loading...

Hamiləlikdə avtomobil sürməyin 5 şərti

Share Button

Sükan arxasına keçməzdən əvvəl bilməli olduğumuz…

“Qadın hara, avtomobil hara?” “Hamilə nədir, gəzmək nədir?” Yaxşı ki, bu sözləri daha eşitmirik.  Eşitsəniz də, qulaq asmayın! Hamilə qadın nə səyahətindən qalmalıdır, nə də sükanından.

hamile sukan arxasindaQərbdə avtomobil sahibi olan hamilələrə hətta xüsusi kart verirlər və belə kartı olan qadın avtomobilini istədiyi yerdə saxlaya bilər.

Hamilə qadın sükan arxasına keçməzdən əvvəl aşağıdakıları nəzərə almalıdır:

1. Siz avtomobil sürməyə çoxdan alışmısınızsa, sürücülük sizin üçün adiləşibsə, hamiləlik dövründə də avtomobil sürə bilərsiniz.

2. Hamilə qadınlar adi oturacaqlar kimi avtomobil oturacağını da özlərinə uyğunlaşdırmalıdırlar. Hamiləsinizsə, siz ayaqlarınızı əvvəlki tək yığıb otura bilməyəcəksiniz. Ona görə də oturacağınızı arxaya çəkin, qarnınızla rol arasında ən azı 10 sm məsafə olmalıdır. Çiyninizi azca arxaya atın. Bu vəziyyətdə yaxşı görə bilmirsinizsə, altınıza döşəkcə qoya bilərsiniz.

Hamiləlik zamanı bel ağrılarından əziyyət çəkirsinizsə, avtomobilin oturacağına massaj döşəkcəsi qoyun (məsələn, taxta diyircəkləri olan döşəkcələr bel ağrısını azaldır).

3.Təhlükəsizlik kəməri hamiləlik zamanı xüsusilə vacibdir. Axı indi siz tək özünüzə görə yox, həm də balanıza görə məsuliyyət daşıyırsınız. Kəməri də özünüzə uyğunlaşdırın, boşaldın ki, qarnınıza çox təzyiq etməsin. Ancaq kəmər çox boş olmamalı, sallanmamalıdır. Kəmərin bir hissəsini döşünüzün altından, o birini qarnınızın altından keçirin.

4. Görmə qabiliyyətiniz əla olmalıdır. Nəzərə alın ki, hamiləlik zamanı gözlər zəifləyə bilər və uzun müddət rol arxasında olmaq, xüsusilə də gecə maşın sürmək gözlərinizi yorar. 

5. Avtomobilinizi arabir saxlayıb dincəməli, gəzməlisiniz. Özünüzü pis hiss edirsinizsə, maşını mütləq saxlayın! Narahatlığınız davamlıdırsa, məsələn, toksikozdan əziyyət çəkirsinizsə, təzyiqiniz yuxarıdırsa maşından çox az istifadə edin. 

hamile sukan arxasindaUşağın düşməsi təhlükəsi varsa, avtomobil sürməyi yenicə öyrənibsə,  əsəbləri tez-tez gərilirsə, qışdırsa və yollar təhlükəlidirsə hamilə qadın avtomobil sürməməlidir. Hamiləliyin son həftələrində də maşın sürmək məsləhət deyil. Nə qədər alışsanız da, uzağa səyahət etməyin. Bu, sizin üçün təhlükəli ola bilər. Kənar yerdə özünüzü piss etsəniz, həkim tapa bilməzsiniz.

Share Button

Bir cavab yazın