loading...

C hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Cabbar –  Qüdrət sahibi; əzəmətli; qəsbkar; zülmkar; Tanrı adlarındandır

Cabir  -  Zülmkar, sınıqçı

Cahan – Dünya, aləm

Cahad, Cihad, Cihat – din uğrunda mübarizə

Cahanbaxış – dünyanı bağışlayan

Cahangir – Dünyanı fəth eləyən, aləmi tutan, istila edən; dünyaca tanınan

Cahandar – hökmdar, padişah

Cahid – Cəhd edən, çalışqan, səy edən, çalışan

Cahil – avam, savadsız

Calib – Diqqəti cəlb edən, cəlbedici, özünə tərəf çəkən

Camal – Üz gözəlliyi, qəşəng sifət, göyçək çöhrə; göyçəklik, qəşənglik. Allaha aid edilən sifətlərdəndir

Camaləddin – Dini gözəl üzlüsü, dinin gözəli

Camalxan – gözəl üzü, görkəmi olan xan

Cami –  Tərtib edən, toplayan, yığan, əhatə edən

Candəmir – Canı

Cankişi – Kişi ürəkli, mərd, qüdrətli; güclü

Canbulat – canı polad kimi olan

Canbala – əziz, sevimli

Canqardaş – Qardaş ürəkli, qardaş kimi, qardaşa bənzər

Canpolad – Polad ruhlu, polad ürəkli; məs. güclü, qüvvətli, qorxmaz

Cansevər – Bax: Can və Sevər

Canər – sağlam, qüvvətli

Canı – can ilə fədarkarlığa hazır olan

Cankişi – kişi ürəkli

Cavad – Səxavətli, ürəyiyumşaq, əliaçıq adam

Cavanşir – Gənc aslan; məs. igid, qorxmaz, gənc, cəsarətli gənc

Cavid – Əbədi, daimi, ölməz, həmişəlik

Cavlıbəy – şohrətli, tanınmış

Ceyhun – İndiki Amurdərya çayının qədim adındandır. Aşıb-daşan, coşan

Cəbrayıl – Allahın əsgəri

Cədid – yeni, təzə

Cəfər – Kiçik çay, “Cənnət çayı” kimi də açıqlanır

Cəfərağa – Bax: Cəfər və Ağa

Cəfərəli -Bax: Cəfər və Əli

Cəfərxan – Bax: Cəfər və Xan

Cəfərqulu – Bax: Cəfər və Qulu

Cəlal – Böyüklük, əzəmət, ululuq, şan-şöhrət

Cənab – yön, tərəf,

Cəlaləddin – Dinin şan-şöhrəti, əzəməti, dəbdəbəsi

Cəlil – Böyük, uca, yüksək, ali, hörmətli

Cəsur – cəsarətli, igid

Cərulla – Allahın qonşusu

Cəmaləddin – Bax: Camaləddin

Cəmil –  Gözəl, göyçək, qəşəng

Coşqar – tez həyəcanlanan, coşan

Cığıtay – igid, ər, cəsur

Comərd – alicənab səxavətli

Coşğun – Həyəcanlı, qaynar, alovlu, ürəkli, ilhamlı, kükrəyən, daşan, sürətli

Cövhəri – cövhərə məxsus olan

Cövri – zülm, cəza, incitmə

Cövzəli – Əkizlər bürcündə doğulan və Əlinin tayı əkizi olan oğlan deməkdir.

Cudi – comərd, əliaçıq

Cuma, Cümə – cəmləşmə, məsciddə toplaşma

Cumay – cuman igid, hücum edən

Curtəkin – qırğı kimi, varisliyə hüququ olan Cur

Curulla –  Allahın alıcı kiçik quşu, Tanrının cəngavəri

Cücə – Çox alçaq boylu adam, cırtdan

Cüneyd – kiçik ordu, bərk torpaq parçası

Cünun –  dəlilik, divanə

Cünunbəy – dəli bəy, hünər, igid

Cürət – cəsarət

Cürətalı, Cürətəli – Əli cürəti, Alı hünəri

Cürübəy – alıcı kiçik quş kimi bəy, kiçik bəy

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın