loading...

Barmaq oyunu

Share Button

Bir neçə uşaq cəm olub sanama yolu ilə usta (başçı) seçir.barmaq-oyunu

Uşaqlar əllərini açıb üzüstə yerə qoyurlar. Sonra usta (başçı) aşağıdakı sözləri deyir və hər barmağın üstünə bir heca ilə işarə edir.

Əl-əl-əllənə .
Sən vurginən çəpənə,
Əldən çıxdı kəpənə,
Şah, şux, şaha bacı,
Molla dedi, çək əlini.

Yaxud,

Barmaq oyunu
Bər, bər inci, Bər kəşinci,
Şam ağacı, Şatır keçi.
Qoz ağacı, Qotur keçi.
Happan, Hoppan,
Yarıl, Yırtıl,
Su iç, Qurtul.

Son heca hansı barmağın üzərinə düşsə, o barmaq cərgədən çıxar. Oyun bütün barmaqların aradan çıxmasına qədər davam edir.

Başçı axıra qalmış barmaq sahibinin paltarından tutub deyir:

Razi ha balam razi,
Tikib donunu dərzi.
Abbası verim xərclə,
Toyun təzədən başla.
Qarğa qur,
Qarğa istəyirsən, quş?

Uşaq qarğa ya quşdan birini, yaxud tam başqa bir şeyin adını çəkir.

Uşağın istədiyi quş uçana və ya görünənə qədər usta uşağın paltarını buraxmaz və paltarı tutulan bu uşaq nə desə, neyləsə  o birilər onu təqlid edər.

Uşağın adını çəkdiyi quş, yaxud avtomobil və s. görünənə qədər oyun  davam edər.

Share Button

Bir cavab yazın