loading...

Hamiləliyin 23-cü həftəsi

Share Button

Balanızın çəkisi 500 q-dan çoxdur! Uzunluğu 30 sm-ə yaxındır.

23 heftelik

Uşağın demək olar ki, bütün daxili ifrazat vəziləri işə düşüb. Bu isə onun orqanizmində maddələr mübadiləsinə çox böyük təsir göstərir.

Cinsiyyət orqanları formalaşıb. Oğlandırsa, xayaları, qızdırsa, milyonlarla yumurta hüceyrəsi olan yumurtalıqları var (hamiləliyin sonuna yaxın yumurta hüceyrələrinin sayı 2 milyona qədər azalacaq, azalma doğulandan sonra da—yetkinlik dövrünə qədər davam edəcək).

Bu günlər siz balanızın şəklini görsəniz, bəlkə də məyus olarsınız. Təsəvvür edin; onun dərisi qırmızı və qırış-qırışdır. Üstəlik dəri qoruyucu pendirvari maddə ilə örtülüb. Başda, üzdə, qulaqların arxası və büküşlərdə pendirvari maddə daha çoxdur.

Hamiləliyin 23-cü həftəsində uşağın saçları tündləşməyə başlayır. Dırnaqları tam formalaşmaqdadır.

Yatmaq çətinləşib!

Siz kökəlirsiniz, qarnınız sürətlə böyüyür. Cift ağırlaşır, dölətrafı maye çoxalır, nəticədə çəkiniz artır. Bəziləri sizə qarnınızın həddən artıq böyüdüyünü, bəziləri, əksinə, qarnınızın çox balaca olduğunu deyə bilər. Narahat olmayın, hər qadın bir cürdür. Narahatsınızsa, həkiminizlə danışın. Sual verəndə çəkinməyin, həkimlə görüşə getməzdən əvvəl sizi narahat edən məsələlərlə bağlı qeydlər edin və görüş zamanı bütün suallarınızı verin.

dordHamilə qadınların 80%-i yuxusuzluqdan əziyyət çəkir. Yatanda döşəkcələrdən istifadə edin.

Qarnınızda müntəzəm ağrı hiss edə bilərsiniz. Bu, əzələlərin dartılması ilə bağlıdır. Ağrı daha çox yataqdan, stuldan qalxanda, öskürəndə hiss olunur. Bəzilərində ağrı keçici olur, yaxud saatlarla davam edir, ya da sancıya bənzər ağrı olur. Bu normaldır, istirahət edəndən sonra ağrı keçib-getməlidir. Keçməsə, üstəlik temperaturunuz artsa, ya üşüsəniz, qanaxma olsa, ya “aşağıda” güclü ifrazat olsa, tez həkimə müraciət edin.

Hamiləliyin bu dövründə dırnaqlarınızın sürətlə uzandığını, saçlarınızın çoxaldığını hiss edə bilərsiniz. Səbəb, qan dövranının, maddələr mübadiləsinin güclənməsidir. İstəmədiyiniz yerlərdə, məsələn, üzünüzdə, çiyinlərinizdə də tük çoxala bilər. Narahat olmayın, hamiləlikdən sonra artıq tüklər tökülür.

Uşaqlıq böyüdüyündən sidik kisəsinə təzyiq edir. Siz alt paltarınızın islandığını görə bilərsiniz. Bu ya sidik, ya da dölətrafı maye ola bilər. Axan dölətrafı mayedirsə, dayanmadan, həm də bol-bol axır. Bu çox təhlükəlidir, mütləq həkimə gedin!

Su qabını yanınızda saxlayın. Çoxlu su qəbul etmək vacibdir, güclənmiş qan dövranına, dölətrafı mayinin təzələnməsinə, döşlərinizdə süd ifrazatının bolluğuna səbəb olar.

İşdə analıq məzuniyyəti barədə danışmağın vaxtıdır. Müqavilənizi, yaşadığınız ölkənin analaq barədə qanunlarını gözdən keçirin.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 24-cü həftəsi” yazısında …

Share Button

Bir cavab yazın