loading...

G hərfi ilə başlayan qız adlarının mənası

Share Button

Gizay - Sirli, gizli; həmçinin Bax : Giz və Ay

Gövhər- Qiymətli daş, daş-qaş, inci, cəvahir, bir şeyin mayası, əsli, cöhəri, xası

Gövhərbəyim-  Bax: Gövhər və Bəyim

Gövhərxatun-  Bax: Gövhər və Xatun

Gövhərtac- Cavahirlə,daş-qaşla bəzədilmiş tac, baş geyimi

Göyçək-  Gözəl, sevimli, xoş, qəşəng, lətif, şirin

Gözəlbəyim- Bax: Gözəl və Bəyim

Gül- Gözəl qoxusu və rəngi olan tikanlı bir bitki, qızılgül, çiçək; məs. gözəl, qəşəng; məsum, əziz, sevimli adam; bədii ədəbiyyatda sevgi, məhəbbət simvolu olaraq işlədilir

Gülab- Qızılgül yarpaqlarından alınan ətirli maye, gül suyu

Gülay-  “Gül” və “ay” sözlərindən yaranmış addır

Gülayə- Gül nişanəsi, çiçək əlaməti

Gülbacı- Bax:Gül və Bacı

Gülbadam- Bax:Gül və Badam

Gülbahar- Bax:Gül və Bahar

Gülbala- Bax:Gül və Bala

Gülbanu- “Gül” və “ banu” (xanım) sözlərindən düzəldilmiş bir addır

Gülbəniz- Gül üzlü, gül yanaqlı

Gülbənövşə-  Bax: Gül və Bənövşə

Gülbəs- “Qız bəsdir, lazım deyil!” mənasında olan bu ad daha qız istəməyən, oğlan istəyi ilə əlaqədar yaradılan adlardandır

Gülbəstə- “Gülü bağlamaq” mənasını verən bu ad daha qız istəməyəndə qoyulur

Gülbəsti-  Oğlan istəyi ilə qoyulan adlardandır. Bax: Gülbəs

Gülbəyaz- Ağ gül, ağ çiçək

Gülbəyim- Bax: Gül və Bəyim

Gülbibi- Bax: Gül və Bibi

Gülbikə- Bax: Gül və Bikə

Gülbudaq- Gülün budağı

Gülbuta-Gül qönçəsi. Bax: Gül və Buta

Gülcahan- Bax: Gül və Cahan

Gülcamal- Gülüzlü. Bax: Gül, Camal, Gülçöhrə

Gülcan- Tər bədənli, canı gül kimi olan, xoşagələn, sevimli

Gülcənnət-  Cənnət bağının gülü. Bax: Gül və Cənnət

Gülçəmən-  Çəmən çiçəyi, gülü. Bax: Gül və Çəmən

Gülçiçək- ” Gül” və “ Çiçək” sözlərinin birləşməsindən meydana gələn addır

Gülçin- Gül toplayan, gül dərən, seçılmiş, seçmə, ən yaxşı

Gülçöhrə-  Gülüzlü, üzü gül kimi lətif, qəşəng

Güldəm- 1. Gül nəfəsli; 2. Gül zamanı

Güldəstə-  Gül topası, gül dəstəsi, çiçək dəməti; türk musiqisində bir muğamın adı

Gülən-  Təbəssümlü, gülər adam, həmişə gülən

Gülər-q. Üzügülər, gülən, gülümsəyən, mehriban, şən

Güləsər-  Gül kimi əsər, gül kimi əmələ və ya meydana gətirilən hər hansı bir şey; başqa sözlə övlad, qəşəng uşaq

Gülxanım– Bax: Gül və Xanım

Gülxar-  Tikanlı gül, tikanlı çiçək; zəlil gül, yazıq çiçək; gül yeyən

Gülxara- 1) Bax: Gülxar; 2) İpək parça növü, baş örtüyü üzərində naxışlar olan bir cür parça

