loading...

Hamiləliyin 16-cı həftəsi

Share Button

Bu həftə balanızın tərpəndiyini hiss edə bilərsiniz!

16 hefteUşağın uzunluğu artıq 15 sm-dir, çəkisi 80 q-a çatıb və bu həftə siz onun tərpəndiyini hiss edəcəksiniz! Etməsəniz, narahat olmayın, analar dölün tərpəndiyini adətən 16-cı həftəylə 20-ci həftə arasında hiss etməyə başlayırlar. Əlbəttə, bu ilk dəfə hamilə olan qadınlara aiddir. Əvvəl də ana olan qadınlar, ya da arıq analar dölün tərpəndiyini daha tez hiss edir. ( Deyilənə görə döl qız olanda tez, oğlan olanda gec tərpənir:).

Hamiləliyin 16-cı həftəsində uşaq başını dik tutmağa başlayır, hətta o tərəf-bu tərəfə çevrilir.

Onun gözləri “işləməyə” başlayıb! Gözlər sağa-sola kiçik hərəkətlər edir, işığı görür.

Uşağın üz əzələsi formalaşdığından o, ağız-burnunu əyməyə, qaş-qabaq etməyə başlayır, ağzını açıb-yumur. Qulaq yavaş-yavaş öz yerini tutur (əvvəl  qulaq aşağıda idi), həm də eşitməyə başlayır.

Dırnaqlar formalaşır. Hamiləliyin 16-cı həftəsində dölün böyrəkləri, sidik kisəsi də fəallaşır. İndi balanız hər 45 dəqiqədə işəyir (sidik dölətrafı mayeyə axır).

Amma onun dərisi hələ şəffafdır, piy qatı yoxdur. Baxmaq mümkün olsaydı, balanızın qan-damar sistemini, daxilindəkiləri aydın görərdiniz.

Çəkiniz artmaqdadır

Həm uşaqlıq böyüyüb, həm də dölətrafı maye çoxalıb. Bu isə çəkinizi xeyli artırır. Unutmayın ki, hər bir qadın özünəməxsusdur, çəkini artmaya da bilər.

16 heftelik hamileHamiləliyin 16-cı həftəsində dölətrafı mayenin çəkisi 260 ml-ə çatır. Bu o deməkdir ki, bəzi analizləri vermək imkanı yaranıb.Uşaqda bəzi problemlər, məsələn, Dauna sindromu, qan xəstəliyi, sinir sisteminin pozulması, yaxud maddələr mübadiləsinin pozğunluğu kimi xəstəliklərin mövcudluğu dölətrafı mayenin öyrənilməsi nəticəsində müəyyən olunur. Dölətrafı mayenin araşdırılması elmə məlum olan 400 xəstəlikdən 40-nı əvvəlcədən müəyyən etməyə imkan verir.

Qan damarlarınız genişlənir, bu sizi incidə bilər. Bir yerdə çox dayanmayın, oturanda ayaqlarınızın altına nə isə qoyub, ayağınızı qaldırın.

Qan-damar sistemi fəallaşdığından burun qanalamaları ola bilər, bu normaldır. Qanaxma çox olarsa, həkimlə məsləhətləşib, qarşısını ala bilərsiniz.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 17-ci həftəsi” yazısında…

Share Button

Bir cavab yazın