loading...

Uşaqların peyvənd təqvimi

Share Button

Azərbaycanın Peyvənd Təqvimi

Hər bir ölkə ərazisində yayılan infeksiyalara qarşı xüsusi peyvənd təqvimi tərtib edir və uşaqların həmin cədvələ uyğun peyvənd olunması vacibdir. Sizi Azərbaycanın milli peyvənd təqvimi ilə tanış edirik.

Yaş Peyvəndlər Hansı Xəstəliklərə Qarşı
Doğulandan sonra 12 saat ərzində HepB hepatit B
4-7-ci günlərdə BCG vərəm
OPV poliomielit
2 aylıqda GDTHibHepB göyöskürək, difteriya, tetanus, B tipli hemofil infeksiya, hepatit B
OPV poliomielit
3 aylıqda GDTHibHepB göyöskürək, difteriya, tetanus, B tipli hemofil infeksiya, hepatit B
OPV poliomielit
4 aylıqda GDTHibHepB göyöskürək, difteriya, tetanus, B tipli hemofil infeksiya, hepatit B
OPV poliomielit
12 aylıqda QPM qızılca, parotit, məxmərək
18 aylıqda GDT göyöskürək, difteriya,tetanus
OPV poliomielit
6 yaşda QPM qızılca, parotit, məxmərək
DT difteriya, tetanus

 

2013-cü il, aprelin 1-dən Azərbaycan peyvənd təqviminə pnevmokokk infeksiyaya qarşı vaksin əlavə edilib. Uşaqlar bu vaksinlə bir yaşa qədər 3 dəfə peyvənd olunmalıdır. Bu, pnevmokokkun törətdiyi pnevmoniya, meningit və s. xəstəliklərdən qorunmanın ən effektiv yoludur.

DİQQƏT!


peyvənd1
. Poliomielitə qarşı vaksin pipetlə uşağın ağız boşluğuna damızdırılır, digər vaksinlər inyeksiya yolu ilə yeridilir.

2. Bir yaşa qədər uşaqlara bu inyeksiyalar bud əzələsinə vurulur.

3. Peyvənddən əvvəl həkimdən uşağı müayinə etməsini, uşağın hərarətini ölçməsini tələb edin. Xəstə uşağı peyvəndləmək təhlükəlidir!

4. Peyvənddən sonra uşaqda baş verə biləcək reaksiyalar haqda həkimdən məlumat alın.

5. Peyvənddən sonra reaksiya olduqda dərhal həkimə müraciət edin.

QEYD: Ekzotik ölkələrə səyahətdən əvvəl həmin ölkələrin peyvənd cədvəli ilə tanış olun. Əlavə peyvənd sizi həmin ölkələrdə yayılan xəstəliklərdən qoruyar.

Hazırladı: Jalə Səmədova

Share Button

2 şərh Uşaqların peyvənd təqvimi üçün

  1. salam menim qizim 2 ay 9 gunlukdu.usaq cox pis oskurur.oskurende rengi qizarir qaralir.mualice edirik ama hec bir xeyri yoxdu xahis edirem komek edin

  2. salam menim qizim 2 ay 9 gunlukdu 2 ayinda lazim olan peyvendler olunmayib.VE indi usaq cox oskurur peyvend olunmadigi ucun ola biler?

Bir cavab yazın