loading...

Hamiləlik zamanı stresdən necə çıxmalı?

Share Button

hamile_qadın_stress_

Hamiləlik dövrü qadın və onun yaxınları üçün fərqli, xüsusi dövrdür. Bu dövrdə qadının bədəni ilə yanaşı, həyat tərzi də dəyişir. Hamiləlik dönəmində qadının duyğuları dəyişkən olur, bəzən səbəbsiz yerə ağlayır, kədərlənir, əsəbləşir və stres keçirir. Bəzi hallarda qadının hamiləliyi arzuolunan olsa belə, vaxt keçdikcə bədəndə yaranan dəyişikliklər, şişlər və digər halları qadın mənimsəyə bilmir.

Hamiləliyin özü qadın üçün stres faktorudur.

Hamilə qadınların bir çoxu, xüsusilə də ilk hamiləliyi yaşayan qadınlar doğum sancılarına dözə bilməyəcəklərindən, uşağın xəstə və ya şikəst doğulacağından, səhv bir şey edərək körpəyə zərər verə biləcəklərindən qorxur və stresə düşürlər. Hamiləlik zamanı stres yaşayan və ya özünü pis fikirlərlə qorxudan qadın özündən daha çox gələcək körpəsinə zərər verir. Bəs hamiləlik zamanı stresdən uzaq olmaq üçün nə etmək lazımdır?

Bu barədə suallarımıza psixoloq Vəfa Əkbər cavab verir.psixoloq_hamilelik_stress

“Hamilə xanımların bir çoxunun belə stres keçirməklərinin səbələrindən biri, doğuşdan öncə çətin doğuş videolarına baxmaqdır. Patsientlərin bir çoxu doğuma hazır olmadıqlarını, ölməkdən, körpə və həyat yoldaşını tək qoymaqdan qorxduqlarını bildirir. Hətta bir çox xanımlar doğuşdan öncə həyat yoldaşlarına, anasına vəsiət də edir.”

Psixoloq deyir ki, ona doğuşdan üç gün qabaq müraciət edənlər olur.

“Hamiləlik dönəmində bəzi qadınlar vizualist olur, görünüşlərinə çox önəm veirlər. Hamiləlikdən sonra əvvəlki formaya düşə bilməyəcəklərindən qorxurlar, bu xanımlar daha çox stres kecirdirlər.

Əksər hamilə qadınlar daha cox hamiləliyin ilk ve son aylarında–doğuşqabağı stres yaşayırlar.

hamile_stress_videoHamilə xanımlar stresdən çıxmaq üçün hər şeydən əvvəl sağlamlıqlarını qorumalıdırlar. Özlərini ana olmağa motivasiya etməlidirlər. Qorxulu kinolara baxmaq, depressiya yaradacaq filmlərə, musiqilərə qulaq asmaq, çətin doğuş videolarını izləmək olmaz. Daha çox dünyaya gələcək körpənin gələcəyini fikilərşmək lazımdır. Ad seçimi, yataq seçimi və digər planlar qursunlar. Özlərinə psixoloji dəstək tapsınlar”.

 

Psixoloq bildirdi ki, hamilə qadına həyat yoldaşı, ailəsi və dostlarının yardımı vacibdir. Yaxın ətraf hamilə qadına mənəvi dəstək olmalı, işlərinə kömək edərək onun stresini azaltmalıdır. Bütün bunlardan əlavə hamiləyə  mütəxəssis dəstəyi lazımdır. Çünki bu, hamiləlikdən sonrakı dönəmdə qadınların depresiyaya düşməsinin qarşısını alır.

Hazırladı: Mehriban Əsəd

Share Button

Bir cavab yazın