loading...

Cinsi münasibətlərin hamiləlik dövrü

Share Button

Hamiləlik zamanı cinsi əlaqə olarmı?

Əlbəttə olar! Hamiləliyiniz normal keçirsə, özünüzü yaxşı hiss edirsinizsə, cinsi əlaqənin hamiləliyə təhlükəsi yoxdur.

Amma!

hamileye gul• uşağın düşməsi təhlükəsi böyükdürsə, siz əvvəl də tez-tez uşaq salmısınızsa;
• cift möhkəm deyilsə, ya ciftin yerləşməsində problem varsa;
• çoxdöllü hamiləlik zamanı;
• sizdə, ya yoldaşınızda cinsi orqanlarda infeksiya varsa (bir daha xatirladaq ki, bu məsələ hamiləliyə qədər həll olunmalıdır, hər iki valideyn həkimə müraciət etməli, xəstəliyi olub-olmadığını müəyyənləşdirməli, müalicə olunmalıdır)
Bu hallarda cinsi əlaqə hamiləliyə təhlükə ola bilər.

Həkimlər hamiləliyin ilk və son həftələrində ehtiyatlı olmağı tövsiyyə edir. Çünki ilk həftələr uşağın düşməsi riski sonrakı dövrə nisbətən yüksəkdir. Axır həftələrdə isə cinsi əlaqə sancıların vaxtından əvvəl başlamasına səbəb olar.

Cinsi əlaqənin gələcək körpəyə zərəri yoxdur ki?

Yox. Uşaqlığın qalın əzələli divarları, eləcə də başqa orqanlar dölü qoruyur. Düzdür, orqazmdan sonra dölün tərpəndiyini güman edə bilərsiniz, ancaq gümanınıza səbəb uşaqlığın yığılmasıdır. Gələcək körpənizi incitmədiyinizə əmin ola bilərsiniz. Onun heç nədən xəbəri yoxdur!

Sadəcə qarın və döşləri ağırlıqdan, təzyiqdən qorumaq lazımdır. Uyğun pozanı tapın. Ətrafınıza döşəkcə yığın. Bu həm yatanda, həm də cinsi əlaqə zamanı rahatlığı təmin edir.

Orqazm doğuşu tezləşdirmir ki?

Uşaqlıq doğuşa hazır deyilsə və döl yetişməyibsə, uşaqlığın yığılmasının zərəri yoxdur. Amma əgər doğuşa çox az qalıbsa, orqazm doğuşun başlamasına təkan verə bilər. Yəni seks sancıları “gətirə” bilər.

Hamiləlik cinsi istəyi azaldır?

hamile qadin eriyleBu suala bir sözlə cavab vermək mümkün deyil. Çünki hormonal dəyişikliklər hərədə bir cür reaksiya doğurur. Bəzi hamilələrin, əksinə seksə marağı əvvəlkindən çox olur. Bu halda cütlük hamiləlik dövrünü cinsi münasibətlərin ən gözəl dövrü kimi xatırlaya bilər.

Bəzi hamilələr cinsi əlaqədən ümumiyyətlə imtina edirlər.

Cinsi istək adətən hamiləliyin ilk 3 ayında azalır (xüsusilə ilk dəfə hamilə olan qadınlarda belə olur). Buna səbəb hamiləliklə bağlı narahatlıq, qorxu, eyni zamanda toksikoz, yorğunluq, süd vəzilərinin kobudlaşması, hormonal dəyişiklik nəticəsində emosional vəziyyətin dəyişkənliyidir.

İkinci 3 ay ərzində seksə maraq adətən bərpa olunur. Hamilənin bədənində qan dövranı gücləndiyindən uşaqlıq yolunda sekresiya artır. Bu da eroqen yerlərdə hissiyyatın güclənməsinə, qadının orqazm qabiliyyətinin artmasına səbəb olur. Statistika göstərir ki, qadınların çoxu orqazmın nə olduğunu məhz hamiləliyin ikinci rübündə anlayırlar.

Son 3 ayda yenidən problem yarana bilər. Qarınları böyüyən qadınlar çox vaxt çəkinir, özlərini cazibədar hesab etmirlər. Bəzilərində yenidən toksikoz başlayır.

Bəs ərinizin cinsi istəkləri?

hamile cutlukHər şey tərəflərin xüsusiyyətindən asılıdır. Sevdiyi qadının hamiləliyi kişini yumşaltmaqla yanaşı məsuliyyət hissini artırır. Axı cəmi bir neçə aydan sonra onun statusu tamamilə dəyişəcək—ata olacaq. Odur ki, yoldaşınızın seksə marağının azalması sizi qorxutmasın. Nəzərə alın ki, o da narahatdır. Xanımının sağlamlığı, hamiləliyin normal keçməsi onu da maraqlandırır.

Çox vaxt kişilər gələcək körpədən çəkinirlər.

Hər bir kişi, açıq deməsə də, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamiləliyi kişini sevindirməklə yanaşı, daha ehtiyatlı edir. Bu da seksə təsir göstərir.

Həm də qadınlar hamiləliklə bağlı dəyişiklikləri daha təbii qarşılayırlar. Amma kişi xanımının görünüşünün dəyişməsinə, yeni zövqünə və yeni əhvalına daha çətinliklə alışır.

Bir şeyi bilmək zəruridir, hamiləlik zamanı xüsusilə vacib olan ailə münasibətlərində harmoniyanı qorumaqdır. Qarşınızdakının da istəyini nəzərə alın, özünüzə də diqqətli olun. Cinsi əlaqə vacib deyil. Qarşılıqlı məhəbbəti ifadə etməyin yolu çoxdur!

Share Button

Bir cavab yazın