loading...

Hamiləliyin 11-ci həftəsi

Share Button

O indi ovcunuzun içi qədərdir!

hamileliyin-11 heftesiBalanızın çəkisi keçən həftədən bəri xeyli artıb. Keçən həftə o, 5 q idisə, indi 7-8 q ağırlığındadır! Uzunluğu 5 sm-dir, ovcunuzun içi boyda!

Şəkildə gördüyünüz kimi uşağın başı hələ də bədəninə görə böyükdür. Narahat olmayın, siz də nə vaxtsa belə olmusunuz. İndi balacanın baş beyninin bütün hissələri sürətlə inkişaf etməkdədir, ona görə də baş bütün bədənin az qala yarısını təşkil edir. (Kəllə beyninin inkişafı doğuşdan sonra da bir neçə ay davam edəcək.)

11-ci həftədə döl yeni inkişaf mərhələsinə başlayır. Embrional dövrdə yaranan orqanlar tam formalaşaraq, gələcək insanın müstəqil fəaliyyətini təmin etməyə hazırlaşır.

Hamiləliyin 11-ci həftəsində uşağın boynu bir az uzanır, bel sümüyü düzəlir. Uşaq başını hərəkət etdirə, qaldıra bilir.

bala dölBu həftə körpənizin əl dırnaqları əmələ gəlir. Qollar ayaqlardan uzundur, çünki daha tez inkişaf edib.
Ultrasəs müayinəsi zamanı balanız belə görünür. Cinsi orqanlar öz formasını almağa başlayır, amma müayinə zamanı onları görmək hələ mümkün deyil. 2-3 həftə də dözün, mümkün olacaq!

Bu həftə uşağın mədəsi, böyrəkləri işləməyə başlayır. Döş nahiyəsinin formalaşması prosesi başa çatmaqdadır.

Yumurta hüceyrəsinin uşaqlığın divarına yapışdığı yerdə yaranan cift 11-ci həftədə tam formalaşır və funksiyasını yerinə yetirməyə başlayır. Bundan sonra bu cift sizin balanızı qidalandıracaq, qoruyacaq, onun maddələr mübadiləsi prosesini təmin edəcək.

Uşaq dünyaya gəlib, özü nəfəs alandan sonra cift ana bətnindən çıxarılacaq.

Cift təbiətin ən möcüzəli varlıqlarından biridir. Süzgəc rolunu oynamaqla cift ana ilə balanın qanını qarışmağa qoymur, dölü ananın qanında yarana biləcək kimyəvi maddələrdən qoruyur (Ancaq cift dölü bütün zərərli şeylərdən qorumaq gücündə deyil!).

Bu günlərdə saçlarınız və dırnaqlarınızda dəyişiklik ola bilər.

dis agriyan qadin log

Bəzi qadınlarda dırnaqlar güclənir, saçlar artır, bəzilərində əksinə, saç tökülməyə başlayır. Həkimlər bunu qan dövranının güclənməsi,  hormonal dəyişikliklərlə izah edirlər. Siz bu prosesin qarşısını ala bilməzsiniz, unutmayın ki, bunlar müvəqqətidir.

Diş həkiminə müraciət etsəniz yaxşı olar. Hamiləlik zamanı qadının damağı zəifləyir, bəzən qanayır. Dişiniz təcili müalicə olunmalıdırsa, anesteziyadan qaçın, həkimlərə hamilə olduğunuzu deyin. Problemdən qorunmaq üçün ağzınızı tez-tez yaxalayın.

Əhvalınızın tez-tez dəyişməsindən əziyyət çəkə bilərsiniz. Bu, hormonal dəyişikliklərlə əlaqədardır. Çıxış yolunu hərə bir şeydə tapır. Bəzi qadınlar kitab oxuyur, bəziləri başını ev işləri görməklə qatır. Çox narahatsınızsa, psixoloqa müraciət edin. Yoldaşınızı yorduğunuzu hiss edirsinizsə, sakit vaxtınızda onunla danışın, sizə dözürsə, təşəkkür etməyi yaddan çıxarmayın.

Hamiləliyin növbəti həftəsi haqda “Hamiləliyin 12-ci həftəsi” yazısında…

Share Button

2 şərh Hamiləliyin 11-ci həftəsi üçün

  1. kemale dedi:

    salam..men hamileliyin 11-ci heftesindeyem ama qarnim hele de bilinmir ,goresen bu normaldir mi?

  2. Ruzanna dedi:

    Əlbəttə,əksər hallarda hamiləlik 12-ci həftədən sonra bilinməyə başlayır.

Bir cavab yazın