loading...

Hamiləliyin 17-ci həftəsi

Share Button

Balanız artıq səs eşidir!

17 heftelik dolElmi araşdırmalar göstərib ki, hamiləliyin 17-ci həftəsində döl anasının səsini tanımağa başlayır, hətta yaxınlığındakı səslərə reaksiya verir. Deməli, balanızın zövqünü formalaşdırmağa başlaya bilərsiniz! Düzdür, əvvəlcə bala ananın ürəyinin döyüntüsünü, mədəsindən, bağırsaqlarından gələn səsləri eşidir, ancaq yavaş-yavaş ətrafdakı səsləri də qəbul etməyə başlayır. Odur ki, dinlədiyiniz mahnıları seçin. Siz uşaq mahnılarına, klassikaya, yaxud xalq mahnılarına, ya da təbiətin səsinə qulaq asa bilərsiniz. Özünüz də oxuyun, yoldaşınızı da cəlb edin. Oxumasanız da, balanızla söhbət edə, ona nağıl danışa bilərsiniz.

Hamiləliyin 17-ci həftəsində uşağın çəkisi 140 q-a çatır və daha sürətlə artmağa başlayır. Axı indi onun dərisi möhkəmlənir (dəri şəffaf idi), dərialtı yağ formalaşır. Bu yağ onun bədəninin istisini saxlamaq üçün vacibdir.

Beyni uşağın ürək döyüntüsünü tənzimləyir və indi bu balaca ürək dəqiqədə 140-150 dəfə vurur! (sizin ürəyinizdən təxminən iki dəfə çox)

Yediyiniz hər şeyə diqqət edin

hamile ve yemekİnkişafın sürətlənməsi o deməkdir ki, siz yaxşı yeməlisiniz. Yeyəcəksiniz də! Bu günlər yeməkdən az sonra acdığınızı hiss edə bilərsiniz. Təəccüblənməyin, iştahanız birdən-birə artacaq. Toksikoz arxada qalır, çəkiniz çox aşağıdırsa, bərpa edirsiniz. Ancaq yediyiniz hər şeyə diqqət etməlisiniz (konservantlar, hisə verilmiş məhsullardan qaçın), bu hamiləliyinizin, eləcə də körpənin normal inkişafı üçün zəruridir.

Qarnınızın böyüdüyü yəqin ki, bilinir. Sizi qucaqlayanda bunu hiss etmək olar:) Döşünüzün ölçüsü iki dəfə ola bilər!

Böyüyən uşaqlıq başqa orqanlarınızı sıxışdırmağa başlayıb. Böyrəyin yükü çoxaldığından siz tez-tez işəmək istəyirsiniz.

İndi ürəyinizin də işi çoxdur, çünki qan dövranı güclənib. Qan dövranının güclənməsi kiçik damarların da yükünü artırır. Odur ki, damaq, burun qanamalarına hazır olun.

Ürəyin motor funksiyası 20% artıb, nəticədə siz əvvəlkindən çox tərləyirsiniz. Özünüzü soyuqdəymədən qoruyun. Xəstələnəndə həkim məsləhəti olmadan dərman içməyin!

Vaginal ifrazat, allergik reaksiyalar normaldır.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 18-ci həftəsi” yazısında…

Share Button

Bir cavab yazın