loading...

B hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

Baba -  Nəvəsi olan. Kişi, ata-ananın atası; Yaşlı adama hörmət əlaməti olaraq müraciət; əcdad, ulu; xeyirxah, xoşniyyətli adamlar haqqında da bəzən “ baba adam” deyimi işlədilir

Bababəy - Bax: Baba və bəy

Babacan -  Görüb-götürmüş, yetkin adam; ürəyə , cana yaxın olan, inanılan insan; yaşlı adama müraciət biçimi

Babadaş - Bax: Baba və Dadaş

Babagül -  Babanın gülü, çiçəyi; babanın sevimlisi

Babaxan - Hörmətli xan, Bax: Baba və Xan

Babakişi - Tanınmış , hörmətli adam; yaşlı kişi

Babalar -  “ Babanın” cəmi

Babaseyid – Bax: Baba və Seyid

Babaş - ” Baba” ilə başlayan adların əzizləmə biçimi

Babayar – Babanın yardımçısı, dostu; atanın köməkçisi, arxası

Babək – 1)“ Baba” ya “ək” şəkilçisi artırmaqla əzizləmə və nəvaziş bildirən bir addır,  2) Ataman, sərkərdə

Babulla Tanrının qapısı

Bağdaş - 1.Uymaq, riayət etmək; 2. Bardaş qurub oturmaq

Balakişi –  Balaca kişi; kişi kimi övlad

Balaməmməd –  Balaca Məmməd. Bax: Məmməd

Balamir -  Bax: Bala və Mir

Balamirzə -  Balaca Mirzə. Bax: Mirzə

Balasadıq - Balaca Sadıq; nökər Sadıq. Bax: Sadıq

Balaş -“ Bala” ilə başlayan adların kiçiltmə və əzizləmə biçimi

Balaşirin -  “ Bala” və “şirin” sözlərindən düzəldilmiş addır. Bunun “ Şirinbala” variantı da vardır

Balaverdi - “ Bala” və “ verdi” (“vermək”dən) sözlərindəndir

Balayar - Bala kim dost, balaca yardımçı, kiçik dost

Baləli - Əslində “ Balaəli”dir, yan-yana gələn iki saitdən biri düşür. Bax: Bala və Əli

Baləmi -Əslində “ Balaəmi” dir, yan-yana gələn iki saitdən biri düşür. Bax: Bala və Əmi

Balahəsən -“ Balahəsən”in dəyişikliyə uğramış biçimi

Balahüseyn - “Balahüseyn” in dəyişikliyə uğramış biçimi

Balım - ”Bal” sözündən düzəldilmiş addır. Bax: Bal

Balkan - Dağ silsiləsi; sərt və meşəli sıra dağlar

Baloğlan - 1” Bala” və “oğlan” sözlərindən, oğlan övlad, oğlan uşağı; 2. Bal kimi oğlan, gözəl, xoşagəlimli

Barat - Əsli ”Barat” dır. Vəsiqə, qəbz, təhvil sənədi və bank kağızı; poçtla və ya başqa bir yolla göndərilən pul, yaxud da pul qəbzi; keçmişdə rütbə, imtiyaz verildiyi təsdiq edən rəsmi kağız, fərman; İslam dininə görə qəməri ilində Şəban ayının 15-nə təsadüf edən hadisələr; Məhəmmədə peyğəmbərliyin Cəbrayıl tərəfindən xəbər verilməsi

Barış - Sülh, atəşkəs, barışıq

Bariz – açıq, aşkar, əyani, aydın

Bay - Ulu, böyük, sayılan, hörmətli; cənab, ağa; varlı, zəngin

Bayandur - Tikilən, abad olan, abadlaşdırma; tərəqqi etmə, çiçəklənmə; əkilib-becərilmə, bol nemətlər yetirmə. Oğuz tayfalarından birinin adıdır.

Bayandurxan - Bax: Bayandur və Xan

Baydəmir - ”Bay” və ”Dəmir” sözlərindəndir.

