loading...

Doğuşdan sonrakı depressiya

Share Button

Depressiya ötəridir!

Doğuşdan sonrakı depressiya qadınların 70%-də müxtəlif şəkildə və müddətdə müşahidə olunur. Xoşbəxtlikdən qadınların çoxu bunu depressiya kimi deyil, sadəcə əsəb gərginliyi kimi yaşayır. Səbəb hormonal dəyişiklikdir. Hamiləlik zamanı anada qadın hormonlarının səviyyəsi ən yüksək həddə çatır və doğuşdan dərhal sonra xeyli düşür (bu proses zəif şəkildə hər ay baş verir, ona görə də bəzi qadınlar aybaşı zamanı mini-depressiya keçirirlər).

depressiya-dogushDoğuşdan sonrakı ilk günlərdə (əsasən birinci uşaqdan sonra) əhvalınız tez-tez dəyişə bilər. Siz adi şeylərdən, məsələn, ana olmağın öhdəsindən gələ bilməyəcəyinizdən qorxa, hər xırda şeyə görə oturub ağlaya bilərsiniz. Bunları yazmaqda məqsədimiz sizi məlumatlandırmaq, belə hala düşsəniz səbəbini anlamanıza kömək etməkdir.

Bu vəziyyət bir və ya bir neçə gün çəkə bilər. Xüsusi müalicəyə ehtiyac yoxdur, yaxınlarınızın qayğısı, ya da səbəbi özünüzün anlamanız kifayətdir. Yaxınlarınızla səmimi söhbət edə, vəziyyətinizi başa sala bilərsiniz. Bu həm sizi sakitləşdirər, həm də yaxınlarınızın münasibətini dəyişər.

Zahalığın ömrü 40 gündür və bu müddəti elə-belə müəyyən etməyiblər. Ruslar doğuşdan sonrakı ilk ayı hamiləliyin 10-cu ayı adlandırırlar. İstər təbii doğuş, istərsə də qeysəriyyə əməliyyatından sonra qadının özünə gəlməsi, həm özünün, həm də uşağının yeni həyata alışması, südün normal olması üçün zahılıqda xüsusi diqqətə, qayğıya, istirahətə ehtiyacı var. Heç nəyə görə (uşağın qazı var, yatmır, yeyə bilmir…) təşvişə düşməyin, hər şeyin həlli var!

Güclü depressiya

Qadınların çox az hissəsi (10%) doğuşdan sonra sözün əsl mənasında depressiyaya düşə bilər. Buna qadının ailəsində və ya iş yerində gərginlik, qadının və ya onun yaxınının keçmişdə depressiyaya düşməsi, bəzən də ananın yaşı səbəb ola bilər. Güclü depressiya bəzən doğuşdan dərhal sonra, bəzən də bir ildən sonra (qadının keçirdiyi gərginlik depressiyaya çevriləndə) müşahidə olunur. Yaxınların, xüsusilə həyat yoldaşının heç yardım etməməsi də qadını güclü depressiyaya salar. Bu haldazaha

1. yuxusuzluq
2. daimi yorğunluq
3. sevdiyi işlərə həvəssizlik
4. ruh düşkünlüyü
5. iştəhasızlıq
6. arıqlıq
7. uşaqla ünsiyyət yarada bilməmək qorxusu

qadını narahat edir. Belə vəziyyətdə mütləq həkimə müraciət etmək, psixiatrın köməyindən yararlanmaq, gərəkdirsə, xəstəxanada müalicə olunmaq lazımdır.

Başınıza nə gəlir-gəlsin, hər şeyin keçəcəyini, bu şeyləri sizin ananızın, nənələrinizin və milyonlarla başqa qadının da yaşadığını unutmayın. Siz indi dünyanın ən böyük səadəti-ana olmaq səadətini yaşayırsınız!

Share Button

Bir cavab yazın