loading...

Araşdırma: Kompüter oyunları uşaqları qəddarlaşdırır.

Share Button

Uşaqları qəddarlaşdıran daha çox atışma, davalarla, döyüş səhnələri ilə zəngin oyunlardır.ushaqlar komputerde oyun

Ayova Dövlət Universitetinin (Iowa State University) apardığı araşdırmalar göstərib ki, aqressiv kompüter oyunları oynayan uşaqlar, yeniyetmələr qəddarlığa, cəmiyyətdən uzaqlaşmağa meyllidirlər.

Araşdırmada 8-17 yaşlı uşaq və yeniyetmələr iştirak edib. Kompüter oyunlarına aludə olan bu uşaqların davranışlarını 3 il ərzində müşahidə ediblər.

komputer ve ushaqNəticələr göstərib ki, kompüter oyunları oynamağa davam edən uşaqlar getdikcə daha aqressiv, acıqlı olur. Bu uşaqlar yaşıdlarını incidir, mübahisələri  neqativ qarşılayırlar. Onlar mübahisə zamanı daha əsəbi davranır, qarşısındakını itələyir, söyüş söyür. Araşdırma aparanlardan Kreyq Anderson (Craig Anderson) deyib: “Həmişə aqressiv oyunlar oynayan uşaqlar böyüdükcə dəyişir, hər-hansı məsələni qəddar üsulla həll etməyi üstün tuturlar və bunun normal, əsaslı olduğunu deyirlər”.

Oyunları həvəsi azalan uşaqlar isə 3 il ərzində sakitləşib, daha yumşaq davranırlar.

Mütəxəssislər bildirirblər ki, valideynlər uşaqların oyunlarına diqqət etməli, insan əlaqələrinə əsaslanan, uşaqları yaradıcılığa cəlb edən oyunlar seçməlidirlər.

Share Button

Bir cavab yazın