loading...

5 aylıq uşağın bacarıqları

Share Button

Balanızın 5 ayı tamam olubsa, o,

  • 5 ayliq ushaqbaşını dik tutmağı,
  • qarnı üstə uzananda  əllərinə dirənərək sinəsini qaldırmağı
  • bir tərəfə çevrilməyi
  • səslə gülməyi
  • şox kişik əşyaya fikir verməyi
  • əşyaya doğru can atmağı
  • əşyanı barmaqları və ya bamaqlarının ucu ilə tutmağı  bacarmalıdır.

 

Uşaq bunları bacarmırsa, həkimə müraciət edin. Narahat olmağa dəyməz, bu nadir hallarda hansısa problemlə bağlı olur. (Vaxtından əvvəl doğulmuş uşaqlar adətən yaşıdlarından gec—daha doğrusu öz bioloji yaşlarına uyğun inkişaf edirlər. Yəni, məsələn, hamiləliyin 6-cı ayında doğulmuş uşaq 4 aylıq olanda 1 aylıq uşaqla eyni olur.)

 5-ci ayın sonunda uşaq

  • ağırlığının bir hissəsini ayaqlarına salmağı
  • səs (həttta bir neçə səs) çıxarmağı
  • sevincindən ciyildəməyi
  • dayaqsız oturmağı (çox uşaq qabağa əyilərək)
  • səsə tərəf çevrilməyi   bacara bilər.

 5 aylıq uşaq hətta

5 ayliq ouuncaqla

  • oturaq vəziyətdə qalxmağa cəhd etməyi
  • kimdənsə, ya nədənsə yapışaraq dayanmağı
  • peçenyeni özü tutub yeməyi
  • oyuncağı əlindən almaq istəyəndə etiraz etməyi
  • uzaqda yerləşən əşyanı götürməyə çalışmağı
  • əşyanı bir əlindən o biri əlinə almağı bacara bilər.

 

Bu siyahı Denver testinə (uşağın inkişafının yaşına uyğunluğunu qiymətləndirmə testi) əsasən hazırlanıb.

Siyahının birinci hissəsində—“bacarmalıdır” kateqoriyasında göstərilənləri uşaqların 90%-i bacarır.

İkinci hissə–“bacara bilər” kateqoriyasındakılar uşaqların 75%-nə uyğundur.

Üçüncü–“hətta bacara bilər” kateqoriyasında sadalananları uşaqların 25-50%-i bacarır.

Siyahı bestseller “What to Expect” seriyasından (hamilə qadınlar və valideynlər üçün kitablar) götürülüb.

Uşağın inkişafının növbəti mərhələsi barədə “6 aylıq uşağın bacarıqları” yazısında…

Share Button

Bir cavab yazın