loading...

Ç hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Çağdaş- müasir, həməsr, müasir dövrdə yaşayan

Çağxan- zamanın xanı, müasir xan

Çağlarxan- çağlayan xan, şəlaləyə bənzər xan.

Çağrı- şahin, qızılquş, tərlan, çağırış, müraciət

Çağrıbəy- sarayda rütbə və dərəcə

Çağrıtəkin- şahin, xanın varisi

Çağmur- xəsis, əliaçıq olmayan,ehtiyatlı olan

Çakar- qala divarı, xarici qala, ildırım, şimşək

Çalan- döyüşdə çalan, çapan, igid, qəhrəman

Çağan- bayram, şənlik, xoşbəxt gün

Çağlar- şəlalə, çağlaya-çağlaya axan su

Çapar- qasid, ata namə daşıyan paçtalyon

Çapay- qədim “Cab”(məşhur, tanınmış, müdrik) və “Ay” sözlərindən yaranmışdır. (Çapayev soyadının əsasında bu ad durur).

Çavuş- yol göstərən, karvan başçısı

Çayan- əqrəb, igid, düşmənə aman verməyən

Çayanbəy- əqrəb kimi bəy, qoçaq bəy

Çayanxan- əqrəb kimi xan, (İgidliyinə görə Ş.İ.Xətayinin verdiyi fəxri ad).

Çaylar- çay sözünün cəmi

Çevik- cəld, tez, diribaş

Çevikər- zirək, igid, qəhrəman

Çələbi- Allaha məxsus, Allah adamı, bilici, ədəbli

Çərkəz- Qədim Türk dilində “çərgəs” qənaət, cərgəyə düzülmək mənasında işlənmişdir. Qaraçay-Çərkəz MV-da kiçik bir xalqlardan biridir.

Çılğın- tez əsəbləşən, tez özündən çıxan. Bax: Coşqun

Çıraq- hər cür işıqlandırıcı cihaz

Çıraqəddin- dinin çrağı, dinin işığı

Çırağəli- Əli çırağı, Əli övladı

Çilingər- əl ilə metaldan müxtəliş şeylər hazırlayan, təmir edən usta

Çinar- yaşıl və enli yarpaqları olan iri və hündür ağac

Çingiz- dəniz, genişlik

Çingizxan- qüdrətli xan

Çoban- qoyun sürüsünü otaran

Çodar- mal-qara alveri ilə məşğul olan adam

Çolpan- dan ulduzu, venera

Çovğun- boran-qasırğa

Çölü- çöllü sözündən olub kəndli, çöl işi ilə məşğul olan adam

Çölüxan- çöl işləri ilə məşğul olan xan

Çölüşad- çöl işləri ilə məşğul olan varis

Çöliman- durğun su, toplanmış su yığını

 

 

-
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın