loading...

Doğuşdan sonra: çəki, yuxusuzluq, qəbizlik, qanaxma…

Share Button

Doğuşdan sonra birinci şərt pozitiv olmaqdır.zaha ushaqla

Siz indi dünyanın ən xoşbəxt qadınısız, ilk dəfə körpənizin səsini eşidirsiz, onu bağırınıza basanda, ilk dəfə süd verəndə heç vaxt yaşamadığınız hissləri keçirəcək və yeni həyata başladığınızı anlayacaqsız. Yuxusuzluq, depressiya, qanaxma, artıq çəki… bunların heç biri yaşadığınız sevincdən güclü ola bilməz.

Zahalığın ömrü 40 gündür və bu müddəti elə-belə müəyyən etməyiblər. Ruslar doğuşdan sonrakı ilk ayı hamiləliyin 10-cu ayı adlandırırlar. İstər təbii doğuş, istərsə də qeysəriyyə əməliyyatından sonra qadının özünə gəlməsi, həm özünün, həm də uşağının yeni həyata alışması, südün normal olması üçün zahılıqda xüsusi diqqətə, qayğıya, istirahətə ehtiyacı var. Heç nəyə görə (uşağın qazı var, yatmır, yeyə bilmir…) təşvişə düşməyin, hər şeyin həlli var!

Doğuşdan 20 gün sonra isti geyinməklə həyətə çıxa, bəzən uşağı da özünüzlə götürə bilərsiniz. İmkan olan kimi əvvəlki işlərinizi görməyə cəhd edin, qadın salonuna gedin, bəzənin, bunlar sizin əhvalınıza yaxşı təsir edər.

Yuxusuzluq

yuxusuzluqYuxusuzluq analıq həyatınızda birinci yol yoldaşınızdır. İmkan olan kimi yatmağa, mümkünsə uşaq olmayan otaqda yatmağa çalışın. Kimsə sizdən inciməz! Siz zahısınız, yatmasanız əsəbləriniz pozula, özünüzə və uşağınıza qarşı əsəbi ola bilərsiniz. Süd verən ananın enerjiyə, yatıb dincəlməyə ehtiyacı var. Diqqət etsəniz, yatmadığınız, fiziki işlə məşğul olduğunuz günlərdə südünüzün azaldığını hiss edəcəksiniz. Köməkdən çəkinməyin, arabir uşağı sizə yardım etmək istəyən yaxınınıza verin ki, özünüz də “nəfəs ala” biləsiniz.

Qanaxma

Qanaxma doğuşdan sonra 2-8 həftə çəkə bilər. İlk günlər qan çox və qırmızı rəngdə olacaq. Getdikcə qəhvəyi, çəhrayı, sarı rəngli maye ifraz olunur və azalır. Uşağı əmizdirən analarda qanaxma adətən tez qurtarır. Çox olarsa, mütləq həkimə müraciət edin.

Doğuşdan sonrakı qanaxma zamanı ifraz olunan maye bakteriyalarla zəngindir, odur ki, bezlərdən istifadə edin, əllərinizi hər dəfə sabunla yuyun.

Çəkini bərpa edək?

Doğuşdan sonra pəhriz saxlamasanız daha yaxşı olar, çünki siz süd verməlisiniz. Sizə enerji lazımdır və yediyiniz hər şey uşağa təsir edəcək. Düzdür doğuşdan sonra çəkini bərpa etmək o qədər asan məsələ deyil, hər şey sizin orqanizminizdən, həyat tərzinizdən asılıdır. Normalda uzağı 6 aydan sonra qadın əvvəlki paltarlarını geyə bilir.

 

qarnini olchen qadinUnutmayın ki, uşaqlıq günbəgün yığılır, doğuşdan sonra uşaqlığın çəkisi 1000 q-dan 50 q-a düşür. Süd verən analarda uşaqlığın yığılması prosesi daha sürətlə gedir. İkinci doğuş zamanı bu proses bir qədər ağrılı olur. Xüsusilə süd verən zaman ana qarnının aşağı hissəsində doğuşun ilk sancılarına bənzər ağrı hiss edə bilər. Çünki uşaq ananı əmərkən oksitosin adlı hormonlar ifraz olunur ki, bu da uşaqlığın yığılmasına təsir edir.
Zahılıq zamanı qarını tez yığmaq üçün xüsusi rezinli sarğıdan da istifadə etmək olar, apteklərdə satılır.

