loading...

Hamiləliyin 22-ci həftəsi

Share Button

Balanızın qaşları əmələ gəlir!22 heftelik dol

İndi onun çəkisi 450 q-a yaxındır, uzunluğu 27 sm-dən çoxdur. Yenilik var! Bu həftə balanızın qaşları əmələ gəlir!

Hamiləliyin 22-ci həftəsində  neyronların sayı durmadan artır. Uşağın ətraf aləmi duyma qabiliyyəti inkişaf etməkdədir. Hər şey toxunmaqdan başlayır. Uşaq uşaqlıqda hərəkət edərək, toxunaraq, əlləri, ayaqları ilə tanış olur, onlardan istifadə etməyin yolunu öyrənir. Öz üzünə, əlinə, ayaqlarına toxunur. Barmağını sorur və bu zaman istəyindən asılı olaraq ya barmağını ağzına tərəf gətirir, ya da başını barmağına tərəf əyir.

Bu həftə körpə işıqla qaranlığı daha yaxşı ayırır. Bədəninizdəki səsləri (qan dövranını, mədənizin səsini, sizin öz səsinizi) daha yaxşı eşidir.

Orqazmın nə olduğunu hamiləliyin 2-ci rübündə anlayırlarhamile cutluk

Sizin qarnınız böyüdüyündən döş qəfəsiniz azacıq qalxıb, aşağıdakı qabırğalarınız bir az ağrıya bilər. Ağrını azaltmaq üçün dik oturub, əllərinizi başınızın üstünə qaldırın.

Xırda narahatlıqları nəzərə almasaq, indi sizin üçün hamiləliyin, demək olar ki, ən rahat dövrü başlayıb. Səhərlər sizə əziyyət verən zəiflikdən əsər-əlamət qalmayıb. (Əlbəttə, bu bütün qadınlara aid deyil. Bəziləri yenə də başgicəllənməsindən əziyyət çəkir. Bu halda həkimə müraciət etmək lazımdır. Həddən artıq zəiflik anemiyanın əlaməti ola bilər.)

Hamiləliyin ikinci rübündə qadınlarda seksə meyl adətən bərpa olunur. Hamilənin bədənində qan dövranının güclənməsi nəticəsində uşaqlıq yolunda sekresiya artır, bu da eroqen yerlərdə hissiyyatın güclənməsinə, qadının orqazm qabiliyyətinin artmasına səbəb olur. Statistika göstərir ki, qadınların çoxu orqazmın nə olduğunu məhz hamiləliyin 2-ci rübündə anlayırlar.

Hamiləliyin 5-ci ayında qadınların çoxu ayaqlarının böyüdüyünü hiss edir. Bunun bir neçə səbəbi var. Şiş, çəkinizin artması, oynaqların zəifləməsi ayaqların ölçüsünü dəyişə bilər. Şişləri azaltmaq üçün rahat ayaqqabı geyinin. Ayaqqabılarınız ya təmiz dəridən, ya da parçadan olmalıdır ki, ayaqlarınız rahat nəfəs alsın. Hündürdaban ayaqqabı geyinməyin, vacibdirsə, dabanı 5 sm-dən çox olmayın ayaqqabı seçin.

Ayaqlarınız çox ağrıyırsa, kalium çatışmazlığı ola bilər. Kaliumla zəngin qida məhsulları–yoqurt, banan, ağ lobya (dənə) yeyin.

Çoxlu maye qəbul edin. Maye yeni hüceyrələrin daha yaxşı inkişafına kömək edir, qan dövranı, bədənin temperaturunun tənzimlənməsi üçün xeyirlidir. Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 23-cü həftəsi”yazısında …

Share Button

Bir cavab yazın