loading...

Dovşana ad verilir

Share Button

ovchuKeçmiş  zamanlarda iki qonşu var idi. İkisi də ovçu  idi.  Bir dəfə onlar maral tutmaq üçün tor qurmağa getdilər.

Birinci ovçu toru adi qayda üzrə yerdə qurur. İkinci ovçu isə torunu ağacın başında qurur. Torlarını qurandan sonra qayıdıb evlərinə gedirlər.

Torunu ağacın başında quran ovçu tezdən, dan  yeri sökülməmişdən torlara baxmağa gedir.

Torunu yerdə quran qonşunun tələsinə maral düşübmüş. Ağacın başında qurulan torda isə maral yoxmuş. O, qonşunun tələsindən maralı çıxarıb öz toruna, ağacın başında qurduğu toruna salır. Sonra da qayıdıb evinə gedir, yıxılıb yatır.

Ovçu o vaxtacan yatır ki, günəş çıxıb ətrafa işıq saçır. Bu vaxt qonşusu gəlib onu oyadır, onlar birlikdə meşəyə gedirlər.

Hər iki ovçu meşəyə çatıb görür  ki, yerdə qurulan tələ bağlıdır, içində  isə heç nə yoxdur. Ətrafında çoxlu iz var, elə bil ki, maral burada çırpınmışdır. Torda bir çəngə maral yunu  ilişib qalıb. Ancaq  ağacın başındakı torda ölü bir maral  asılıb yellənir.

ovchu 2.gpjYerdə tor quran birinci ovçunun ürəyinə şübhə düşür. Özlüyündə düşünür:  “Hələ indiyəcən heç bir maral ağacın başına çıxmamışdır. Necə olub ki, bu maral mənim qonşumun toruna atılıb düşüb? Yox, maral, əlbəttə, mənim toruma düşüb, bu adam isə onu oğurlayıb!”

Birinci ovçu bu fikirlə evinə qayıdıb əhvalatı arvadına danışır. Arvadı da onun fikrinə şərik çıxır və ovçunu başa salır ki, məhkəməyə şikayət etsin. Ovçu məhkəməyə gedir və qonşusundan şikayət eləyir.

Hakim ikinci ovçunu çağırır. Hər ikisini dindirdir və deyir:

  – Qanuna görə, torun ağacın başında, ya başqa yerdə qurulmasından asılı olmayaraq, tora düşən heyvan torun sahibinə çatır. Birinci ovçunun – yerdə torunu quranın şikayəti düzgün deyil, ona görə də o, ikinci ovçuya iki maral da verməlidir.

Ovçu belə bir qərar ilə razılaşmır, üç gün ona möhlət verilməsini xahiş edir. Üç gündən sonra özünün haqlı olduğunu  sübut edəcəyinə söz verir. Hakim ona üç gün möhlət verir və tapşırır ki, hər iki ovçu üç gündən sonra səhər düz səkkiz tamamda onun yanında olsun. Kim bircə dəqiqə də geciksə, işi uduzmuş hesab olunur.

Birinci ovçu hər cür işi aça bilən yaxşı bir vəkil tapmağa gedir. O vaxtlar hələ heç kəs dovşanın müdrikliyini bilmirdi, odur ki, bizim  ovçu gəzib ağıllı adam axtarırdı. Elə olur ki, qabağına bir dovşan çıxır.
–Aha, meymunlar padşahı! – deyə  dovşan səslənir. – Siz hara belə tələsirsiniz?

 Ovçu dayanır.
– Mən bir vəkil axtarıram,  – deyə cavab verir. – Məhkəmədə mənim mübahisəli bir məsələm var.
– Bilmək olarmı nə işdir?

Ovçu əhvalatı ona danışır, məhkəmənin hökmünü deyir və əlavə edir ki, üç gün möhlət alıb.
– Cənab hakim bizə əmr etdi ki, səhər düz səkkiz tamamda onun yanında olaq, – deyə ovçu  dovşanı  başa salır. – Mən üç gündür ki, işi aça bilən ağıllı vəkil axtarıram, indiyə kimi də tapmamışam. Ona görə belə tələsirəm!

– Sizin işiniz elə budur? – deyə dovşan soruşur. – Heç nədən qorxmayın, mənə bel bağlaya bilərsiniz! Yaxşı, əgər mən işi udsam, nə verəcəksən?

– Mən sənə pul verərəm.

Dovşan gülməkdən uğunur.
  – Mən sənin  pullarınla nə eləyim? Mənim ancaq dəymiş banandan xoşum gəlir. Bir salxım dəymiş banan gətirməyini xahiş edirəm. Tapa bilərsənmi?

– Tapa bilərəm. Sən istədiyin qədər banan alacaqsan.
– Onda sabah səhər mənim yanıma gəl.

Ovçu dovşandan ayrılıb gedir.  Səhəri ovçu bir salxım dəymiş banan götürüb meşəyə, dovşanın yanına gedir. Dovşan çox sevinir. Bir neçə banan yeyir, qalanlarını nahara gizlədir.

DovsanGün get-gedə yuxarı qalxırdı. Saat səkkizə az qalırdı, ovçu dovşanı tələsdirməyə başlayır:
– Cənab dovşan, getmək vaxtı deyilmi? Qorxuram ki, gecikək!
– Heç dəxli var? Gecikərik, gecikərik də! Canın  sağ olsun! – deyə dovşan cavab verir. – Qorxunu  bir tərəfə qoy, mənə inan və heç nədən narahat olma!

Ancaq ovçu get-gedə daha çox narahat olur. Nahaq yerə də narahat olmurdu: ancaq saat doqquza az qalmış, ovçu ilə dovşan məhkəməyə gəlib çatır.

Hakim soruşdu:

– Bu dovşana burda nə lazımdır?
– Bu yoxsul öz işini mənə tapşırıb, – deyə dovşan cavab verir.– Mən onu müdafiə edəcəyəm.

Hakim ovçuya deyir:

– Ancaq  sən yaddan çıxarmısan ki, mən səhər saat səkkiz tamamda burda olmağınızı əmr etmişdim! Kim lap bircə dəqiqə də geciksə, hökm onun əleyhinə kəsiləcək demişdim. Bəs siz indiyə kimi harada idiniz?

Dovşan o saat etiraz eləyir:

– Cənab  hakim, mən xahiş edirəm,  bizi bağışlayasız!  Bizim gecikməyimizdə bu adamın heç bir günahı yoxdur. Bütün təqsirlər məndədir, inanın  mənə! Mən səhər alaqaranlıqdan yola çıxmışam, ancaq yolda elə bir möcüzə gördüm ki, uzun zaman özümə gələ bilmədim. Mən ömrümdə o cür qəribə  şey görməmişdim! Hətta cənab  hakim, siz  də…  hətta  siz  də  görsəydiniz, heyrətinizdən donub qalardınız!

– Səni hansı möcüzə heyrətə salıb? – deyə hakim soruşur.

Dovşan da öz əhvalatını danışır:
  
– Hörmətli cənab  hakim! Mən məhkəməyə tələsirdim, birdən çoxlu balıq gördüm. Onlar Təmər-hindi  ağacının budaqlarına dırmaşıb çiçəklərini yeyirdilər! Onlar ağacdakı bütün çiçəkləri yeyib qurtardılar! Mən heç gözlərimə inana bilmirdim. Bu balıqlar budaqlara elə məharətlə  dırmaşırdılar. Mən onlara baxıb heyrətimdən bircə addım da ata bilmədim!
  Hakim deyir:
– Dovşan yalan deyir! Buna heç bir şübhə ola bilməz!  Kim ömründə heç olmasa bircə dəfə görüb ki, balıq ağaca dırmaşsın? Heç kəs!

Dovşan qəhqəhə çəkib gülür:
– Cənab hakim, mən sizə Təmər-hindinin çiçəklərini  yemək üçün  ağaca dırmaşan  balıqlardan danışdım, siz deyirsiniz ki, mən yalan deyirəm. Ancaq bizim düşmənimiz sizə ağacın başında qurulan tora düşmüş maraldan danışır, siz ona inanırsınız. Cənab  hakim, məgər siz  heç ömrünüzdə görmüsüz ki, maral ağaca dırmaşsın?

Hakim dovşanın çıxışına qulaq asır və onun ağıllı dəlillərilə razılaşmalı olur.  O, maralı yerdə torunu quran  birinci ovçuya verir. İkinci  ovçunu – maralı oğurlayanı qonşusuna iki  maral verməyə məcbur edir.

İnsanlar o gündən dovşanın tədbirli və ağıllı olduğunu bilirlər.  O vaxtdan bəri də onu Dovşan Sofea çağırırlar ki, bu da Müdrik Vəkil deməkdir.

Share Button

Bir cavab yazın