Gülxatın-  Gül kimi qadın

Gülxoş-  Xoş təsir bağışlayan gül, gözəl çiçək

Gülqədəm-  Gül yerişli. Əslində ayaqları gül kimi olan deməkdir

Gülqız- Gülə bənzər qız, çiçək kimi qız, gözəl qız

Gülqonça- “ Gül” və “qönçə” dəndir, qızılgülün qönçəsi

Güllər- ” Gül”ün cəmi

Güllü-  Gülə bəzənmiş; gül-çiçəkli; üzərində gül biçimində naxışları olan; çoxlu gül olan, gül bitən (yer) , çiçəkli

Güllübəyim-  Bax: Güllü və Bəyim

Güllüxanım-  Bax: Güllü və Xanım

Gülmayə-  Mayası güldən olan, gül mayalı, gül əsilli, gül maddəli

Gülməxmər-  Üzərində iri gülləri olan nazik ipək parça

Gülmirə-q. Bax: Gül və Mir

Gülnar- Nar çiçəyi, nar ağacının gülü, nar gülü rəngində (gözəl)

Gülnarə-  Bax: Gülnar

Gülnaz- Nazlı gül, işvəli gözəl

Gülnigar-Bax: Gül və Nigar

Gülnisə-  Bax: Gül və Nisə

Gülnişan-  Bax: Gül və Nişan

Gülpər- Gül qanadlı; gül kimi tükləri-saçı olan

Gülpəri-  Gül kimi, çiçək kimi gözəl qız. Bax: Gül və Pəri

Gülreyhan- Reyhanın gülü, çiçəyi; Bax: Reyhan

Gülsabah-  Səhər gülü, səhər açılıb axşam yumulan dekorativ gül.

Gülsara-  Saf gül, xalis gül.

Gülsel- 1) Çoxlu gül, çiçək seli; 2) gül kimi, gülə bənzər; gülə aid olan.

Gülsevən-  Gülə aşiq olan, gülə vurulan, çiçəyi çox istəyən.

Gülsevər-  Gülü çox istəyən, gülə aid olan, çox çiçək sevən adam.

Gülsevil-  Bax:Gül və Sevil

Gülsevin-  Gülüb, şənlənmə, gülüb oynama, şən və şad olma

Gülsədəf- Bax:Gül və Sədəf

Gülsəfa-  Gül kimi saf, çiçək kimi təmiz, xalis; səfa gülü, səadət gülü

Gülsənəm-  Bax:Gül və Sənəm

Gülsər- Baş gül, əsas gül; həyatı gül kimi olan, gülcanlı

Gülsoltan-  Bax:Gül və Soltan

Gülsu- ”Gül” və “su” sözlərindən yaranmışdır.Bax: Gülsuyu

Gülsunar- ”Gülsunan”ın başqa biçimidir

Gülsüm-  Yuvarlaq üzlü,yumru üzlü gözəl; iri üzlü, yekə üzlü

Gülsün-  Həmişə şən, xoşbəxt, bəxtəvər, üzügülər olmasını arzulayan ata-analar tərəfindən qoyulan adlardandır

Gülşah- Əsli “gül” və”şax” (budaq) sözlərindəndir, gül budağı deməkdir

Gülşəkər- Şəkərli gül suyu ilə hazırlanmış şirniyyat; gül şirniyyatı. “Gülqən” adının başqa biçimidir

Gülşən-  Güllük, çiçəklik, gül çiçək çox olan yer

Gültamam- “ Gül” daha bəsdir!”, “qız daha istəmirik!” anlamında oğlan istəyi ilə bağlı yaranan adlardandır

Gültək-  Yeganə gül, nadir gül; gül və çiçək kimi

Gültəkin-  Gül kimi, gülə bənzər, çiçəyə oxşar

Gültən-  Gül kimi, gülə bənzər, gülbədənli, güləndamlı

Gültər- Təzə gül, yeni açılmış gül, tər çiçək. “Tərgül” adının tərsi

Gülü- “Gül” ilə başlayan adların nəvaziş bildirən biçimi

Gülümsər- Üzü həmişə gülən, gülümsəyən, gülən, təbəssümlü

Gülüstan-  Güllük, çiçəklik, gül bağçası. Həmçinin bax: Gülzar

Share Button

Bir cavab yazın