loading...

Fiqur-peçenyeləri uşaqlarla birlikdə bişirək!

Share Button

Fiqur-peçenyeləri uşaqlar adətən formasına görə bəyənirlər. Amma xəmiri fiqur şəklinə salmağı uşaqlara tapşıranda dünyanın xoşbəxti olurlar! Xəmirlə oynamağı hansı uşaq sevmir ki?

ushaqlar pechenye bishirende

Peçenye xəmirinin hazırlanması üçün lazım olan ərzaq məhsulları:

pechenyelerŞəkər tozu 1 stəkan
Yumurta 3 ədəd
Xama (yaxud qatıq) 1 stəkan
Soda 1 çay qaşığı
Bitki, yaxud kərə yağı 250 qr
Un xəmir alınana qədər

Peçenyenin hazırlanması qaydası

Şəkər tozunu yumurta ilə yaxşı-yaxşı qarışdırmaq lazımdır. 1 çay qaşığı sodanı sirkədə açıb xamaya (yaxud qatığa) qatın, sonra bu xamanı (yaxud qatığı) yumurta ilə şəkər qarışığına əlavə edin.

Qarışdırandan sonra yağı töküb qatın. Unu az-az töküb qarışdırın.

pechenyeleri yumurtalayandaXəmir bərk olmamalıdır. Yumşaq xəmir alınandan sonra soyuducuya qoyun, azacıq bərkisin ki, kündələyə biləsiniz.

Yarım saatdan sonra xəmiri soyuducudan çıxarmaq olar. Uşaqlar yayacaqsa, çox böyük kündələrə ehtiyac yoxdur.

Xəmiri yayıb, formalarla kəsin. Fiqurların üstündən bərk basın ki, xəmir yaxşı kəsilsin.

Xəmir fiqurları sobanın qabına düzün. Qabın içini təmiz saxlamaq üçün soba kağızından istifadə etmək olar.

Xəmir fiqurların üstünü yumurtalayın ki, bişəndə qızarsın, parıldasın. (Bu işi də uşağa həvalə edə bilərsiniz.)

Peçenye 180 dərəcə qızdırılmış sobada 15 dəqiqəyə bişir.

Nuş olsun!

Məlumata görə izləyicimiz Semiramida Əlizadəyə təşəkkürümüzü bildiririk. Siz də uşaqlarınızın sevdiyi yeməklərin reseptini bizə göndərsəniz, minnətdar olarıq.

Share Button

Bir cavab yazın