loading...

Ana olmaq istəyənlərə

Share Button

Ana olmaq hər qadının arzusudur. Amma analığa hazırlıq barədə çoxları unudur, ya da bilmir. Halbuki ana, eləcə də ata olmağa mayalanmadan bir neçə ay əvvəl hazırlaşmaq lazımdır. Dünyaya gələcək körpənin sağlamlığına görə indidən məsuliyyət daşıdığınızı bilməlisiniz. Təhlükə yaradacaq faktorlardan xəbər tutmalı, yumurtalığın yetişməsi və mayalanma üçün əlverişli fiziki şərait yaratmalısınız.ana olmaq isteyirem

Hər şeydən əvvəl

Sağlam həyat tərzi keçirin. Hər ikiniz içkidən, tütündən imtina edin.

İçdiyiniz dərmanların hamiləliyə zərərli olub-olmadığını öyrənin.

Gündə azı 8 saat yatın. Yataq otağınızın pəncərəsini açıq qoyun. Təmiz hava hər şeydən vacibdir. Parkda, avtomobillərin az olduğu yerlərdə gəzin. Adamların çox olduğu yerlərdən də uzaq olun, yoluxucu xəstəliklərdən qorunun. Yaxınınız soyuqlayıbsa, maska geyinin. Qripdən qorunmaq üçün burnunuza yağ və sarımsaq suyu sürtün. Ümumiyyətlə sarımsaq və soğan zərərsizdir, yeməyə də əlavə etməkdən çəkinməyin.

Gərginlik olan yerdən uzaqlaşın. Heç kimlə mübahisə etməyin, gülümsəməyə çalışın.

İş yerinizin, oxuduğunuz yerin səhhətiniz üçün ziyanlı olub-olmadığı barədə düşünün. İndi texnika, mobil telefonlar həyatın mühüm hissəsidir. Bunların ziyanlı olduğunu sübut edən faktorlar az deyil.

Hər iki valideyn sağlam olub-olmadığını dəqiqləşdirməlidir

1. Sidiyin və qanın analizini verməli, terapevtlə məsləhətləşməlisiniz.
2. Qalxanvarı vəzinin ultrasəs müayinəsi (USM) və endokrinoloqla məsləhətləşmək vacibdir.
3. Gələcək ana ginekoloqla görüşüb USM-dən keçməli, gələcək ata isə uroloqun, lazım olsa, androloqun qəbulunda olmalıdır.
4. Cinsi əlaqə yolu ilə keçə bilən infeksiyaların olub-olmadığı müəyyən edilməlidir.
5. Qan zərdabında qızılca və Qondi toksoplazmasına qarşı immunoqlobulinin təyini vacibdir.
6. Qanda hormonların miqdarı müəyyənləşdirilməlidir.
7. Spermoqramma.
8. Qanda hepatit virusunun təyini zəruridir.

Qadın orqanizmi hər ay 300 000 yumurta-hüceyrədən yalnız birini mayalanmaya hazırlayır. Gəlin həmin hüceyrənin güclü və sağlam olması üçün çalışaq. Axı məhz həmin hüceyrədən sizin gələcək övladınız olacaq.

Qeyd: Kanadalı alimlər öyrəniblər ki, qadın orqanizmi ayda bir deyil, bir neçə dəfə mayalanmaya hazır olur. Qorunma üsulunun özünü bəzən doğrultmamasını bununla izah edirlər.

Mayalanma dövrü məsuliyyətli olaq 

hamiləliyin 2-ci həftəsi - mayalanma

Mayalanma çox vaxt menstruasiyanın ilk günündən iki həftə sonra–ikinci həftənin sonu, üçüncü həftənin əvvəli baş verir.

Yoldaşınıza da deyin ki, bu müddətdə ehtiyatlı olsun, isti vanna qəbul etməsin. Heç bir halda mübahisə etməyin.

Spirtli içki, hətta pivə içməməlisiz. Çünki spermatazoidlər incə və dəymə-düşər varlıqlardır (1 eakulyatda 20 milyon olması heç təsadüfi deyil!). Onlar öz aktivlik qabiliyyətlərini ən yüngül stresdən itirə bilərlər.

Alkoqol isə onlara birbaşa, öldürücü təsir göstərir. Alkoqol qəbulundan 3 gün keçməsinə, şəxsin tam ayıq vəziyyətə qayıtmasına baxmayaraq, spermatazoid özünü hələ də sərxoş kimi aparır. Onların hərəkət və mayalanma qabiliyyəti 15 dəfə zəifləyir.

Hətta hərdənbir çəkdiyiniz siqaret dölə ziyan edir.

Cinsi aktdan əvvəl, ya sonra uşaqlıq yolunun hər-hansı bir üsulla yuyulması arzuolunmazdır, bu uşaqlıq yolunun turşuluğuna təsir göstərə bilər. Nəzərə alsaq ki, spermatazoidlər xarici mühitin kimyəvi təsirinə çox həssasdır, hətta dəyişilmiş uşaqlıq boynu mayesi ona öldürücü təsir göstərir.

Hamilə olmaq istəyirsinizsə, cinsi aktdan sonra yarım saat arxası üstə uzanın, bel nahiyəsinə yastıq qoysanız yaxşı olar.

Share Button

Bir cavab yazın