Ana südü ilə qidalanmaya necə hazırlanmalı?

Share Button

Əsas odur ki, sizdə kifayət qədər arzu və inam olsun.

sud veren anaBunun üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Balanızı ana südü ilə qidalandırmaq istəyirsinizsə, bunu bacaracağınıza inanırsınızsa, hər şey yaxşı olacaq.

Amma bəzi şeyləri bilmək vacibdir. Süd vermək istəyirsinizsə, hamiləlik dövründə də qalın parçadan hazırlanmış, süd vəzilərini sıxacaq lifçik geyməyin. Təmizliyə riayət edin, amma döş giləsini heç vaxt spirtlə silməyin! Döşü təmiz saxlamaq üçün su ilə yumaq kifayətdir.

Döş giləsi çox kiçikdirsə, narahat olmayın. Əvvəla, uşaq tək giləni deyil, onun ətrafını da çəkir. İkincisi, indi kiçik gilələri böyütmək üçün xüsusi vasitələr satılır. Apteklərə müraciət edin. Həmin rezin vasitələri əvvəl qaynar suda saxlayın (həm dezinfeksiya edirsiz, həm də yumşaldırsız), sonra döşün üzərinə qoyun, uşaq onun vasitəsilə əməndə gilə tədricən böyüyür. Bu, ağrılı, həm də çox ağrılı prosesdir, uşaq əməndə adam ağrıdan ayaqlarını qaldırır, qışqırır. Gilə hətta qanaya bilər, uşaq yatanda çatlayan hissələri vazilenlə yumşaldın. Ağrı keçicidir. 1-2 həftədən sonra rezin örtüyə ehtiyac qalmayacaq.

Süd kəsilərsə

Hər şeydən əvvəl narahat olmayın! “Hər dərdin əlacı var” deyib, iş başına keçin. Çoxlu su, çay (apteklərdə süd gətirmək üçün xüsusi çaylar satılır), süd için, çayınıza qatılaşdırılmış süd əlavə edin. Buğda qovurması (az miqdarda qoz, fındıq əlavə etmək olar, çox olsa köp verər) da xeyirlidir.

Sizin sakitliyinizin, istirahətin də əhəmiyyəti böyükdür. Gərginlikdən uzaq olun. Mümkün qədər dincəlin, fiziki işlə az məşğul olun, yuxusuz qalmayın.

sud sagan aparatSüdün azaldığını hiss edirsinizsə, uşaq yemədiyi vaxtlarda südünüzü sağın, bu artımı təmin edər. Sağmaq üçün apteklərdə xüsusi aparatlar var. Əvvəl incidə bilər, getdikcə istifadəsi asanlaşacaq. Aparat ala bilmirsinizsə, əllərinizi bitki yağı ilə yağlayın, döşünüzü kənarlardan mərkəzə doğru dairəvi hərəkətlərlə masaj edin. Döş giləsinin ətrafını barmaqlarınızla tutun, təzyiq göstərmədən döşü dairə cızırmış kimi fırladın. Yenə masaj edin və iki əlinizlə yuxarıdan mərkəzə doğru sıxın.

Hər şeyə rəğmən süd olmasa da, narahat olmayın, indi ana südünə çox bənzəyən qida məhsulları istehsal olunur və milyonlarla uşaq belə məhsullarla qidalanır.

Uşağı döşə vaxtında tutmaq lazımdır!

ana-sudu-qidalanma

Bundan çox şey asılıdır. “Vaxtında” deyəndə doğuşdan sonrakı 30-60 dəqiqə nəzərdə tutulur. Uşaq doğulan kimi ona süd verməyin həm körpəyə, həm də anaya xeyri var. (Bu barədə ətraflı “doğuş” bölməsində yazılıb) Balanıza nə qədər tez süd verərsinizsə, laktasiya bir o qədər uğurlu, yəni südünüz daha bol olar. Həm də ilk günlərdə ifraz olunan süd ağzının körpəyə xüsusilə xeyri var.

Share Button

Bir cavab yazın