loading...

Əzizləmələr

Share Button

Əzizləmələr ananın körpə uşağı əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir.

Atım-tutum mən səni,
Şəkərə qatım mən səni,
Dədən evə gələndə,
Qabağa tutum mən səni.

iri shirin

Gəlin çıxaq damlara,
Yalvaraq adamlara,
Su tökək, çadır quraq,
Dədən gələn yollara.

***

Papıllı fərik,
Çıxma divara,
Çalağan vurar,
Qallam avara.
Sağ ayağın somba götür,
Sol ayağın somba götür.

***

Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Səni allah saxlasın,
Sayəndə mən dolanım.

serbest qiz

Balamsan, bir dənəsən,
Sədəfdən, dürdənəsən.
Mən ölsəm sənə qurban,
Sən ölmə, bir dənəsən.

***

Dəryə ollam, bulannam,
Sucaq ollam,sulannam.
Sağ gözüm sənə qurban,
Sol gözümnən dolannam.

***

Qərənfiləm, qalxaram,
Açılmağa qorxaram,
Gecə cınqırın çıxsa,
Yerimdən dik qalxaram.

****

Dərya dolu lilinən,
Balam oynar gülinən,
Aləmə can bağışlar,
Məni saxlar dilinən.

7 ayliq oglan ushagi
Balama qurban dayçalar,
Bu balam haçan əl çalar?

Balama qurban inəklər,
Bu balam haçan iməklər?

Balama qurban ilanlar,
Bu balam haçan dil anlar?

Balama qurban xalası,
Balam qızıl parası.

Balama qurban meyvələr,
Balam haçan evlənər?

Balama qurban daylaqlar,
Balam haçan oynaqlar?

bantikli qizim

Güzgüdə düymə,
Tozunu silmə,
Xonçada tirmə,
Gələr qızım üçün.

Mahmanat bağı,
Yaşıl yarpağı,
Qızıl bel bağı
Gələr qızım üçün.

Nubar yanağı,
Gəzər oynağı,
Bir cüt qolbağı
Gələr qızım üçün.

Hər yana gözük,
İlqarda düzük,
Brilyant üzük
Gələr qızımçün.

Durar namazdan,
Əlində quran.
Bir dənə yorğan
Gələr qızımçün.

Altında xalça,
Çalır kamança,
On dənə xonça
Gələr qızımçün.

7 ayliq qizAğ maya əllər,
Belində kəmər,
Qızıl düymələr
Gələr qızımçün.

Dağlarda ceyran,
Bu qıza qurban,
On xara tuman
Gələr qızımçün.

Əlində var dəf,
Üstündə sədəf,
Bir zərli örpək
Gələr qızımçün.

Göydə gedən qaz,
Dimdiyi almaz,
Bir dənə naz-naz
Gələr qızımçün.

Heyvası, narı,
Əlimin barı,
On sap mirvarı
Gələr qızımçün.

Güzgüdə düymə,
Tozunu silmə,
İki cüt çəkmə
Gələr qızımçün.

siyiqli ushaqQalalar, ay qalalar,
Laçın orda balalar,
Laçın balasın verməz,
Bəlkə gücə salalar.
Qapımızda var çinar,
Yarpağı dinar-dinar,
Mənim balam körpədi,
Saxlasın pərvərdigar.

***

Xırdacasan, məzəsən,
Sən hər güldən təzəsən,
O günə qurban olum,
Tıpbır-tıpbır gəzəsən.

 ****

Bala dadı, bal dadı,
Bala adam aldadı.
Şirini şirin olu,
Acısı da bal dadı.

aliye

Bala demə qan olar,
Yel əsər fəğan olar.
Bala gəzən yerlərə,
Analar qurban olar.

***

Obalar obanız olsun,
Bir belə balanız olsun.
Hamıda beş-beş olsun,
Qoy bizdə on beş olsun.

Share Button

Bir cavab yazın