loading...

Əmzik verək, verməyək? Verdiksə necə tərgidək? Hansı əmzik yaxşıdır?

Share Button

Əmziyin xeyri

emzikle yatmish korpeƏmzik uşağı sakitləşdirir, çünki onun çox təbii və güclü olan əmmək arzusunu təmin edir (hərçənd bunun ən yaxşı təminatçısı ananın döşüdür).

Siz balanızı vaxtlı-vaxtında yedirdə bilmirsinizsə, uşağa hər istədiyi anda döş vermək imkanınız yoxdursa, süni qidalandırırsınızsa, işləyirsinizsə, uşaq əmməyə başqa vasitələr axtarmalı olur, əl-ayağını yeyirsə, heç yatırda bilmirsinizsə, əmzik vermək verməməkdən yaxşıdır.

Uşaq barmaqlarını, paltarını “yeyirsə” narahat olmayın, 9-cu aydan ətraf aləmlə, oyuncaqlarla tanış olmağa başlayan uşaqların əmmək arzusu azalır.

Dayə və ya nənə yanında qalan uşaqlar əmziklə sakitləşir. Amma uşağın başını əmziksiz də qatmaq mümkündür.

Əmziyin ziyanı…

soskaƏmziyi sormağa öyrəşmiş uşaq döş istəməyə, iştəhasız ola bilər. Körpələr əmziyi və
döşü fərqli tuturlar–fərqli əzələlərdən istifadə edirlər və bu fərq uşağın ana südü ilə normal qidalanmasına mane ola bilər.

Əmzikdən uşaq çətinliklə imtina edir, psixoloji asılılıq əmələ gəlir. Əmzik uşağın fikrini cəmləyir, ətraf aləmdən təcrid edir, ətrafla tanışlığa mane olur.

Əmzik dadbilməyə, həm də nitqin inkişafına maneədir. Defektoloqlar deyir ki, əmzik uşağın ağız boşluğunun quruluşuna, dişlərinin sıralanmasına təsir edir, bəzən gec danışmasına səbəb olur.

Əmzikdən uzun müddət istifadə qulaqda iltihab yarada bilər.

Əmziklə təmizliyə riayət etmək çətindir, uşaq böyüdükcə əmziyi daha çox çirkləndirir və onu hər dəfə təmizləmək olmur.

Əmzik verirsinizsə unutmayın ki,

1. Ana südü ilə qidalanan, əmzik götürməyən uşağı əmziyə vadar etmək olmaz.

2. Əmziyi yata bilməyən uşağa vermək olar (damaqlı əmzik!), yuxuya gedəndən sonra əmziyi çıxarın ki, asılılıq yaranmasın.

3. Əmziyi şirin şeyə batırmayın, bu, uşaqda şirinə alışqanlıq yaradar, dadbilməsinə, uşağın qidalanmasına pis təsir edər.

4. Çirklənən əmziyi yuyun, ağzınıza salmaqla təmizləməyin. Siz onu ağzınızdakı bakteriyalarla çirkləndirərsiniz.

Əmziyi necə tərgidək?

emzikli oglanƏmzik 2 yaşdan sonra, uzağı 4 yaşa qədər tərgidilməlidir. Əks halda yuxarıda qeyd edilən fəsadlara səbəb ola bilər.

Bunun üçün neqativ addımlar yolverilməzdir! Əmziyi uşağın gözü qarşısında parçalamaq, atmaq, acılamaq, çirkli şeyə batırmaq, uşağı əmziyə görə danlamaq, lağa qoymaq, alçaltmaq, uşağa gülmək olmaz!

2 yaşında uşaq sizin dediklərinizi anlamağa qadirdir. Ona, artıq böyüdüyünü, böyük uşaqların əmzikdən istifadə etmədiyini, əmziyin tez-tez çirkləndiyini izah edin (lazımdırsa, dəfələrlə). Fikrini başqa, daha maraqlı şeylərə, sevdiyi yeməyə yönəldin. Ağzında əmzik görməyəndə sevindiyinizi bildirin, onu tərifləyin: “Aaa, lap böyük qızsan ki/yekə kişisən ki!” “Afərin!” Mükafat olaraq onu həyətə, ya da sevdiyi bir yerə apara bilərsiniz.

Ehtiyac olsa çeynəmək üçün oyuncaqlar alın.

Hansı əmzik yaxşıdır?

soskaaƏmziklər materialına, formasına və yaş qrupuna görə fərqlənir. Körpə uşaqlara damaqsız əmzik verilir, çünki bu əmziklərin forması ananın döşünə bənzəyir və uşaqlara xoş gəlir. Ancaq damaqsız əmziyi uzun müddət istifadə etmək olmaz, 1 yaşdan sonra onlar damağa təzyiq edir, dişlərin sıralanmasına mane olur.

Damaqlı əmziklər damağın formasını dəyişmir, bunlardan 2 yaşlı uşaqlar da istifadə edə bilər.

Silikon əmziklər kauçuk əmziklərdən fərqli olaraq gec xarab olur. Onları qaynar su ilə təmizləmək mümkündür. Dadı, qoxusu olmadığından silikon əmziklərə üstünlük verilir. Amma diş zərbələrinə davam gətirmədiyindən dişi çıxan uşaq silikon yox, kauçuk əmzik istifadə edə bilər. Kauçuk əmziklər təbii materialdandır, yumşaqdır, ancaq tez xarab olur, suyu, qoxunu özünə çəkir, rəngi dəyişir. Kauçuk əmzikləri təmizləmək çətindir, qaynar su ilə yumaq olmaz, yapışqan kimi olar. Bu halda əmziyi dəyişmək lazımdır. Xarab olmasa belə kauçuk əmziklər 4-6 həftədən bir dəyişdirilməlidir!

Share Button

Bir cavab yazın