loading...

Dünyanın ən yaxşı universitetlərinin siyahısı

Share Button

telebelerTHE-nin (“The Times Higher Education”) ən yaxşı universitetlər siyahısında birinci yerləri tutanlar Amerika və İngiltərənin universitetləridir. Türkiyənin 11 universiteti də bu siyahıya düşüb.

Övladlarımızın seçimi, istedadını nümayiş etdirə bildiyi sahəyə meyl etməsi, məhz istədiyi işlə məşğul olması. əlbəttə, çox vacibdir. Onlara bu işdə yardım etmək arzusunda olan valideynlər ən nüfuzlu təhsil olcaqları ilə mütləq maraqlanırlar. Dünyanın nüfuzlu təşkilatları bu marağı nəzərə alaraq ildə bir dəfə ən yaxşı təhsil ocaqlarının adlarını müəyyən edir.

Sırf ali təhsillə bağlı məlumat və araşdırmalardan bəhs edən THE  2015-2016-cı tədris ilinə aid siyahısında 800 universitetin adını göstərir. İlk 10 yeri tutan ali təhsil ocaqları Amerika, İngiltərə universitetləri, bir də İsveçrənin Sürix universitetidir.

İlk 10 yeri tutan universitetlər:

  1. telebeler ish bashindaKaliforniya Texnologiya İnstitutu (ABŞ)
  2. Oksford Universiteti (İngiltərə)
  3. Stanford Universiteti (ABŞ)
  4. Kembric Universiteti (İngiltərə)
  5. Massaçusets Texnologiya İnstitutu –MİT (ABŞ)
  6. Harvard Universiteti (ABŞ)
  7. Prinston Universiteti (ABŞ)
  8. London İmperial Kolleci (İngiltərə)
  9. Sürix Ali Texniki Məktəbi –ETH (İsveçrə)
  10. Çikaqo Universiteti (ABŞ)

Əvvəlki illərlə müqayisədə sıralamada dəyişiklik var. Məsələn, Harvard Universiteti əvvəlki siyahıda 2-ci idi, bu siyahıda 6-cı yerə düşüb. Balkan, Baltikyanı, Asiya və Uzaq Şərqin bəzi universitetləri siyahıda yuxarı qalxıb. Buna səbəb, həmin ölkələrin təhsil sahəsində apardıqları islahatlardır.

THE-nin siyahısında Türkiyənin 11 universitetinin adı çəkilir:

  1. telebeler xoshbextdirKoç Universiteti
  2. Bilkent Universiteti
  3. Sabançı Universiteti
  4. Boğaziçi Universiteti
  5. Ortadoğu Texniki Universiteti –ODTÜ
  6. İstanbul Texniki Universiteti—İTÜ
  7. Anadolu Universiteti
  8. Erciyes Universiteti
  9. Hacettepe Universiteti
  10. İstanbul Universiteti
  11. Yıldız Texniki Universiteti—YTÜ
Share Button

Bir cavab yazın