loading...

E hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

Edil – İtil, Ədil (Volqa) çayının adından yayılmışdır.

Efiq -bax: Afiq

Efsir, Efsire – Esfir adının dəyişdirilmiş forması

Ehkam – hər hansı bir nəzəriyyənin əsas və dəyişməz qanunu

Ehram – qədim Misirdə fironların tikdirdiyi nəhəng piramida

Ehsan – yaxşılıq etmə

Ehtimal – bir şeyin ola bilməsi

Ehtiram – hörmət, sayqı

Ehtişam – təmtəraq

Elariz – “el” və “ariz” (üz. yanaq, sifət) sözlərindən düzəlmiş “elin üzü, xalqın dərdini bilən, bəyan edən” deməkdir.

Elarslan – elin, obanın aslanı

Elay – elin Ayı, Aya bənzər övlad

Elbars – yurdun pələngi

Elbrus – yalı buz olan (Qafqaz dağlarındakı zirvə adından yayılmışdır).

Elburus – parlaq, bərq vuran (İranın Elburs dağının adındandır).

Elcan – elin canı, elini sevən

Elçi – eli, dövləti təmsil edən

Elçibəy – elini sevən bəy

Elçin – elin qəhrəmanı

Eldağ – elin arxası

Eldan – xalqın danı, xalq həyatının başlanğıcı

Eldar – el sahibi, elini sevən hökmdar

Elşad – elin təməli

Eldayaq – elin köməyi

Eldəniz, Eldəgəz – elin dənizi, elin nuru

Eldost – el dostu

Elfan – elin elmi biliyi, el bilicisi

Elgün – el vurğunu

Elxan – elin xanı

Elxas – elin ən yaxşısı

Elinağa – elin böyüyü

Elkin – qonaq, səyahət edən

Elkömək – elə kömək edən

Elqal – elın yaşaması, arxası

Elli – həmyerli

Elman – el adamı

Elmar – elin ucalığı

Elmdar – elm məkanı

Elməddin – din elmi, dini elm

Elmədəd – elin köməyi

Elməmməd – Məmməd eli övladı

Elmin – bilikli, məlumatlı

Elmir – elin əmri, başçısı

Elmiyar – elmin dostu

Elmur – elin ən kiçik vətəndaşı

Elmuraz – elin muradı,arzusu

Eloğlan – elin igid oğlu

Eltu – elin canı

Elruz – elin günü, gündüzü

Elsabah – elin sübhü

Erşad – elin xanzadəsi

Erşan – elin şanı

Elşən – elin şadlığı

Eltay – elə tay olan

Eltəbər – sərkərədə

Eltan – eıə tən olan

Eltun – elin danı

Elvin – elin nüfuzu, etibarı

Elyas – bax: İlyas

Elzamin – elin zaminliyinə götürən

Emil – mehriban, şəfqətli rəqib

Emin – inanılmış, etibarlı

Eminbəy – inanılmış bəy

Emir – bax: Əmir

Erbasan – igidə qalib gələn

Ergün – həddi buluğa çatmış yetkin

Eşqin – sevdalı, eşqli

Etibar – inam

Etiqad – inam

Etimad – etibar, inam

Eybulla – Allahın Əyyubu

Eynmur – büyük ordusu olan sərkərdə

Eynal – general, ordu başçısı

Eynəddin – dinin gözü

Eynur – göz nuru

Eyvaz – düzülmüş, düzəlmiş

 

 

 

 

 

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın