loading...

Hamiləliyin 18-ci həftəsi

Share Button

Balanızın hıçqırtısını hiss etmisinizmi?!

dol 18ci hefteO, çox aktivdir, yerini tez-tez dəyişir, ayağını ayağının üstünə qoyur, mayallaq aşır, bəzən sizi “təpikləyir”. İndi o, səslərə reaksiya verir. Siz bir-birinizin hıçqırtısını hiss edə bilərsiniz. Ürəyinizin döyüntüsü, qan damarlarının səsi onu narahat etmir, ancaq ətrafınızda yüksək səs olarsa, uşaq hiss edər, narahat olar, yaxud səsə alışar. Araşdırmalar göstərir ki, məsələn, ana bətnində olanda tez-tez it səsi eşidən uşaq sonrakı dövrdə bu səsdən narahat olmur.

Balanızın uzunluğu indi 20-22 sm-dir, çəkisi 200 q! Onun göz qapaqları yavaş-yavaş açılır, üz cizgiləri daha da aydınlaşır. Barmaqlarının uclarında yalnız ona məxsus olan naxışlar yaranmaqdadır. (Hər kəsin əl izi barmağının ucundakı naxışlara əsasən müəyyən olunur).

Hərəkətlərində yenilikləri ultrasəs müayinəsi zamanı görə bilərsiniz. Amma görmədiyiniz dəyişikliklər də var. Hamiləliyin 18-ci həftəsində uşağın sinir sistemi sürətlə inkişaf edir. Görmə, eşitmə, iyi və dadbilmə, toxunuşu hiss etməyi təmin edən mərkəzlər formalaşır.

Tərkibində dəmir olan ərzaq məhsullarından istifadə edin

hamile-idmandaSizin orqanizminizin indi dəmirə ehtiyacı çoxdur, çünki qan dövranı güclənir. Tərkibində dəmir olan ərzaq məhsulları (ət, qaraciyər, balıq, kəsmik, yumurta, alma, nar, kök və s.) ilə qidalanmaq vacibdir ki, anemiyanın qarşısını alasınız. Apteklərdə vitaminlər satılır, ancaq aptekdən aldıqlarınızı həkim məsləhəti olmadan qəbul etməyin.

Hamiləliyin 18-ci həftəsində belinizdə ağrılar hiss edə bilərsiniz. Bel ağrısı fiziki yükün artmasıyla bağlıdır. Adətən yüngül olur, hamiləliyin son günlərində artır. Bəzi qadınlar bel ağrısını yalnız hamiləliyin sonunda hiss edir. Belə ağrıların qarşısını almaq üçün yanı üstə yatın, gündüzlər istirahət edin, uzanın. İdman edin, çalışın, çəkiniz həddi aşmasın.

Döşünüzdən sarımtıl maye axırsa, ehtiyatla silin. Bu, süd ağzıdır və hamiləlik zamanı normaldır. Döşünüzü heç vaxt sıxmayın! Uşağa süd vermək istəyirsinizsə, hamiləlik dövründə də qalın parçadan hazırlanmış, süd vəzilərini sıxacaq lifçik geyməyin. Döş giləsini heç vaxt spirtlə silməyin! Döşü təmiz saxlamaq üçün su ilə yumaq kifayətdir.

Hamiləliyin növbəti həftəsi haqqında “Hamiləliyin 19-cu həftəsi” yazısında oxuya bilərsiniz.

Share Button

Bir cavab yazın