loading...

Məktəbli bulkasını evdə bişirək

Share Button

Bulkanın hazırlanması üçün lazım olan ərzaq:

0,5 litr südbulka tisbaga

200 qram kərə yağı

1 stəkan şəkər tozu

2 yumurta

0,5 çay qaşığı maya

1 paket vanil

xəmir alınana qədər un

Bulkanın hazırlanma qaydası:

Yumurta şəkər tozu ilə qarışdırılır. Həm süd, həm də yumşaldılmış yağ əlavə edəndə yenidən qarışdırılır. Vanil və maya, sonda isə xəmir alınana qədər un tökürük. Xəmir yumşaq olmalıdır ki, bulka da yumşaq alınsın. Xəmirin “özünə gəlməsi” üçün azı 1-2 saat gözləyin. Sonra xəmiri kündələyib müxtəlif formalara salmaq olar.bulka-donuz

Hazır formaları sobaya qoymamışdan əvvəl yumurta çəksəniz, qəşəng görünər. Üstəlik zövqə görə bulkanın üstünə cem, mürəbbə meyvəsi, ya da əvvəlcədən şəkərlə qarışdırılmış kəsmik qoymaq olar. Bu əlavələri edərkən xəmirin ortasından basıb “çuxur” əmələ gətirin ki, qoyduğunuz cem, yaxud kəsmik bulka bişəndə daşmasın.

Bulka 200 dərəcəyə qədər qızdırılmış sobada 10-15 dəqiqəyə bişir.

Bundan başqa, bulka xəmirini qalın yayıb, arasına qozlu, şəkər pudralı qarışıq töküb, rullet kimi keserek bishirmek olar.bulkanin kesilmesi
kesilmish bulkalar

Bildiyiniz reseptləri göndərməyi unutmayın:)

Share Button

Bir cavab yazın