Baykal - Böyük, ulu olan, nəhəng; Vəhşi madyan at səhra atı; madyan; Böyük göl, dəniz

Bayram – Tarixi, milli, dini və s. hadisələrlə bağlı; keçirilən günlərdə şənliklər, təntənələr, əyləncələr. Çox zaman oğul gözləyən ailədə oğlan uşaqları dünyaya gələrkən bu ad verilir

Bayraməli - Bax: Bayram və Əli

Bayramqulu - Bax: Bayram və Qulu

Behbud – sağalma, yaxşılaşma, sağlam – xəstə olmayan

Bəbir – Vəhşi heyvan adı

Bədəl - Əvəz, bir şeyin yerini tutan və ya tuta bilən əşya; dəyər, qiymət; misal, tay, bərabər

Bəhlul - Çox gülən, təlxənk, hoqqabaz; xeyir yiyəsi, dərrakəli

Bəhmən - Doğru danışan, yalan söyləməz; zəkalı, ağıllı; bu həm də İran aylarından birinin adıdır.” Avesta” da mələk adı kimi işlənmişdir

Bəhmənyar  – Doğru danışan dost, başa düşən sevgili, anlayan, məşuq, yalan söyləməyən köməkçi, yardımçı; ağıllı dost, zəkalı yoldaş

Bəhnan  - Gözəl xasiyyətli, xoş və gülərüz olan

Bəhram - Mars planeti.” Avesta” da iblisi qovan qələbə Allahı anlamında işlənib. Qədim yunan dilində müharibə Allahı və Roma ədəbiyyatında ”Gözəl gənc oğlan” kimi də təsvir olunmuşdur

Bəhruz - Əsli” behruz”dur. Yaxşı günlər, gözəl günlər; günü xoş olan; xoş günlü; xoşbəxt

Bəxtiyar - Xoş taleli, xoşbəxt, bəxti ona yar olan

Bəkir - “Bəkr” sözündəndir.Cavan dəvə, dəvə balası

Bəndəli - ”Bənd” və “Əli” sözlərinin birləşməsindən yaranmış addır. Əliyə bağlı olan olan, Əli tərəfdarı, Əlinin qulu, köləsi; Əliyə sitayiş edən və s

Bənzər - Oxşayan, uyğun olan, bənzəyən

Bərəkət - Xoşbəxtlik, səadət, uğur; bolluq, çox; nemət, Allah vergisi, xeyir

Bərgüşad - Əsli ”bərqoşad”dır. Təzə açılan yarpaq, bahar elçisi

Bərxudar - Əsli “ Bərxudar” dır. İstədiyinə nail olan, kamına çatan, xeyir görən, istifadə edən; xoşbəxt

Bəsir  - Gözüaçıq, diqqətli; fərasətli, yaxşı görən

Bəşir - Müjdə gətirən, xəbər gətirən, muştuluqçu, xoşxəbər

Bəşər - Adam, insan

Bəy - Bu söz indi ayrıca ad kimi işlənməsə də bir çox sözlərin əvvəlində və sonunda işlədilərək mürəkkəb adlar əmələ gətirir. Ona görə də bu sözün izahına ehtiyac vardır. Tarixi bir deyim olan” bəy” in aşağıdakı anlamları vardır. Bir yerin əmiri, hakimi, rəisi, başçısı; oxumuş, tanınmış adamları və “ağa” , “ cənab” yerinə müraciət forması( çox zaman adların sonunda təkrar edilir); evlənən, toy edən oğlan; müraciət biçimi

Bəyalı - Bax: Bəy və Alı

Bəyarslan - Bax: Bəy və Arslan və Aslan

Bəyaslan - Bax: Bəy və Arslan və Aslan

Bəyaz - Bax: Bayaz

Bəybala - Bax: Bəy və Bala

Bəydəmir - Bax: Bəy və Dəmir

Bəykişi - Bəy kimi kişi, bəy olmağa layiq adam

Bəyqardaş - ”bəy” və “qardaş” sözlərindəndir

Bəyqulu - Bəyin qulu, bəyin xidmətçisi

Bəylər - “Bəyin” cəmi

Bəylərbəy - Keçmişdə vilayət hakimi, vali, başçı

Bəylərbəyi - Bax: Bəylərbəy

Bəypolad - Bax: Bəy və Polad

Bəyverdi - Bəyin verdiyi(adam)

Bilal - Nəm, nəmişlik, yaş; sağlamlıq; sərin meh

Binnət - Bağışlanmış övlad, bəxş edilmiş övlad

Böyükağa - Bax: Böyük və Ağa

Böyükxan - Bax: Böyük və Xan

Böyükkişi - Böyük hörmət sahibi, tanınmış adam, hörmətə layiq insan

Bulud - Yer səthindən buxarlanaraq havada qatı bir təbəqə əmələ gətirən və sonra yenə də yağış və qar şəklində yerə enən buxar yığını, buğ

Bünyad - Təməl, özəl, əsas

Bürhan - Dəlil, sübut, isbat.

Bürhanəddin - Dinin dəlili, sübutu.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın