loading...

Hamiləlikdən qorunmağın 6 yolu!

Share Button

Hamiləlikdən qorunmağın yolları çoxdur.

İrade xanimBu barədə suallarınıza mama-ginekoloq İradə Allahmanova cavab verir.

Hamiləlikdən qorunmaq üçün ən çox istifadə olunan üsullar, vasitələr bunlardır:

1.   Kombinə olunmuş oral kontraseptivlər
2.   Qoruyucu iynələr
3.   Laktasion  amenoreya
4.   Uşaqlıqdaxili vasitə–spirallar
5.   Spermisitlər
6.   Təbii üsul, təqvim üsulu

Kombinə olunmuş oral kontraseptivlər  həb şəklində olur. Aybaşının birinci və ya 5-ci günündən başlayaraq 21 (yaxud 28) ədəd həb içilir. Bu həblər hormonaldır. Onların tərkibi qadının yumurtalıqlarında ifraz olunan hormonların sintetik bənzəridir. Bu həblər yumurta hüceyrənin inkişafına və spermanın hərəkətinə mane olaraq hamiləliyin qarşısını alır.

Həbləri qadın ardıcıl olaraq qəbul etdikdə hamilə qalmır. 21 həbi qəbul etdikdən sonra 7 gün fasilə verib növbəti həb qutusunu açmaq lazımdır.

Oral kontraseptivlərdən istifadə zamanı hamiləlikdən qorunma ehtimalı 99%-dir, ancaq bu həblərin ürək xəstəliyi riskini artırdığı sübut olunub. Ana mütləq müayinə olunmalı, analizlər aparılmalıdır. Kontraseptivlər hansısa xəstəliklə bağlı qanaxma verə bilər, depressiya, ləkələnmə əmələ gələr. Həkim məsləhəti olmadan istifadə qəti qadağandır.

Qoruyucu iynələr müxtəlif olur, 3 aylıq, 2 aylıq, 1 aylıq iynələr var. Bu kontraseptivlərdən istifadə zamanı hamilə qalmaq ehtimalı çox azdır, 0.3 -0.4%-dir. Amma əlavə təsirləri ola bilər, mütləq həkimin icazəsi olmalıdır.

mastitLaktasion amenoreya ananın körpəyə süd verdiyi zaman menstruasiyanın kəsilməsidir. Ana uşağa yalnız süd verirsə (gündə azı 8 dəfə əmizdirirsə), əmizdirmə zamanı ifraz olunan prolaktin hormonu mayalanmanın qarşısını alır və ana 6 aya kimi (südü kəsmədiyi halda) hamiləlikdən qorunmuş olur. Amma müəyyən müddətdən sonra ana süd versə də, aybaşı tsikli bərpa olur, ona görə də laktasion amenoreya hamiləlikdən qorunmağa 100% təminat vermir.

Uşaqlıqdaxili vasitələr–spirallar var. Spirallar müxtəlifdir, hormonal, mis, qızıl, gümüş, prapolis tərkibli olur. Onlar uşaqlıqda, fallop borularında mayalanmanın baş verməsi üçün lazım olan kimyəvi mühiti dəyişir və mayalanma baş vermir. Spirallardan istifadə zamanı hamiləlik ehtimalı 0.8%- dir. Yəni 99% qoruyur.

Spirallar 3, 5, 10 illik olur, məsələn, mis tərkibli spirallar uşaqlıq daxilində 10 ilə kimi qala bilər.

Spiralın xüsusi fəsadı yoxdur. Aybaşının xarakterini 3 ay dəyişə bilər. Qanaxma olur bəzən, orqanizm öyrəşəndən sonra bunlar keçir. Amma güclü qanaxma zamanı həkimə müraciət olunmalıdır və spiral çıxarılmalıdır.

Spermisitlər krem şəlkində, həb, şam, köpük , əriyən plyonka , jele şəklində ola bilər. Cinsi əlaqədən 1 saat əvvəl bu spermesitlərdən istifadə olunur, əlaqədən sonra yuyunmaq məsləhət deyil. Təkrar cinsi əlaqə olanda təkrar istifadə olunmalıdır.

teqvimSpermisitlərlə hamilə qalmaq ehtimalı birinci il 18%, sonraki il 29 % olur .

Təbii üsul 2 cürdür. Biri təqvim üsuludur. Bu üsuldan aybaşı dövrü 26-32 gün olan qadınlar istifadə edə bilər. Çünki bu qadınlarda aybaşı dövrünün  9-cu günündən 20-ci gününə kimi hamilə qalmaq ehtimalı çoxdur (aybaşı dövrü aybaşı başlayan gündən hesablanır). Yəni qadın aybaşı dövrünün 9-cu günündən sonra və 20-ci günə qədər qorunmalıdır. Amma bu üsulun etibarlılığı azdır, 25%-dir.

