Əslində farsca “ ayinə” dəndir. Güzgü, şüşə ( pəncərə şüşəsi), məs. saf, duru, şəffaf, parlaq, aydın.

Aynagül – Parlaq, gül, ayna kimi şəffaf gül, çiçək.

Aynaz – Naz eləyən ay, nazlı gözəl.

Aynisə – Ay kimi gözəl qadın ( qız)

Aynur – Ay kimi nurlu , ay işığı, ay kimi parlaq

Aynurə –   Ay kimi nurlu , ay işığı, ay kimi parlaq

Aypara –  Təzə çıxmış ay, hilal, ayın oraq ( qövs) biçimindəki halı

Aypəri –  Ay kimi gözəl, ayın pərisi. Bax: Pəri.

Aysabah –  “Ay” və” sabah” sözlərindən yaranmış addır.

Aysal –   Ay ilə ilgili olan Aya aid, Ay kimi

Aysan –  Aya bənzər, Ay kimi

Aysel – Ay işığının seli, Ay kimi parlaq, işıqlı gözəl

Aysənəm – Ay kimi gözəl( qız, qadın) .Bax: Sənəm

Aysu – “Ay” və “Su” sözlərindən yaranmışdır.

Aysun – Ayın ərmağanı, hədiyyəsi. Aylı gecədə doğulan uşaqlara verilən ad.

Aysuna – Ayın sonası, yaşılbaş ördəyi, gözəli

Ayşə – Həyat, dirilik, varlıq; canlı yaşayan. Əsli “ Aişə” dir.

Ayşəgül – Həyat, dirilik, varlıq; canlı yaşayan və Gül, Çiçək.

Ayşin – Ay yatağı, Ay yeri; Ayı öyrənən, tanıyan.

Aytac – Ay kimi parlaq, bərq vuran tac; gözəl; natiq.

Aytəkin - Aya bənzər, ay kimi gözəl.

Aytən  -Ay bədənli, Aya bərabər.məs. gözəl, qədd-qamətli, qəşəng.

Share Button

Bir cavab yazın