loading...

Çağanın yuxu cədvəli. Gecəylə gündüzü ayıraq

Share Button

Təzə doğulan uşaq günün yarıdan çoxunu yatır!

Birinci ayın sonunda uşaqlar adətən sutkada 16-18 saat yatırlar. Problem odur ki, uşaqlar istənilən saatda, hətta gecə də oyanırlar :) Çağanın tez-tez oyanması normaldır və siz ona cəld—30 saniyə ərzində reaksiya verməlisiniz.

Yuxu cədvəli uşağın da, sizin də rahatlığınızı təmin edər. Təzə doğulan uşağın yuxu cədvəli təxminən belədir:

Uşağın yaşı  Gecə yuxusu Gündüz yuxusu Yuxunun ümumi müddəti
1 aylıq 8 saat 30 dəq 7 saat (3 dəfə) 15 saat 30 dəq
3 aylıq 10 saat 5 saat (3 dəfə) 15 saat
6 aylıq 11 saat 3 saat 15 dəq (2 dəfə) 14 saat
9 aylıq 11 saat 3 saat (2 dəfə) 14 saat
12 aylıq 11 saat 2 saat 30 dəq (2 dəfə) 13 saat 40 dəq
18 aylıq 11 saat 2 saat  (1 dəfə) 13 saat

 

 

 

 

 

 

Gecəylə gündüzü ayırın.yatanusaq

İlk həftələrdə bu mümkün olmur. Amma siz balanızı yavaş-yavaş öyrədə bilərsiniz. Uşaq gündüz saatlarında çox yatırsa, otağı işıqlı saxlayın, pərdəni kənara çəkin, ya işıqları yandırın. Televizorun səsini almayın (amma normadan yuxarı qaldırmağa da ehtiyac yoxdur!) Yedirdəndən, altını dəyişəndən sonra balanızı maraqlandırmağa çalışın. Onunla söhbət edin, onun əl-qolunu oynadın, oyuncaqlar göstərin.

Gecələr, əksinə, körpəniz yatmaq istəməsə belə, işıqları söndürün, ya zəiflədin. Uşağı yedirdəndə də, altını dəyişəndə də sakit və yavaş olun. Çalışın onunla danışmayasınız. Bir azdan görəcəksiniz ki, balanız gecələr daha çox yatır.

Uşağın rahat yatması üçün bir neçə şeyi bilməliyik:

yatan-korpe1. Otağın temperaturu normal—20-22 dərəcə olmalıdır. İsti olanda uşaq yata bilmir. Temperatur 24 dərəcədirsə, körpənin üstünə bir döşəkağı atsanız kifayətdir (sinəsinə qədər çəkin). Temperatur 21 dərəcə olsa, döşəkağına ədyal salın. Otağın temperaturu 18 dərəcədirsə, yorğana ehtiyac var. (1 yaşına çatmamış uşağın üstünə yun yorğan və ya yun ədyal salmaq məsləhət deyil.) Soyuqdan qorunmaq üçün uşağı bərk bələməyə ehtiyac yoxdur. Uşağın əl-ayağı sərin olsa belə, qarnı istidirsə, soyuqdan qorxmağa dəyməz.

2. Uşaq tox olmalıdır. Yatmalı olduğu saatlarda onu yedirdin. Bəzən uşaq yeyəndən sonra da narahat olur. Bəlkə böyüyüb, daha çox yemək istəyir?

3. Uşağın yeri rahat olmalıdır. O çox yumşaq yerdə yatmamalıdır. Uşağı balıncın üstündə, yumşaq tük doldurulmuş döşəkdə, içi doldurulmuş heyvan dərisi üzərində uzatmaq olmaz! Uşaq döşəyi bərk olmalıdır. Bir yaşa qədər uşağın başının altına balınc qoymayın. Döşəyin bir hissəsini azca qaldıra bilərsiniz.

4. Uşağın əyni rahat olmalıdır. Onu az bələyin. Çalışın başı açıq qalsın (Otağın temperaturu normaldırsa, baş örtüyünə ehtiyac yoxdur)

Yatmalı olduğu saatlarda uşağı çimdirmək, mahnı oxumaq, yüngül sığal, masaj da rahat yuxulamasına səbəb olar.

Siz balanıza öyrəşdikcə onun nə vaxt və niyə oyandığını, yuxusuzluğunun səbəbini, nə vaxt yatmaq istədiyini biləcəksiniz. Hər bir uşaq özünəməxsusdur. Bəziləri yatmaq istəyəndə vurnuxmağa başlayır, yaxud gözlərini ovxalayır, ya öz qulağını dartır, bəziləri  gözlərini boşluğa zilləyir, ya da ağlayır.

Balanızın yatmaq istədiyini bilən kimi qoyun yatsın.

Yuxusu şirin olsun!

Share Button

Bir cavab yazın