loading...

Hamiləliyin 21-ci həftəsi

Share Button

Həzm sistemi bətndən sonrakı həyata hazır olmaqdadır

21 heftelik dol

Balanızın çəkisi 350 q-ı keçib, uzunluğu 26-27 sm-dir. İndi o, daha da fəaldır, yeri geniş olduğundan istədiyi hərəkəti edir. Bu gün başı üstə, sabah döşəməyə paralel şəkildə uzanır. Səhər başı aşağı yatır, axşam başı ilə uşaqlığın yuxarısına “kəllə vurur”. Yeri daraldıqca uşaq bu vəziyyətlərdən birini seçəcək və doğuşa qədər eyni vəziyyətdə qalacaq.

Hamiləliyin 21-ci həftəsində uşağın həzm sistemində xeyli inkişaf var. Həzm sisteminin fəaliyyəti nəticəsində uşağın udduğu dölətrafı maye şəkərə və suya ayrılır, qalıq hissəsi isə düz bağırsağa qədər qovulur. Bu o deməkdir ki, onun həzm sistemi bətndən sonrakı həyata hazırdır.

Çəkiniz sürətlə artır

21 heftelik hamilelik21-ci həftədən təxminən 30-cu həftəyə qədər sizin çəkiniz sürətlə artacaq. Ümumi artımın demək olar ki, 50% 20-ci həftəylə 30-cu həftə arasında toplanır. Çünki bu dövrdə uşağın dərisində, bəzi orqanlarının ətrafında yağ təbəqəsi yığılır.

Çox yeməyə meyl yarana bilər. Unutmayın ki, siz yeməyin miqdarına deyil, keyfiyyətinə diqqət etməlisiniz. Çəkinizdən asılı olmayaraq, indi sizin qarnınız elə böyüyüb ki, hamilə olduğunuzu hamı görür.

Qarnınızın böyüməyi yoldaşınızla yaxınlığa mane ola bilər. Ancaq uyğun poza tapa bilsəniz, siz indi də sekslə məşğul ola bilərsiniz.

Bu həftə qarnınızla yanaşı döşləriniz də böyüyür. Dırnaq və saçlarınız sürətlə uzanır (bədəninizin tüksüz yerlərində də tük çoxala bilər).

hamile meshedeBelinizdə ağrı ola bilər ( ağrı əvvəl də vardısa, arta bilər). Ağrını yüngülləşdirmək üçün istirahət edin, vaxtınız olan kimi yanı üstə uzanın. Təmiz havada gəzmək həmişəki kimi xeyirlidir.

Axşamlar ayaqlarınızın şişdiyini hiss edə bilərsiniz (Bəzi hamilələrin ayaqları yalnız sonuncu həftələrdə şişir). Vaxt tapıb oturun, ayaqlarınızı uzadın. Hərdən uzansanız, ya sadəcə ayaqlarınızı uzatsanız, şişmə azalar.

Gecə qəfil ayağınızın ağrısından oyana bilərsiniz. Hamilə qadınlar yatanda bəzən ayaqları qıc olur (bu hal günorta uzananda, oturanda da müşahidə olunur). Narahat olmayın, ayaq əzələləriniz çəkinizin artmasına “etirazını bildirir”. Ayağınızı irəli uzadın, pəncənizi arxaya, dizinizə doğru əyin və pəncənizlə dairə cızın, qıcolma keçəcək.

İdmanı, o cümlədən keqeli unutmayın. Siz bədəninizi daha ağır çəkini daşımağa, doğuşa hazırlamalısınız.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 22-ci həftəsi” yazısında oxuya bilərsiniz.

Share Button

3 şərh Hamiləliyin 21-ci həftəsi üçün

  1. Aybeniz dedi:

    Usagin hereketin o qeder de hiss etmirəm

  2. Yemey yiyende usagin hereketi feallasir.terpenir.

Bir cavab yazın