loading...

Hamiləliyin 13-cü həftəsi

Share Button

Bu həftə böyük hadisələr baş verir!

13 həftəlik körpəni ana bətnində müşahidə edək. Video USM və Dopler aparatı ilə çəkilişi (2D və 3D formatında):

Hamiləliyin 13-cü həftəsində uşağın cinsiyyət orqanları kifayət qədər inkişaf etmiş olur, odur ki, ultrasəs müayinəsi zamanı balanızın cinsiyyətini öyrənə bilərsiniz!

Təxminən 30 q ağırlığı olan uşağın ilk qığırdaqları əmələ gəlir! Bir azdan bu qığırdaqlar kəllə sümüyünə, bel sümüyünə, ilk qabırğalara, əl və ayaq sümüklərinə çevriləcək.

Bu həftə uşağın bütün dişlərinin—20 süd dişinin formalaşması prosesi başa çatır. İndi dişlər damaqdan çıxacağı vaxtı gözləyirlər.

Hamiləliyin 13-cü həftəsində uşağın mədəsi mükəmməlləşir. Mədəaltı vəzi fəaliyyətə başlayır, ilk dəfə olaraq insulin ifraz edir. Bu həftə həm də dölün sinir sisteminin formalaşması baxımından vacib həftədir. Odur ki, siz sakit olmalı, yalnız yaxşı şeylər barədə düşünməlisiniz. Bacardığınız qədər gəzin. İndi sizin təmiz havada gəzməyiniz, həm də çox gəzməyiniz balanız üçün xüsusilə vacibdir.

Birinci rübü arxada qoymusunuz!

hamile 13Sizi təbrik etmək olar. Birinci rübü arxada qoymusunuz! Bu o deməkdir ki, toksikoz da arxada qalıb. (Hərçənd bəzi qadınlarda davam edə bilər.) Bundan sonra sizin çəkiniz daha sürətlə artacaq.

İndi həm də döşünüzün dəyişdiyini hiss edə bilərsiniz. Hamiləliyin ikinci rübündə döşdən “süd ağzı” gəlməyə başlayır, eyni zamanda döş ağırlaşır. Hamiləliyin sonuna qədər döşün çəkisi 2-4 dəfə artır. Süd verəndə döşlərinizin çəkisi daha artıq olacaq.

Amma hamiləliyin 13-cü həftəsi qadınlar yeni “sürprizlə” üzləşə bilər. Bu vaxtlar adətən qəbizlik başlayır. Qəbizliyə də səbəb, harmonal dəyişiklikdir. Digər tərəfdən böyüməkdə olan uşaqlıq bağırsaqların yerini daraldır. Qəbizliklə vaxtında mübarizə aparmaq lazımdır, yoxsa qadında babasil əmələ gələ bilər.

Qəbizliyin qarşısını almaq üçün sellülozla zəngin bitkilərlə qidalanın. Düzdür, bəzi bitkilər, məsələn, kələm qaz əmələ gətirir, bu halda çobanyastığı çayı için.

Qəbizliyə qarşı sürtgəcdən keçirilmiş turp və suya qatılmış bir qaşıq bal qəbul etmək olar. İdman, xüsusilə də üzmək, gəzinti də qəbizliyin qarşısını alır. Bütün bunların xeyri olmasa, həkimə müraciət edin.

Hamiləliyi növbəti həftəsi barədə “Hamiləliyin 14-cü həftəsi” yazısında…

Share Button

Bir cavab yazın