loading...

Hamiləliyin 24-cü həftəsi

Share Button

Bu həftə onun müstəqilliyinin başlanğıcı dövrüdür.

23-24 heftelik dolYəni onun müstəqil yaşamaq qabiliyyəti artıq tam formalaşmaqdadır. Beyni yeni doğulmuş körpənin beyninə yaxındır.

24-cü həftənin sonu balanızın çəkisi 600 q-a çatır, boyu 30 sm-dir. Çəkisi artdığından onun yeri daralıb. Ancaq yenə fəaldır və siz onun “zərbələri” əsasında yatıb-durduğu vaxtı müəyyən edə bilərsiniz (Həvəsiniz varsa, bu rejimi qeyd edib, uşaq doğulandan sonrakı rejimi ilə müqayisə edə bilərsiz).

Hamiləliyin 24-cü həftəsində uşağın dərisi altında boz piy toxumaları ehtiyatının toplanması prosesi davam edir. Onun dərisi şəffaflığını itirir. İndiyə qədər kənardan baxmaq mümkün olsaydı, qan-damar sistemi, daxili orqanlar görünərdi. Amma bundan sonra dəri hər şeyi gizlədəcək.

O, sizin danışdıqlarınızı daha yaxşı eşidir. Uşaq indi müntəzəm eşitdiyi musiqiyə vərdiş edə və doğulandan sonra bu musiqinin sədaları altında yata bilər.

Əhvalınızın uşağa təsiri böyükdür. Araşdırmalar göstərib ki, ana narahat olanda döl saatlarla gərgin qalır.

24 həftəlik dölü ana bətnində müşahidə edə bilərsiniz. Video USM və Dopler aparatı ilə çəkilişi (2D və 3D formatında):

Uşağın tənəffüs sistemi və baş beyni sürətlə inkişaf etməkdədir. Dırnaq boyalarından, evi təmizləyəndə kimyəvi maddələrdən istifadə etməkdən çəkinsəniz yaxşı olar. Alkoqol, tütün indi xüsusilə zərərlidir. Təmiz havada mümkün qədər çox gəzin (ayaqqabınızın rahatlığı vacibdir).

Dincəlmək üçün hər fürsətdən istifadə edin24 heftelik hamile

Çəkiniz gözəçarpacaq dərəcədə artır. Bu günlərdə yorğunluq, ayaqlarınızda ağrı, başağrısı, sidik kisəsiylə bağlı problem ola bilər. Hər fürsətdən istifadə edib, dincəlməyə çalışın. Uzananda ayaqlarınızı yuxarı (ürəyinizin səviyyəsindən yuxarı) qaldırın.

Vaxtından əvvəl doğuşla bağlı məlumatlarla tanış ola bilərsiz.

Bəzi qadınlar hamiləliyin bu dövründə oksigen çatışmazlığından əziyyət çəkir. Açıq havada çox gəzin. Havaya uyğun geyinin ki, xəstələnməyəsiniz, indiki vəziyyətdə xəstələnmək təhlükəlidir. Xəstələndiyiniz halda dərhal həkimlə əlaqə saxlayın, həkimsiz dərman içməyin.

Mədəniz narahatdırsa, çoxlu maye qəbul edin, su, şirə için. Bir neçə gün pəhriz saxlasanız, uşağa heç nə olmaz. Ağır yeməklər zəifləmiş mədəni yükləyir.

Bəzən qadınlar hamilə olanda restoranlara getməkdən çəkinir. Narahat olmayın, hərdənbir restoranlarda şam edə bilərsiniz. Ancaq ziyanlı—duzlu, acı, konservləşdirilmiş, hisə verilmiş məhsullardan istifadə etməyin.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 25-ci həftəsi” yazısında məlumat ala bilərsiniz.

Share Button

Bir cavab yazın