Ağırlıq qaldırmayınNormal doğuş zamanı tikişlər olarsa, xüsusilə qorunun (tikişlərin ağrısı 7-10 günə keçir). Qeysəriyyə əməliyyatından sonra 5 gün yalnız dincəlməlisiniz və uzun müddət ağırlıq qaldırmamalısınız.

Qəbizlik

Doğuşdan sonra qəbizlik qadınların çoxuna əziyyət verir. Bu, çox vaxt qarın əzələlərinin zəifləməsi, ananın hərəkətsizliyi, düzgün qidalanmaması, bəzən babasil nəticəsində baş verir. Adam tikişlərin söküləcəyindən qorxdub tualetə getmək istəmir, vəziyyət bir az da ağırlaşır. Tikişlərdən qorxmayın, mümkün qədər hərəkət edin, yeməyinizə fikir verin. Qəbizlik çox incidərsə həkiminizlə danışın. Uşağa zərər verməyən ot çayı və ya dərman qəbul edə bilərsiniz (amma bu dərmanları uzun müddət qəbul etmək olmaz, qəbizlik davam edərsə pəhriz də lazımdır).

Doğuşdan sonra bəzi qadınlarda işəmədə problem olur, çünki ifraz olunan maye kəsikləri, tikişləri ağrıdır. Qadın uzun müddət üfüqi vəziyyətdə qalanda psixoloji maneə yaranır. Sidik kisəsini işə salmaq üçün tualetdə olarkən kranı açıq qoymağın xeyri var, suyun səsi kömək edir.

Depressiya

depressiya-dogushDoğuşdan sonrakı depressiya qadınların 70%-də müxtəlif şəkildə və müddətdə müşahidə olunur. Xoşbəxtlikdən qadınların çoxu bunu depressiya kimi deyil, sadəcə əsəb gərginliyi kimi yaşayır. Səbəb hormonal dəyişiklikdir. Hamiləlik zamanı anada qadın hormonlarının səviyyəsi ən yüksək həddə çatır və doğuşdan dərhal sonra xeyli düşür (bu proses zəif şəkildə hər ay baş verir, ona görə də bəzi qadınlar aybaşı zamanı mini-depressiya keçirirlər).

 

Doğuşdan sonrakı ilk günlərdə (əsasən birinci uşaqdan sonra) əhvalınız tez-tez dəyişə bilər. Siz adi şeylərdən, məsələn, ana olmağın öhdəsindən gələ bilməyəcəyinizdən qorxa, hər xırda şeyə görə oturub ağlaya bilərsiniz. Bunları yazmaqda məqsədimiz sizi məlumatlandırmaq, belə hala düşsəniz səbəbini anlamanıza kömək etməkdir. Bu, bir və ya bir neçə gün çəkə bilər. Xüsusi müalicəyə ehtiyac yoxdur, yaxınlarınızın qayğısı, ya da səbəbi özünüzün anlamanız kifayətdir.

Qadınların çox az hissəsi (10%) doğuşdan sonra sözün əsl mənasında depressiyaya düşə bilər. Buna qadının ailəsində və ya iş yerində gərginlik, qadının və ya onun yaxınının keçmişdə depressiyaya düşməsi, bəzən də ananın yaşı səbəb ola bilər. Güclü depressiya bəzən doğuşdan dərhal sonra, bəzən də bir ildən sonra (qadının keçirdiyi gərginlik depressiyaya çevriləndə) müşahidə olunur. Yaxınların, xüsusilə həyat yoldaşının heç yardım etməməsi də qadını güclü depressiyaya salar. Bu haldazaha

1. yuxusuzluq
2. daimi yorğunluq
3. sevdiyi işlərə həvəssizlik
4. ruh düşkünlüyü
5. iştəhasızlıq
6. arıqlıq
7. uşaqla ünsiyyət yarada bilməmək qorxusu

qadını narahat edir. Bu halda mütləq həkimə müraciət etmək, psixiatrın köməyindən yararlanmaq, gərəkdirsə, xəstəxanada müalicə olunmaq lazımdır.

Başınıza nə gəlir-gəlsin, hər şeyin keçəcəyini, bu şeyləri sizin ananızın, nənələrinizin və milyonlarla başqa qadının da yaşadığını unutmayın.

Share Button

Bir cavab yazın