loading...

Hamiləlik zamanı anemiya. Necə qidalanaq?

Share Button

Suallarımızı cavablandırdığına görə Dr. Rəşid Zeynalova təşəkkürümüzü bildiririk:

Hamilə qadınlarda anemiya normaldır.

hamilelikde-anemiyaBütün hamilə qadınlarda, xüsusilə təkrar hamilələrdə qanda hemoqlabinin miqdarı aşağı düşür, yəni anemiya, ya da belə deyək, qan azlığı olur. Bu, təbiidir. Çünki hamiləlik zamanı dövr edən qanın həcmi artır  (qanın durulması hesabına fizioloji hemodelyusiya), nəticədə orqanizmin dəmirə tələbatı çoxalır. Ona görə də eritrositlərin və hemoqlabinin miqdarı az olur.

Ancaq anemiya həddən artıq olarsa, tədbir görmək lazımdır, çünki həm ananın, həm dölün həyatı üçün təhlükə yaranar.  Hər il dünyada ana ölümlərinin 20-40%-i anemiya ilə əlaqələndirilir.

Hamiləlik dövründə bütün qadınlarda qanda hemoqlabinin səviyyəsi mütləq yoxlanmalıdır. Bunu həm həkimə ilk dəfə müraciət edəndə, həm də hamiləliyin hər trimestrində bir dəfə etmək vacibdir. Həkim hamiləyə dəmirlə zəngin və dəmirin sorulmasını artıran maddələrin qəbulunu tövsiyyə etməlidir.

Normalda hemoqlabinin miqdarı nə qədər olmalıdır? “Az” neçədir?

hekim-hamileden-qan-goturerkenNormada qadınlarda qanda hemoqlabinin miqdarı 120-140 q/l-dir. 80-110 q/l olarsa,  hamilə qadın həkimin məsləhəti ilə dəmir preparatları və fol turşusu qəbul etməlidir. Hemoqlabinin səviyyəsi normal olandan sonra profilaktik olaraq 6 ay ərzində həftədə bir dəfə dərman qəbul edilməlidir.

Hamilə qadınlarda anemiya həddən artıq olarsa (hemoqlabin 70 q/l-dən aşağı olsa), hematoloq müayinəsi olmalı, hamiləyə qan köçürülməlidir. Anemiya olarsa, hamilə hər ay təkrar analiz verməlidir.

Anemiyanın əsas əlamətləri başgicəllənmə, ümumi halsızlıq, rəngin qaçması, iştəhasızlıq, ürəkdöyünmədir.

Anemiyası olan hamilə qadınlar necə qidalanmalıdır?

hamilelik10-10Hamilə qadınlar rasional, yəni uyğun qidalanmalıdır. Tərkibində dəmir olan məhsullarla, dəmirin sorulmasını asanlaşdıran məhsullarla qidalanmalı, dəmirin sorulmasına mane olan ərzaq məhsullarından az, ya da ayrıca istifadə etməlidir.

Orqanizmdə dəmir ehtiyatının artırılması üçün ən yaxşı qida maddələri ət, balıq, ev quşları, daxili orqanlar (dil, qaraciyər, böyrək), yumurta, süd məhsulları, tərəvəz, dənli bitkilər, meyvə, göyərti qəbul edilməlidir.

C vitamini ilə zəngin qida maddələri isə dəmirin sorulmasını asanlaşdırır. Bu məhsullara kələm, bolqar bibəri, pomidor, sitrus meyvələri, bal, turş süd məhsulları aiddir.

Qida ilə birlikdə çay və qəhvə dəmirin sorulmasına mane olur. Ona görə də çay və qəhvəni yeməkdən bir qədər (1-2 saat) sonra qəbul edin. Yemək zamanı isə kompot, şirə, meyvə dəmləmələri və saf su içmək məsləhətdir.

Share Button

2 şərh Hamiləlik zamanı anemiya. Necə qidalanaq? üçün

  1. aydan dedi:

    Men hamile qala bilmirem .halszlq baw gicellenme Urey doyuntum cox yukseydi.neynemeliyem

Bir cavab yazın