loading...

Hamiləliyin 1-ci həftəsi

Share Button

300 min yumurta hüceyrəsindən biri mayalanmaya hazırlanır

Qadın adətən menstruasiya başlayan gündən 12-14 gün sonra hamilə olur. Amma həkimlər hamiləliyi sonuncu menstruasiyanın ilk günündən hesablayırlar. Beləliklə, bu həftə ərzində dölün inkişafından söhbət gedə bilməz. İlk həftədə qadının orqanizmində hamiləliyə hazırlıq gedir. Mərkəzi sinir sistemi fəallaşır, hormonal fon yaradır.

ana bətni yumurta

300 min yumurta hüceyrəsindən biri mayalnmaya hazırlanır. Bu prosesə təxminən 2 həftə gedir. Əslində bu proses hər dəfə, hər menstruasiyadan sonra baş verir. Mayalanmaya şərait varsa, mayalanma baş verir (siz sağlam həyat tərzi keçirməklə, alkoqol və tütündən, gərginlikdən uzaqlaşmaqla, hamiləliyə mane olacaq dərmanlar içməməklə mayalanmaya şərait yarada bilərsiniz).

 Gələcək balanız necə görünür?

10268230_279197648924229_383640478_nBirinci həftədə mayalanmaya hələ hazırlıq gedir. Odur ki, sizə gələcək balanızın obrazını—mayalanmaya namizəd olan minlərlə yumurta hüceyrəsindən birini göstərə bilərik.

Ancaq bu da tam obraz deyil, obrazın yarısıdır. Obrazın ikinci yarısı hələ formalaşmamış spermatozoid olacaq.

Hamiləyin növbəti həftəsi barədə “Hamiləliyin 2-ci həftəsi” yazısında məlumat ala bilərsiniz.

Share Button

4 şərh Hamiləliyin 1-ci həftəsi üçün

  1. esma dedi:

    salam man iki aydi evliyem 2 3 defe test aldim hecna cixmadi

  2. esma dedi:

    cvb yazardizda zehmet olmasa biz erim le yeni evlendikde 7 8 defe yaxinliq oldu 1 gune indi azaldiq hekim dediki bela olamaz indi manim halsizligim olur bas agri olur

Bir cavab yazın