loading...

Dəcəlləri məşğul edək!

Share Button

Dəcəlin rejimi planlanmalıdır

oynayan ushaqlar

Hiperaktiv uşaq çoxdur və valideynlər çox vaxt bu uşaqları “dəcəl”, ya da “həddən artıq dəcəl” adlandırır. Amma bu, həllini tapmayacaq problem deyil, məsələ psixoloqun, ehtiyac olarsa nevropotoloqun köməyi ilə həll oluna bilər.

Hiperaktiv uşaqları planlı sistemdə böyütmək lazımdır. Onlar çox sürətli olduğu üçün sabit plan olmur. Bu enerji ilə dolu uşaqlar hər şeyə maraq göstərir, bir məşğuliyyətdən digərinə keçirlər. Bəzən bu uşaqların həyatı xaosa bənzəyir. Bunu isə qaydaya salmaq valideynin borcudur. Dərs, əyləncə, gəzmək saatlarını planlamaq lazımdır.

Hiperaktiv uşaqları daha çox kobud məşğuliyyətlərə yönəltməliyik.

ushaqlar-suda

Hiperaktiv uşaqları üzgüçülük, basketbol, furbol, taekvondo kimi məşğuliyyətlərə yönəltmək yaxşıdır.

Üzgüçülük hər bir uşaq üçün dərmandır. Suda ionlar var, bu ionlar hərəkətli uşaqların enerjisini özünə çəkə bilir. Eyni zamanda passiv uşaqlara enerji verə bilir. Uşaqlar suda nəfəsi tənzimləməyi öyrənir. Hiperaktiv uşaqlarda diqqət yayılmaları olur, suda isə onlar müvaziməti təmzimləyərək tərbiyə olunur, diqqəti tərbiyə edirlər.

ushaq-taekvondoBasketbol, taekvondo hiperaktiv uşaqlar üçün idealdır (taekvondo Koreya döyüş sənətidir, xarakterik xüsusiyyəti döyüşdə ayaqlardan və əllərdən fəal istifadə olunmasıdır). Hiperaktiv uşaqlar bir az aqressiv olurlar. Bu idman növləri onlara enerjini çıxarmağa, özünü idarə etməyə, özünə inam (bu, hiperaktiv uşaqların əsas problemlərindən biridir) yaratmağa, diqqəti toplamağa, nəzakətli, səbirli olmağa kömək edir. Azərbaycanda basketbol, taekvondo məktəbləri var. Məşqlər zamanı idman növünə uyğun olaraq toplardan, taxtalardan istifadə olunur. Şiddət olmur, uşaqlar zədələnmir.

Musiqi hiperaktiv uşaqlar üçün ən uğursuz seçim ola bilər. Çünki onların əlləri zəif inkişaf edir. Uşaqlar musiqiyə başlayan zaman uğursuz olur və həvəsdən düşürlər, uşaqda özünə inamsızlıq yaranır, məşğələlərə qarşı negativ fikir formalaşır.

Toxuculuq, tikiş də hiperaktiv uşaqlarda özünə inamsızlıq yarada bilər. Çünki yenə də, əllər incə işlər üçün zəif olduğundan hiperaktiv qızlar tikiş tikmək, toxumaq kimi işlərin öhdəsindən gələ bilmirlər.

Hiperaktiv uşaqlara individual olaraq psixoloq baxsa yaxşı olar. Bununla da, fərdə uyğun məşğuliyyət tapmaq olar.

Məlumata görə psixoloq Narınc Rüstəmovaya təşəkkür edirik.

Share Button

Bir cavab yazın