loading...

Bakı metrosunda uşağı arabada aparmaq olmaz

Share Button

Təkərli vasitələr, eləcə də velosiped və uşaq arabası ilə Bakı metrosuna daxil olmaq qadağandır. Uşaq arabaları turnikdən o yana aparıla bilməz.

ErgoBaby_on_SubwayUşaq arabası yığılmalı, uşaq valideynin qucağında olmalıdır. Qaydaya istər eskalatorda, istərsə də platforma və qatarda əməl edilməlidir.

Bunları bala.az-a müsahibəsində Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev danışıb.

Köhnə stansiyalardan fərqli olaraq yeni tikilən stansiyalarda arabalar üçün lift quraşdırılıb. Yəni arabayla hərəkət edənlər stansiyaya pilləkənlə, eskalatorla deyil, yerin üstündəki liftlə enə biləcəklər. Amma bu liftlər hələ ki, yalnız fiziki problemi olan adamlar üçün nəzərdə tutulub.

7 yaşına qədər uşaqlar Bakı metrosundan pulsuz istifadə etmək hüququna malikdir.

 3 yaşına qədər uşaqlar istər keçiddə, istər eskalatorda, istərsə də platformada təhlükəsizlik məqsədilə mütləq valideynin qucağında olmalıdır. 3-7 yaş arası uşaqlar isə valideynin əlindən tutmalıdırlar. 7 yaşından yuxarı uşaqlar tək başına hərəkət edə bilərlər.

Bütün stansiyalarda qatar yolu ilə platforma arasında məhdudiyyət xətti var. Qatar platformaya yaxınlaşıb qapılar açılana qədər həmin xətti keçmək olmaz! Bu qaydaya həm uşaqlar, həm də böyük sərnişinlərin əməl etməsi vacibdir.

Məhdudiyyət xətti bəzi stansiyalarda işıqlarla, bəzi stansiyalarda sarı xətlə, ya da rəngli mərmərlərlə fərqləndirilir.

Yeni stansiyalarda platformalar daha uzun olacaq – 144 metr! (əvvəlkilər 104 metrdir) Bu isə daha təhlükəsiz platforma deməkdir.

35504657

Bilirsinizmi ki! Bakı metrosunun xəttlərinin uzunluğu 34 km 560 metrdir, bu isə Bakıdan Sumqayıta qədər olan məsafədən uzundur! Ümumi yolların uzunluğu isə 90 km yaxındır.

 

Uşaqlar üçün ən təhlükəli yerlərdən biri eskalatorlardır. Uşağın paltarının eskalatora ilişməməsinə valideynləri fikir verməlidirlər.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbərinin dediyinə görə, bütün stansiyalarda məhz uşaqlar, əngəllilər üçün nəzarətçilər var. Keçid turniketlərinin yanında, eskalatorların yanında, eyni zamanda platformada olan nəzarətçilər uşaqlar və uşaqlı valideynlərə, fiziki problemi olan adamlara yardım etməlidirlər.

181-475x3221

 

Dərin özüllü stansiyalarda sərnişinlərin oturması üçün oturacaqlar var. Uşaqlı valideynlər burada otura bilərlər. Eyni zamanda vaqonlarda uşaqlı valideynlərə yer verilməlidir.

Metroda cəmi 281 vaqon var, onlardan 15-i yenidir. Gün ərzində 600 min adam metrodan istifadə edir. Bu da ildə 219 milyon adam deməkdir! Təsəvvür edin ki, adam başına azərbaycanlılar il boyu ən azı 24-25 dəfə metrodan istifadə edirlər.

Share Button

Bir cavab yazın