İkinci təbii üsulu aybaşı dövrü standart olmayan (eləcə də standart olan) qadınlar istifadə edə bilər. Bunun üçün qadın fertillik dövrünü (qadının hamilə qalmaq ehtimalı böyük olan günləri ) özü müəyyən edir. Necə? Qadın bir ilin 6 aybaşı dövrünün (aybaşıların arasındakı dövrlərin) günlərini qeyd etməlidir, sonra 6 ay ərzində ən qısa aybaşı dövrü ilə ən uzun aybaşı dövrünü seçməlidir. Ən qısa aybaşı dövründən 18 çıxılır və alınan rəqəm fertilliyin 1-ci günü olur. Ən uzun aybaşı dövründən 11 çıxılır, bu olmalıdır fertilliyin axırıncı günü.

Tutaq ki, bir qadının uzun aybaşı dövrü 32 gün, qısa aybaşı dövrü 27 gündür. 27-dən 18 çıxırıq, qalır 9. Deməli, fertillik dövrü aybaşıdan sonrakı 9-cu gün başlayır. Uzun aybaşı dövründən, yəni 32-dən 11 çıxırıq, qalır 21. Bu deməkdir ki, həmin qadının fertillik dövrü aybaşının ilk günündən sonrakı 21-ci gündür. Yəni aybaşıdan sonrakı 9-cu gündən 21-ci günə kimi bu qadın qorunmalıdır. Amma bu üsulun da etibarlılığı 25%-dir.

Bütün bunlardan başqa təcili kontraseptivlər var ki, nəzərdə tutulmayan cinsi əlaqələrdən sonra (dərhal) istifadə olunur, 12 saatdan sonra təkrarlanır. Bunları 5 gündən artıq olmayaraq istifadə etmək olar.

Daha çox hansı üsul faydalı və zərərsizdir?

Ən yaxşısı laktasion amenoreyadır. Doğuşdan sonra heç bir şeydən istifadə etmirsən. Uşağı gündə 8 dəfədən az olmayaraq əmizdirirsən, heç nəyə ziyanı yoxdur. Təbii üsul da faydalıdır, günlərin hesablanmasının heç bir şeyə ziyanı yoxdur.spiral

Spiralların da xüsusi fəsadı yoxdur. Ancaq spiral qoydurmaq istəyən qadın mütləq müayinə olunmalıdır, elə hallar var ki, spiral qəti qadağandır.

Hamiləliyə qarşı hər-hansı addımı atmazdan əvvəl qadını mütləq mama-ginekoloq müayinə etməlidir. Uşaqlıq boynunda eroziya olmasın, qanazlığı olmasın, cinsi yolla keçən infeksiyalar, kiçik çanaq orqanlarında xəstəlik olmasın. Çünki bu halda qadın azı 3 ay müalicə olunmalıdır ki, spiraldan istifadə edə bilsin. Yaxud vərəmi, qaraciyər xəstəliyi olan, qan təzyiqi yüksək olan qadın kontraseptiv qəbul edə bilməz. Eləcə də qoruyucu iynələri hər qadına vura bilmərik.

Hazırladı: Mehriban Əsədova

Share Button

4 şərh Hamiləlikdən qorunmağın 6 yolu! üçün

  1. Ciftin baxtindan evvel ayrilmasinin sebebi nedir? Menim bawima gelib.uwaq 7 ay 15 gunluk olub.cif curuk haldaydi.bu niye bele olur

  2. SALAM hekim Hamile qalmamaq ucun iyne deyirsiz ee onun adini yazardizda

  3. revane memmedova dedi:

    salam hekim men kesirle doguw etmiwem 6ay once bir oglum var.vaxtimdanda 5gun kecib .sudumdede staflikok mikrobu vardi.indiyse hamile ola bilerem bu uwaqa ne kimi zereri ola biler.ve en onemlisi ise keserden sonra 2il en azi olmaz deyirler .mene ve uwaqa ne kimi zereri olar .aldirmaq istemirem omrumun sonuna kimi vicdan ezabi yawamaq istemirem.ozumu gunahkar kimi hiss edirem uwaqimda hele balacadi ona cox zaman serf ede bilmerem deyede qorxuram.bagiwdiyin narahat etdim cvblandrsaz sevinerem

Bir cavab yazın