loading...

Azərbaycan qız uşaqlarının ən çox abort olunduğu ölkələrdəndir

Share Button

korpe qiz

2014-cü ildə Azərbaycanda hər 100 qıza 115 oğlan doğulub.

Rəsmi məlumatlar da göstərir ki, Azərbaycanda qadınların çoxu ya öz istəyi ilə, ya da ailəsi tərəfindən məcbur edilərək qız uşağını abort edir.

Sabira adlı bir azərbaycanlı qadın Əlcəzirəyə (Aljazeera) müsahibəsində danışıb ki, əri və ərinin ailəsi onu seçim qarşısında qoyub; bətnindəki qızı məhv etməlidir, yoxsa küçəyə atılacaq.

“Mən dedim ki, qorxmuram və uşağımı saxlayacağam”

Mehriban ZeynalovaSabira yeganə qadın deyil. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, uşaqların cinsiyyətinə görə abort edilməsi Azərbaycan cəmiyyətinin böyük problemidir.

“Məncə cəmiyyət qız, qadın haqda düşüncəsini dəyişməlidir.”

Əlcəzirə yazır ki, Azərbaycanda qız uşaqlarının abort edilməsinin bir neçə səbəbi var: Azərbaycan kişilərin dominant olduğu ölkədir; ailələr kiçildikcə oğlan uşağı istəyi, təzyiq artır; uşağın cinsini müəyyən etməyə imkan verən texnologiyalar geniş yayılıb. Bütün bunlar uşaqların cinsiyyətinə görə abort edilməsini asanlaşdırır.

Milli Məclisin deputatı Qənirə Paşayeva deyir ki, dövlət problemin həllinə cəhd göstərib, amma qanun qəbul etmək azdır, əhalinin savadlanmasına ehtiyac var.

“Aborta getmək hər bir qadının haqqıdır. Amma uşağın cinsiyyətinə görə məhv edilməsinin qarşısını almaq üçün biz hamiləliyin 3-cü ayından sonra, həkimin razılığı olmadan aparılan abortun qadağan olunmasını istəmişik.
Ancaq mən xalqın bu barədə məlumatlanmasının tərəfdarıyam, çünki məsələni yalnız qanunla həll etmək olmaz.”

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, qadınların azlığı gələcəkdə fahişəliyin, adam oğurluğunun, cinsi zorakılığın artması ilə nəticələnə bilər.

Share Button

Bir cavab yazın