loading...

Hamiləliyin 10-cu həftəsi

Share Button

Embrional dövr başa çatdı!10 heftelik dol

Balanızın çəkisi 4-5 q, uzunluğu təxminən 3-4 sm-dir. O, uşağlığın divarına dəyəndə geri atılır! Hərçənd siz bunu hiss etmirsiniz.

Hamiləliyin 10-cu həftəsində uşağın mərkəzi sinir sistemi fəaliyyətə başlayır. Kəllə beyni artıq böyük adamın beyninə oxşayır. İndi uşağın beyninin bütün hissələrində dəqiqədə 250 min neyron əmələ gəlməkdədir. Bu həftə yeməyinizə xüsusi diqqət etməlisiniz.

Qan dövranınızı yaxşılaşdırmaq üçün C və P vitamini ilə zəngin ərzaq məhsullarına üstünlük verilməlidir. Sitrus meyvələri, pomidor, kələm, bolqar bibəri, qarabaşaq, itburnu dəmləməsi, qarağat, quşarmudu, ərik—bunlar hamısı C və P vitamini ilə zəngindir.

Hamiləliyin 10-cu həftəsi embrional dövrün sonudur. Yəni uşağın orqanlarının çoxu, əl-ayağı formalaşıb. Həssaslıq dövrü geridə qalır (adətən uşaqda xəstəlik  ananın hamiləliyinin 10-cu həftəsinə qədərki dövrdə-ananın vəziyyətindən asılı olaraq yaranır. Məsələn, uşağın ürəyində problem varsa, deməli ananın hamiləliyin 10-cu həftəsinə qədərki dövrdə nə isə baş verib)

Uşağı ana bətnində müşahidə edə bilərsiniz. Video USM və Dopler aparatı ilə çəkilişi (2D və 3D formatında):

Gündə azı 2 saat gəzin

hamile-deniz-kenarindaHamiləliyin 10-cu həftəsində uşağa həm də çox hərəkət etməklə xeyir verə bilərsiniz. Ən yaxşı idman gəzintidir. Gəzinti zamanı sizin əzələlərinizin 97%-i fəaliyyətdə olur, nəticədə ağırlıq bərabər şəkildə paylanır. Gündə azı 2 saat gəzin. Gəzmək üçün sakit, adamların az olduğu, havanın təmiz olduğu yerləri seçin. Musiqi, həmçinin quşların, yarpaqların səsini eşitsəniz daha yaxşı olar, həm bədəniniz, həm də beyniniz dincələr. Gəzməkdən başqa vaxtaşırı idman edin. (Hamilə və idman bölməsinə baxın).

Sizin çəkiniz hələ dəyişməyib. Hamilə olduğunuz da yəqin ki, hələ bilinmir. Hamilə paltarı almaq tezdir.

Hələ də ürəyiniz bulanırsa, qusursunuzsa, narahat olmayın. Bir-iki həftə də dözün, düzələcəksiniz (qadınların çoxunda toksikoz 12-ci həftədən sonra keçib-gedir).

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 11-ci həftəsi” yazısında…

Share Button

Bir cavab yazın