loading...

Hamiləliyin 15-ci həftəsi

Share Button

Balanızın saçları əmələ gəlir!

15 heftelik dolİndi onun ağırlığı 70 q, uzunluğu 120-130 mm-dir. Balanız böyüdükcə ultrasəs müayinəsi zamanı onu bütöv şəkildə deyil, ayrı-ayrı hissələrini görmək mümkün olacaq. 

Hamiləliyin 15-ci həftəsində uşağın saçları əmələ gəlir, qaşları qalınlaşır. O indi yumruğunu sıxa bilir, barmağını sorur. Balanız oğlandırsa, 15-ci həftə onda testosteron hormonları ifraz olunmağa başlayır.

15-ci həftəyə yaxın ürək elə möhkəmlənir ki, sutkada 22,5 litr qan qovmağa başlayır, bununla da daxili orqanların qan dövranını təmin edir. Bu həftə uşağın qanının tərkibi mürəkkəbləşir, maddələr mübadiləsi güclənir. Bu isə inkişaf üçün son dərəcə vacibdir.

Qan-damar sisteminin fəallaşdığını nəzərə alsaq, bu həftə qidalanmanıza xüsusi diqqət etməlisiniz. İndi E vitamini daha çox lazımdır. E vitamini bitki yağlarının tərkibində çox olur. Yaddan çıxarmayın ki, qida hər şeydən əvvəl qidalanmaq üçündür, qidadan həzz almağı sonraya saxlayın. Kolbasa, ketçup, çips kimi şeyləri unudun!

Çimərlik paltarı geyinsəniz hamiləliyinizi gizlədə bilməyəcəksiniz

hamile-chimerlikdeSizin görünüşünüz əməlli başlı-dəyişib. Bəlkə də kənardan hamilə olduğunuz görünmür, amma çimərlik paltarı geysəniz hamiləliyinizi gizlədə bilməyəcəksiniz.
Hansı vəziyyətdə yatdığınıza diqqət edin.

İndiki halda ən ideal vəziyyət yanı üstə uzanmaqdır. Yatanda aşağıdakı ayağınızı uzadıb, üstdəki ayağı dizdən bükün. Bu vəziyyət qanın bütün damarlara bərabər şəkildə paylanmasına kömək edir. Arxası üstə yatmayın. Böyüyən uşaqlıq orqanlarınıza təzyiq edər. Yatanda rahatlığınız üçün döşəkçələrdən istifadə edin. Təmiz havada gəzinti, isti-soyuq duş (su nə çox isti, nə çox soyuq olmalıdır), idman da qan dövranı üçün xeyirlidir.

Hamiləliyin növbəti həftəsi ilə “Hamiləliyin 16-cı həftəsi” yazısında…

Share Button

Bir cavab yazın